Rusiyada İvan Qroznının xəzinəsi tapıldı - Foto

  • 31 dek 2015, 10:09

Moskva ətrafında mərkəzi dairəvi yol xəttinin tikintisi zamanı çar İvan Qroznı dövrünün silahları tapılıb.

Məlumata əsasən, XVI əsrə məxsus silahlar Zveniqorod rayonunda tapılıb. Həm ərazidə vaxtilə boya nəslinə məxsus elit hərbi korpus yerləşib

Qazıntılar aparılan ərazidə 60 taxta binanın özülü, dəbilqələr, zirehlər, qılınclar, oxlar tapılıb. Metal dəbilqələrlə yanaşı dəri üzlüklər, parçalar günümüzədək gəlib çata bilib.

Tapıntılar İvan Qroznı dövrünün hərbi səfərləri haqda daha aydın təsəvvür yaratmaq imkanı verib. Məlum olub ki, hər dvoryanın evinin zirzəmisində şəxsi silah anbarı olub.

 


Oxşar xəbərlər