Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:19 - 21.09.2019  
Twitter`in pay sahibi olan azərbaycanlı - FOTO
Tarix: 17-01-2016, 20:21 | Bölmə: Xəbərlər » Maraqlı

Azərbaycandan kənarda çalışıb ölkəmiz adına uğur qazanan həmvətənlərimiz daim diqqət mərkəzində olub. Belə gənclərdən biri də hazırda karyerasını dünyada populyar olan "Twitter” şəbəkəsində davam etdirən Tural Bədirxanlıdır. 

Twitter`in pay sahibi olan azərbaycanlı - FOTOAmerika Birləşmiş Ştatlarında Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə "Namo Media” interaktiv reklam proqramını yaradıb və onu çox yüksək məbləğ müqabilində "Twitter”ə satmaqla özündən söz etdirməyi bacarıb.

Hazırda Nyu-Yorkda yaşayan Tural Bədirxanlı 1986-cı il yanvarın 21-də Quba şəhərində müəllim ailəsində doğulub. İlk təhsilini bu şəhərdəki Zaur Cəfərov adına 3 saylı tam orta məktəbdə alıb. Sonra təhsilini Quba Özəl Türk Liseyində davam etdirib. Tural Bədirxanlı liseydə təhsil alarkən fizika elminə olan xüsusi marağı ilə seçilib. 2002-ci ildə İndoneziyada keçirilən 33-cü Fizika olimpiadasında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan komandası olimpiadadan Vətənə 3 qızıl və 1 gümüş medalla dönüb ki, qızıl medallardan birini də məhz Tural Bədirxanlı qazanıb.

Tural Bədirxanlı XI sinfi bitirəndən sonra Türkiyənin Boğaziçi universitetinin fizika fakültəsinə qəbul olub. Amma artıq ikinci kursda oxuyarkən sənədlərini Masaçusets Texnologiya İnstitutuna verir və bu ali təhsil ocağının tələbəsi adını qazanır. ABŞ-da institutu bitirəndən sonra magistratura pilləsi üzrə də təhsil alır. Bundan sonra bir sıra uğurlu layihələr üzərində işləyən Tural iki ilə yaxın "Google” şirkəti ilə əməkdaşlıq edir.

Tural Bədirxanlı AZƏRTAC-ın müxbiri ilə onlayn söhbətində onun "Twitter”lə əməkdaşlığı ilə nəticələnən son uğurlu layihəsi haqqında məlumat verib: "Əslində "Namo Media” olaraq uzun müddət idi "Twitter”lə əməkdaşlıq edirdik. İş istiqamətlərimiz bir-birinə uyğun olduğu üçün ortaq çalışma zərurəti yarandı. Düşündük ki, bu əməkdaşlıq strateji irəliləyişə səbəb olar. Bu minvalla "Twitter”lə birləşdik. 2015-ci il iyunun 7-də "Twitter” "Namo Media”nın alınmasını elan etdi”.

Turalın almaniyalı Gabor Cselle və amerikalı Nassar Stoertzlə birlikdə həmtəsisçisi olduğu "Namo Media” interaktiv reklam proqramı iPhone, Android telefonlarına yazılan applikasiya sahiblərinə reklamdan pul qazanmaq imkanı yaradır. Bu proqram üzrə reklamlar tamamilə fərqli formatda təqdim olunması ilə seçilir. Həmin dövrə kimi bu formatda reklamlardan yalnız "Facebook” və "Twitter” kimi iri şirkətlər yararlana bilirdi. Proqram vasitəsilə bütün başqa şəbəkələr də yeni reklam növünü öz applikasiyalarına yerləşdirmək imkanı qazandı. Bu reklam formatı "Native advertisement” (Təbii reklam) adlanır.

Azərbaycana səfəri zamanı böyük maraqla qarşılandığını söyləyən Tural Azərbaycan Milli Elmlər Akademiyasında, Qafqaz Universitetində bir sıra görüşlər keçirdiyini, birgə əməkdaşlıqla bağlı təkliflər aldığını bildirib.

Hazırda Nyu-Yorkda "Twitter”in uğurları üçün çalışan həmvətənimiz yeni ideyalarının reallaşdırılması üzərində işləyir.
Xəbər 2930 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25454] initstartout [0.00017] initstartin [0.00074] calstart [0.00954] calend [0.00057] topnewsend [0.00448] rsssend [0.00000] ehgend [0.00923] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.22910]