Türkiyənin ilk döyüş təyyarəsi FX1

  • 02 noy 2015, 20:07

 

Türkiyənin aerokosmik sənaye şirkəti TÜSAŞ və Hərbi Hava Qüvvələrinin istehsal olunacaq yerli təyyarə modelini müəyyən etdikləri bildirilir. 
 
 2013-cü ildən 3 modelin üzərində araşdırma aparan şirkət nəhayət istehsal üçün iki motorlu FX1 tipli təyyarəni seçib. 

Milli döyüş təyyarəsi istehsal etmək üçün TÜSAŞ və Hərbi Hava Qüvvələrinin hələ 2011-ci ildən araşdırma apardığı heç kəsə gizli deyildi. Amma müzakirə mövzusu istehsal olunacaq təyyarənin bir motorlumu, yoxsa iki motorlumu olacağı idi.     

Daha uzaq məsafəyə uça bilən, daha çox silah və sursatla təchiz olunmaq qabiliyyətinə malik olduğu üçün iki motorlu FX1 modeli tərəflərin razılaşdığı model olub. 

İstehsal olunacaq FX1 modeli üçün 2013- 2023-cü illər arasında sistemin təkmilləşdirilməsi  yolunda görüləcək işlərin tamamlanacağı planlaşdırılır. 

Təyyarənin 2023-cü ildə Türkiyə səmasında ilk uçuşunu həyata keçirməsi planlaşdırılır. FX1 ilk uçuşunu həyata keçirdikdən sonra iki il ərzində, yəni 2023-cü ildən 2025-ci ilə qədər sınaq mərhələlərindən çıxacaq. 

Təyyarədə olan bütün radar və silah hədəfləmə texnologiyası tamamilə yerli istehsalın məhsulu olacaq.