Sabah Məmməd Aslanın Qırx mərasimidir

  • 01 noy 2015, 23:21

Sabah Türk dünyasının böyük aydını Məmməd Aslanın 40 mərasimidir.

Sentyabrın 23-də 76 yaşında dünyasını dəyişən tanınmış şair-publisist Məmməd Aslanın qırx mərasimi noyabrın 2-də Nəsimi bazarının yaxınlığında Ceyhun Hacıbəyli küçəsində keçiriləcək.

Qeyd edək ki, qrıx mərasimi ayın 1-nə təsadüf etsə də parlament seçkilərinə görə bir gün gecikdirilib.

Xırdalan qəbiristanlığında dəfn olunan el şairinin xatirəsinin anılması üçün qardaş Türkiyədə artıq rəsmi qərar qəbul olunub. Belə ki, Türkiyədə Məmməd Aslanın büstünün qoyulması ilə yanaşı küçələrdən birinə onun adı veriləcək.

Məmməd Aslan sovet dönəmində Türkiyə ilə münasibətlərin yasaq edildiyi vaxtda ora ilə əlaqə saxlayan, qardaş ölkəyə gedib-gələn tək-tük ziyalılardan biri olub. Onun "Ərzurumun gədiyinə varanda” kitabı əsəri uzun müddət bestsellerlərdən olub. 

Şairin sonuncu iş yeri "Xəzər” televiziyasındakı "Sözün özü” verilişi oldu. Ancaq o, bir an olsun yaraıdıcılığını dayandırmadı. Ölümündən 3-4 gün öncə "Şair səlahiyyətləri" kitabı işıq üzü gördü.   

Məmməd Aslanın  bioqrafiyası

   

Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub.

Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməyib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcər qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitunun Filologiya fakültəsində təhsil alıb (1957-1962). 

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. 

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib.

Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb.

Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə edib. Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilib (2000). Saysız-hesabsız şeirlərin müəllifi olan Məmməd Aslanın dekabırın 23-də 73 yaşı tamam olur.

Məmməd Aslan ömrü uzunu Kəlbəcərlə yaşayıb. Kəlbəcər Ermənistan tərəfindən işğal olunandan sonra onun yaradıclığına da mənfi təsir edib. Ömrünün son anına qədər "Kəlbəcər" deyib.

 

Elmin Nuri 

Oxşar xəbərlər