Bakı Limanının bayrağı qaldırıldı

  • 09 noy 2015, 15:34

9 noyabr 2015-ci il tarixində Dövlət Bayrağı günü münasibətilə Dəniz Vağzalının qarşısında Azərbaycanın üçrəngli bayrağı, Bakı şəhərinin və Bakı Limanının bayraqları qaldırılıb. 

 

Mərasimi salamlama nitqi ilə açan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov iştirakçıları bayram münasibəti ilə təbrik edib və bayrağın əhəmiyyəti haqqında danışıb. "1918-ci ilin məhz bu günü ilk dəfə dalğalanan üçrəngli bayrağımız bu gün bizim milli kimliyimizin, milli dəyərlərimizin və suverernlyinimiz əsasını təşkil edir,” deyə Taleh Ziyadov bildirib. 

Açılış nitqindən sonra Azərbaycan Respublikasının dövlət himninin ifasında Azərbaycanın üçrəngli bayrağı,  Bakı Limanının məhz tarixən paytaxt Bakıda yerləşdiyini əks etdirən Bakı şəhərinin bayrağı və Bakı Limanının yeni dizayn olumuş bayrağının qaldırılması mərasimi baş tutub.  Qeyd edək ki, Bakı Limanının yeni bayrağı Limanın Azərbaycanın iqtisayyadatında çox önəmli rol oynaması və Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevriləcəyini özündə əks etdirir. Bayraqlar Dəniz Xidməti, dokerlər və Dəniz Limanı administrasiyanı təmsil edən əməkdaşlar tərəfindən qaldırılıb.

 

Oxşar xəbərlər