Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:51 - 22.07.2018  
Dini radikallarını müdafiə edənlər kimlərdir?
Tarix: 2-12-2015, 23:21 | Bölmə: Xəbərlər » Maraqlı

Dini radikallarını müdafiə edənlər kimlərdir?Son günlər Nardaranda baş verən hadisələr bəziləri tərəfindən birmənalı qarşılanmır. Ölkədə sabitliyi pozmaq istəyən bir qrup radikalın "Müsəlman birliyi” adı altında qanunsuz birləşərək qarşıdurma yaratması, ölkədə təxribat xarakterli hərəkətlər etməsi bəzi müxalif qüvvələr tərəfindən hətta müdafiə edilir. Nardaranda hüquq-mühafizə orqanları əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat, sabitliyi pozan təxribatların qarşısının alınması həmin şəxslər tərəfindən tənqid edilir. Azərbaycanda sabitliyi pozmağa cəhd edən bu şəxslər özləri nəyəsə nail ola bilmədiklərindən, baş verən hadisələrdə hakimiyyəti belə günahlandırmaq istəyir, keçirilən hadisələri "insan hüquqlarına zidd" adlandırmağa çalışır. Polisin ölkədə sabitliyin təmin edilməsi istiqamətində atdığı addımı bu şəxslər niyə başqa istiqamətə yozurlar? Niyə onlar bu əməliyyatı təxribatın qarşısının alınması kimi deyil, "insan hüquqlarının pozulması” kimi qələmə verirlər?

Əslində bu şəxslərin marağı açıq-aydın məlumdur. Onların məqsədi nə yolla olursa-olsun, hakimiyyətə, dövlətə və dövlətçiliyə qarşı çıxış etmək, ölkədə həyata keçirilən islahatları pisləmək, xalqın hakimiyyətə olan inamını zəiflətməkdir. Bu isə mümkün deyil, ona görə ki, xalq artıq ötən əsrin 1990-cı illərinin əvvəllərindəki düşüncə ilə yaşamır. İnsanlar Azərbaycanın müstəqiliyinin ilk dövründə baş verən çəkişmələri, qarşıdurmaları, hakimiyyətdə olan məmurların özbaşınalıqlarını, ölkənin uçuruma getdiyi dövrləri yaşayıb, artıq 20 ildən çoxdur ki, bu hadisələri analiz edib və nəticə çıxarıb. Azərbaycan ictimaiyyəti həmin dövrdəki hakimiyyətlə indiki durumu müqayisə edir və hadisələrə düzgün qiymət verir.

Həmin şəxslər iddia edirlər ki, guya hüquq-mühafizə orqanlarının ənəkdaşları Nardaranda dindarlara hücum edib, dindarlar namaz qıldıqları vaxt ibadət otağına basqın edilib və gülləbaran edilib. İddia edirlər ki, guya həbs olunanların əlində Quran kitabı olub və polislər həmin vaxtı onları gülləbaran edib.

Dindar hara, silah hara?

Maraqlıdır, əməliyyat saat 14:30 radələrində həyata keçirilib və radikallar zərərsizləşdirilib. Həmin vaxt isə dini təqvimdə heç bir namaz vaxtı göstərilməyib.

İkincisi, həmin şəxslər necə namaz qılıblar ki, həmin vaxt onların üzərində odlu silah və partlayıcı maddələr olub? Məgər dindarlar namaza zirehlə gedir? Onlar Quran olan otağa niyə yaraqlanıb gediblər? Çünki hadisə zamanı əməliyyat keçirilən otaqdan odlu silahlar və onun hissələri, müxtəlif çaplı silahların patronları, partlayıcı maddələr və sair təhlükəli alətlər aşkar edilib. Əgər polislər həqiqətən də ibadət əhlinə hücum edibsə, əgər saxlanılan şəxslər həqiqətən də dindarlardırsa, onda dindar hara, silah hara?

Əgər həmin "müdafiəçilər” saxlanılan şəxslərdə silah olmadığını deyirsə, onda daha bir sual yaranır. Bəs silah yox idisə, əməliyyat zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşı necə həlak oldu? Onları kim öldürdü? Bəlkə deyəcəklər ki, onları da polislər vurub?

Digər bir məsələ. Hadisədən sonra bəzi müxalifət mediasına dayanmadan "canfəşanlıq”la müsahibə verən, "ay bizi qırdılar”, "ay bizi öldürdülər” deyən radikalların yaxınları iddia edirlər ki, onlar radikal deyil, Azərbaycan dövlətini və dövlətçiliyini sevir və qoruyurlar. Onlar bunu əməliyyat keçirilən otağa haradansa tapıb gətirilərək divara mismarla bərkidilən Azərbaycan bayrağı ilə sübut etmək istəyir. Hətta onlar iddia edirlər ki, guya Azərbaycan polisi əməliyyat zamanı Azərbaycan bayrağına da atəş açıb.

Azərbaycanı "sevən” nardaranlıların İran bayrağına sitayişi

Maraqlıdır, Nardaranda saxlanılan həmin şəxslər necə bayraqpərəstdirlər? Onlar Azərbaycan dövlətinə və dövlətçiliyinə necə xidmət edirlər ki, Nardaran qəsəbəsi ərazisində bu günə qədər bir yerdə də olsa Azərbaycan bayrağı asılmayıb? Hətta qəsəbənin girişində, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəklinin üstündən Azərbaycan bayrağı əvəzinə qara bayraq asılıb. Axı Mübariz İbrahimov hansısa bir dini obyekt uğrunda gedən döyüşlərdə həlak olmayıb. Mübariz İbrahimov Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda verib. Niyə onun şəklinin üzərində Azərbaycan bayrağı asılmayıb? Əgər Nardaran sakinləri Azərbaycan ərazisində yaşayıb, Azərbaycanın çörəyini yeyirsə və Azərbaycan vətəndaşıdırlarsa, qəsəbə ərazisində üçrəngli Azərbaycan bayrağı olmalıdır. Necə ki, əməliyyatdan sonra bu proses məcburi baş verdi.

Uzun illərdir Nardaran ərazisində İran bayrağı, dini bayraqlar dalğalanır. Niyə həmin şəxsləri müdafiə edənlər "insan hüquqları” deyib bağırmaqdansa, bu məsələlərə fikir vermir? Nardaran Azərbaycan ərazisi olduğu halda, qəsəbə ərazisini Xomeyninin və digər İran dini liderlərinin şəkilləri, plakatları və onların sitatları "bəzəyir”. Məgər Azərbaycan liderlərinin sitatları yoxdurmu? Niyə bu cür məsələlər qabardılmır? Niyə həmin şəxslər Azərbaycan hakimiyyətinin əleyhinə fikir səsləndirincə bu cür halları qabartmır?

İndi də həmin qüvvələr dayanmadan həbs olunan şəxslərin azadlığını tələb edir. Bu şəxslər ansı əsasla azadlığa buraxılmalıdırlar? Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyata mane olan, ölkədə sabitliyi pozmağa cəhd edən, dövlətin sabitliyini qoruyan polislərə müqavimət göstərən və ən əsası, 2 polisin ölümünə səbəb olan şəxslər hansı əsasla azadlığa buraxılsın? Hansı ölkədə belə bir "humanist” addım var, cənablar?

Xəbər 1938 dəfə oxunub






Oxşar xəbərlər

"Instagram"da onlayn olanları görmək mümkün oldu
Kuba parlamenti hakimiyyətin yeni tərkibini təsdiqləyib
Çində qsırğa ŞOKU yaşanır - Şanxayda təxliyyə
Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür - REPORTAJ
100 kq-lıq qızılı oğurlayan ailənin 77 evi əlindən alındı
Əli Həsənov: “Əliyevin də Zərdabi qədər rolu var”
Leyla Əliyeva Emin Ağalarovu yeni evlilik münasibətilə təbrik edib
Atəşkəs imzalandı, İsrail HƏMAS-ın hərbi obyektini vurdu
"Beşiktaş" klubu ispaniyalı qapıçı ilə yollarını ayırıb
Yunanıstan terrorçuya siyası sığınacaq verib
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub, 1 nəfər məhv edilib
Sualtı sivilizasiya? yoxsa yadplanetlilərin bazası? - Su pərilərinin sirri
Adnan Oktarın Azərbaycandakı adamının kimliyi açıqlandı (FOTO)
Rusiyalı politoloq erməniləri hədələdi: “Əgər..”
Tramp Çini məhv etmək istəyir? - Milyardlıq vergi
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Atəşkəs rejimi 82 dəfə pozulub
Hələb Türkiyənin nəzarətinə verilir - iddia...
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır
Nazpəri dilə gəldi: “Sürücü, rəqqas yox, aşıq qızıyam”
Səmra Emin Ağalarovun hədiyyəsinə erotik klip çəkdirdi – VİDEO
Azərbaycan Prezidenti Fransa prezidenti ilə görüşüb - FOTOLAR
Türkiyədən qovulan fahişələr Azərbaycana niyə gəlir? – SƏBƏB
Sabahın hava PROQNOZU!
ŞOK - Putinin öyündüyü silahların sirrini QƏRB ƏLƏ KEÇİRDİ
Ermənilər Plovdivdə at oynadır: kriminal qanunlar…
Azərbaycanda nüfuzlu ziyalı dünyasını dəyişdi
“Biz İnterpolun dəstəyinə çox bel bağlayırıq” - Mehriban Əliyeva
Prezident: “Daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdırlar”
Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35537] initstartout [0.00016] initstartin [0.00092] calstart [0.22610] calend [0.00041] topnewsend [0.00329] rsssend [0.00000] ehgend [0.00530] tagsstart [0.00043] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11872]