Atatürkün son sözü

  • 10 noy 2015, 20:41

Bu gün müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 77 il keçir.

 

Türkiyə mediyası Atatürkün ölmədən öncə söylədiyi son sözlərini xatırladıb.

 

Bu sözlərlə bağlı fərqli fikirlər səsləndirilsə də, Hacəttəpə Universitetinin tarix elmləri üzrə professoru Əli Gülərin araşdırması xüsusən maraqlıdır.

 

"8 noyabr 1938-ci ildə saat 18:30-da həkim Nəşət Ömər İrdelp müayinə üçün Atatürkə "Paşam, dilinizi çölə çıxara bilərsiniz?” - deyir. Mustafa Kamal həkimin bu istəyini yerinə yetirir. Ardınca həkim dilini bir az da çıxarmasını istəyir. Atatürk bunun qarşılığında dilini tamamilə geri çəkib sağa dönür. Kimləsə danışırmış kimi "Əleyküm salam” deyir və komaya girir. Bundan 38 saat 5 dəqiqə sonra isə gözlərini əbədi yumur”, - Gülər uzun illər araşdırmasının sonunda bildirib.