Hansı daha güclüdür? – Türkiyə və Rusiya ordusu RƏQƏMLƏRDƏ

  • 30 noy 2015, 21:56

Son günlər Rusiya ilə Türkiyə arasında yaranmış siyasi böhran iki ölkə arasında müharibə riskini artırır. Belə bir məqamda Türkiyə və Rusiya silahlı qüvvələrinin gücünün müqayisəsi aktuallaşır.

 

Bu gün Rusiya və Türkiyə orduları dünyanın ən güclü 10 ordusu sıralarında yer alıblar. Rusiya ordusu dünyanın ikinci, Türkiyə Silahlı Qüvvələri isə 8-ci ən böyük ordusu hesab olunur.

 

"Business Insider” dərgisi Türkiyə və Rusiya Silahlı Qüvvələrinin müqayisəsini aparıb. Dərgidə həmçinin, dünyanın ən güclü 35 ordusunun siyahısı yer alıb. Siyahıda birinci yerdə ABŞ, ikinci yerdə isə dünyada ən çox tank və nüvə başlığına sahib olan ölkə kimi Rusiya qərarlaşıb, Türkiyə isə 8-ci yerdə göstərilir. Dünya ölkələri ordularının güc müqayisəsinin siyahısı tank, hərbi təyyarə və gəmi, peşəkar hərbi qulluqçuların sayı və hərbi büdcəyə görə hazırlanıb.

 

Dünyanın ən güclü ikinci ordusuna sahib olan Rusiya ilə Türkiyə Silahlı Qüvvələrinin müqayisəsində kifayət qədər fərq olsa da, Türkiyənin NATO üzvü olması aradakı fərq nisbətini düşünməməyə nikbinlik yaradır. Çünki Türkiyə ABŞ-dan sonra ikinci ən böyük orduya malik olan NATO ölkəsidir.

Demokratik.Az müqayisəli şəkildə Rusiya və Türkiyə Silahlı Qüvvələrinin arsenalını təqdim edir:

 

Rusiya Silahlı Qüvvələri

Türkiyə Silahlı Qüvvələri

Əhali sayı

142 milyon

81 milyon

Ehtiyatda olan hərbi qulluqçu

69 milyon nəfər

40 milyon nəfər

Xidmətdə olan hərbi qulluqçu

400 min nəfər

440 min nəfər

Hərbi təyyarə

3081 ədəd

3100 ədəd

Tank

15 000 ədəd

3 600 ədəd

Hərbi gəmi

350 ədəd

115 ədəd

Pilotsuz təyyarə

1201

154 ədəd

Peyk

87 ədəd

12 ədəd

Hərbi büdcə

76 milyard dollar

19 milyard dollar

  Qeyd edək ki, Rusiya nüvə silahına malik olan ölkədir və hazırda 1600 ədəd nüvə başlığına malikdir.

 

Türkiyə nüvə dövləti olmasa da, NATO-nun üzvü olduğundan burada 90 ədəd nüvə başlığı saxlanılır.

 

Vasif Həsənli