Türkiyənin rus gəlinləri Putinə qarşı

  • 29 noy 2015, 21:34

 

Türkiyədə ərdə olan rus qadınlar Rusiya ilə münasibətlərdə yaranan gərginliyin səngiməsini istəyir.

Antalyada yaşayan 70-dən artıq rus qadın bu ölkədə xöşbəxt olduqlarını və iki ölkə arasında yaranan gərginliyin səngiməsində rol oynamağa hazır olduqlarını deyiblər.

Bu qadınlardan biri, 7 ildir Antalyada yaşayan Anna Doğanyılmaz müharibə istəmədiklərini bildirib.

İki il əvvəl Rusiyadan gələn İrina Uğur Türkiyəni sevdiyini qeyd edib.

Həyat yoldaşı ilə birgə turizm sektorunda çalışan İrina Kiremisti də Türkiyəni sevdiyini və gərginliyin səngiməsində bacardığını etməyə hazır olduğunu bildirib.

Antalyada rus mədəniyyəti və incəsənəti cəmiyyətinin rəhbəri İrina Baldcı isə problemin yaxın vaxtlarda həllini tapacağına ümid edir. Baldcı hətta gərginliyi səngitmək üçün festival keçirməyə hazlr olduqlarını da qeyd edib.

"Türklərin xanımı olduğumuza görə xöşbəxtik. Antalya ikinci vətənimiz oldu. Türk xalqı da bizə çox yaxşı yanaşır. Burada heç bir problemimiz yoxdur”, – deyə o vurğulayıb.