Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:03 - 21.09.2019  
Eldar Mahmudov ev dustağıdır
Tarix: 13-11-2015, 20:41 | Bölmə: Xəbərlər » Maraqlı

Eldar Mahmudov ev dustağıdırSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ev dustağıdır. 

Bu sensasion məlumatı "Yeni Musavat"a verən mənbənin sözlərinə görə, bununla bağlı qərar oktyabrın 17-də verilib. 

Qeyd edək ki, Cinayət Məcəllənin 154.2.1-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qətimkan tədbirləri sırasında ev dustaqlığı da var. Mənbənin iddiasını rəsmi mənbələrdən dəqiqləşdirmək mümkün olmasa da, ortaya daha maraqlı məqam çıxıb. 

Çünki ev dustaqlığı həbsə alternativ qətimkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni bu o deməkdir ki, oktyabrın 17-də işdən çıxarılan E.Mahmudov barədə həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub. Mənbə onu da dəqiqləşdirib ki, sabiq nazirin nəzarət altında saxlanılması barədə mediadakı xəbərlər hüquqi baxımdan mümkün deyil. "Çünki Cinayət Məcəlləsində Prosessual Məcburiyyət Tədbirləri haqda fəsildə aydın yazılır ki, nəzarət altında saxlama yalnız yetkinlik yaşına çatmayan şəxsin barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə isə yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilir” deyə, bildirib.

E.Mahmudovun işdən çıxarılmasından dəqiqələr sonra aralarında generallar da olan ən yaxın adamlarının qandallanması sabiq nazirin də təqsirləndirilən şəxs qismində barəsində qətimkan tədbirinin seçiləcəyi əslində sensasiya deyil, bəlkə də zərurət idi. MTN-də baş verən tükürpədici faktlar açıqlandıqdan sonra ortaya "bəs Eldar Mahmudov?” sualı çıxıb. Onun ən inanılmış adamlarının həbsə alınması, bəzilərinin təhlükəsizlik orqanlarından qovulması, qohumlarının bütün dövlət işlərindən uzaqlaşdırılması sabiq nazirin rahat təqaüd həyatının olmayacağı deməkdir. Bütöv bir nazirlikdə yuxarıdan aşağı kadr təmizlənməsi, baş vermiş cinayətlərin hamısında birbaşa nazirin adının keçməsi  E.Mahmudov barədə həbs sanksiya üçün əsasdır.

E.Mahmudov barəsində elə həmin gün həbs qərarının verilməməsi onun ciddi nəzarət altında saxlanıldığı versiyasını gücləndirib. Mənbəmiz isə iddia edir ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. "Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbayel Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib” deyə, mənbəmiz sonda bildirib. 

Yada salaq ki, hələ ötən həftə "Yeni Müsavat” sabiq nazirə niyə həbs qərarı verilmədiyinə dair xəbərlərə toxunmuşdu. Bildirilirdi ki, hakimiyyət daxilində gərginliyi artmaması üçün E. Mahmudovun həbsinə birbaşa qərar verilməyib. İddia var ki, E.Mahmudovla konflikti olanlar onun dərhal "zərərsizləşdirilməsinə” tərəfdar olublar. Amma son nəticədə məhz E.Mahmudovun bu cür təcridinə qərar verilib. 

E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki "çete”nin illərdir əldə etdiyi qeyri-qanuni vəsaitlərlə bağlıdır. Məlumata görə, bu vəsaitin böyük bir hissəsi ən müxtəlif yollarla ölkədən çıxarılıb. Bu vəsaitin hətta bir neçə milyard ola biləcəyi ilə bağlı da iddialar var. İndi böyük bir qrup bu vəsaitin izini araşdırır və həmin pulların ölkəyə qaytarılmasını təmin etməyə çalışır.    
     
Aydındır ki, E.Mahmudov birbaşa həbsə salınsaydı, hakimiyyət üzərinə müəyyən qınaqlar ola bilərdi. E.Mahmudovun "xidmətləri” və "hakimiyyətə sədaqəti” müzakirə mövzusu olacaqdı. Amma indi MTN-lə bağlı üzə çıxan şok faktlar  E.Mahmudovun yaxın çevrəsini və ona bağlı kiçik də olsa müqavimət qruplarını tam arqumentsiz qoyub.  MTN-də zillət görmüş sahibkarlar E.Mahmudovun həbsə alınmasını tələb edirlər, mümkün müqavimət mərkəzləri susdurulub, sabiq nazirin sirlərini bilənlər isə həbsə alınıb, güman ki, artıq ifadə də verirlər...
 
Yeri gəlmişkən, noyabrın 10-da təhlükəsizlik orqanlarından xaric edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun  və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib. Toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunması E.Mahmudovun daha iki  generalının həbsini qaçılmaz edir. MTN-dəki cinayətkar şəbəkənin əsas fiqurantlarından biri olan Akif Çovdarov Eldar Mahmudovun "sağ əli” və kassiri hesab olunur və buna dair istənilən qədər fakt var. Prokurorluğun onlar barəsində həbs, yoxsa ev dustaqlığı qərarı verəcəyi yaxın 24 saatda bilinməlidir. Böyük ehtimalla adı bir çox cinayətlərdə hallanan generallar barədə həbs-qətimkan tədbiri seçiləcək.

Bildirək ki, oktyabrın 17-dən keçən müddətdə sabiq nazirin görünməsi barədə yalnız bir xəbər keçib. Qeyr-rəsmi xəbərdə bildirilirdi ki, Eldar Mahmudov oktyabrın 25-də qudası,  Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin anasının dəfnində və yasında iştirak edib. Amma bunu təsdiq edən heç bir görüntü ortaya çıxmadığından bu xəbərin nə qədər səhih olduğu bilinmədi. "Yeni Müsavat” öz mənbələrindən yalnız onu dəqiqləşdirib ki, E.Mahmudov Badamdardakı villasında deyil, başqa mənzildə ev dustağı edilib.

Xəbər 2854 dəfə oxunub






Oxşar xəbərlər

Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.65179] initstartout [0.00023] initstartin [0.00109] calstart [0.03369] calend [0.00079] topnewsend [0.00661] rsssend [0.00000] ehgend [0.06363] tagsstart [0.00097] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.54472]