Azərbaycanlını qətlə yetirən erməni öldü

  • 09 noy 2015, 17:54

Ermənistanda azərbaycanlını qətlə yetirdiyinə görə ömürlük həbsə məhkum edilmiş və bu yaxınlarda azadlığa buraxılmış Soqomon Köçəryan ölüb.

APA-nın verdiyi məlumata görə, bu barədə xəstəxanadan məlumat veriblər.

Xatırladaq ki, oktyabrın ortalarında Ermənistanın Kentorn və Nor-Maraş ümumi instansiya məhkəməsi "Məhkumlar üçün xəstəxana” cəzaçəkmə müəssisəsinin ömürlük həbsə məhkum edilmiş Soqomon Köçəryanın azadlığa buraxılması barədə müraciətini təmin etmişdi. Onun ağır ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Dağlıq Qarabağ müharibəsinin iştirakçısı S. Köçəryan 1995-ci ildə İran vətəndaşı olan azərbaycanlını qətlə yetirdiyi üçün barəsində ölüm hökmü çıxarılıb. Lakin 1991-ci ildə Ermənistanda ölüm hökmünə moratorium tətbiq edilməsi və 2003-cü ildə bu cəzanın ləğv olunması səbəbindən cəza ömürlük həbslə vəzlənib.