Rus nazirin hesabı ələ keçirildi

  • 03 yan 2016, 14:53

 

Rusiya ilə Türkiyə arasında qarşılıqlı kiberhücumlar davam edir.

Türk hakerlər Rusiyanın kommunikasiya naziri Nikolay Nikiforovun «İnstagram» hesabını ələ keçiriblər.

«Brteine Siber Tim» adlı haker qrupu nazirin səhifəsinə türk bayrağı və təyyarəsinin şəklini yerləşdiriblər. Və səhifəyə ingilis və türk dillərində hücumu onların gerçəkləşdirildiyi barədə xəbər qoyublar.