Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:02 - 17.09.2019  
Təsəvvür etmək olarmı ki,Koroğlu Nigarı,Sərvər də Gülnazı döyürdü?
Tarix: 7-03-2015, 17:12 | Bölmə: Xəbərlər » Maraqlı

Təsəvvür etmək olarmı ki,Koroğlu Nigarı,Sərvər də Gülnazı döyürdü?Bu məsələyə bəlkə toxunmazdıq, əgər o, bir çox telekanallardakı sosial proqramların daimi mövzusu olmasaydı. Az qala hər gün bundan danışırlar və sualı da çox eybəcər şəkildə qoyurlar: qadınları kötəkləmək olarmı?

Həm də düşündük ki, 8 Mart bunun əsl məqamıdır. Ən azı ona görə ki, bir çox hallarda bir dəstə gül azlıq edir, gərək, qadınlar qarşısındakı günahımızı da etiraf edək...

Qərəz, sualın qoyuluşu adamı diksindirir. Axı nə qədər olmasa da, bu ölkənin adı Avropa ilə birgə hallanır, üstəlik, biz 10-cü əsrdə deyil, 21-ci əsrdə yaşayırıq...
Cavablar da adamı qane etmir. Hətta elə olur ki, qadınların özləri belə "yüngül kötəkləmə”ni məqbul hesab edirlər...

Adam çaşıb qalır; qadın kimdir? məgər o kiçik uşaqdırmı ki, yüngül qulaqburması verəsən?.. Dünyada hətta uşaqların kötəklənməsi belə yasaq olduğu bir halda, belə danışmaq, belə şərh vermək ən azı gülüş, özü də çox acı bir gülüş doğurur...

Nə demək olar bu haqda? Bəlkə də əvvəlki filosoflar, etika üzrə mütəxəssislər də bunu ediblər, amma "əxlaq imperativi”nin müəllifi kimi biz İmmanuil Kantı  tanıyırıq. Nə deyirdi Kant bu haqda? O yazırdı ki, sən elə hərəkət et ki, sənin hərəkətin ümumi əxlaq qanunu kimi qəbul edilə bilsin...

Bunu bəzən başqa, bir qədər fərqli modifikasiyalarda da deyirlər. Bəzən deyirlər ki, özünə qarşı necə rəftar edilməsini istəyirsənsə, başqaları ilə də elə rəftar et və yaxud da ki, ən qısası: özünə rəva bilmədiyini başqalarına da rəva görmə...

Elə bu səbəbdən bu cür diskussiyalarda iştirak edənlərə çox sadə bir sual vermək istərdik. Razı olardınızmı ki, sizin qızınızı və yaxud da bacınızı kimsə kötəkləsin? Buna razı olardınızmı? 

Yoxsa siz də qızınız və yaxud bacınız gəlin köçərkən orta əsrlərdə olduğu kimi onlara "O evdən yalnız meyidin çıxsın!” deyə əmr edirsiniz?.. Məni səhv başa düşməyin. Heç də adi bir anlaşılmazlıq ucbatından ailələrin dağılmasının mən də tərəfdarı deyiləm...

Amma söhbət ailədən getməlidir... Cəmiyyətdəki hər bir özəyi ailə adlandırmaq da olmur. Elə insanlar var ki, zahiri görkəmlərilə lap Avropaya da meydan oxusalar da, düşüncələri orta əsr düşüncəsidir... Halbuki orta əsrlərdə də belə deyildi; o vaxt cəngavərlik vardı, bir xanıma, bir qadına görə kişilər hansı məşəqqətlərə qatlaşmırdılar?

Qadını döymək və yaxud da indi deyildiyi kimi, yüngülcə kötəkləmək əgər mentalitetlə, kişiliklə, adət-ənənələrlə bağlıdırsa, bəs niyə bizim qədim nağıllarda, böyük eposlarda belə hallara təsadüf edilmir? Koroğlunun Nigarı döyməsini təsəvvür etmək olarmı? Və yaxud da "Dədə Qorqud”da belə detala rast gəlinirmi?

Güman etmirik ki, kimsə buna "hə” deyə cavab versin. Əslində bu, bir qədər geriliklə, nadanlıqla bağlı məsələdir... 

Bəli, savadsızlıq bir çox bəlaların mənbəyi olduğu kimi, çox böyük ehtimalla qadına "dərs” vermək həvəsi də elə ondan qaynaqlanır...
Bəli, Məşədi İbad deyirdi ki, arvad kişidən nə qədər qorxsa, bir o qədər yaxşıdır. Həmin Məşədi İbad ərz edirdi ki, Gülnaz xanım sözümə baxmasa kötəklərəm! 

Amma heç təsəvvür etmək olardımı ki, Sərvər də Gülnazı kötəkləmək fikrinə düşsün?

Ona görə də bir suala cavab verməliyik. Özümüzü kimin davamçısı, hətta övladı hesab edirik; Məşədi İbadın, yoxsa Koroğlunun? Təbii ki, zamanın öz məntiqi var; Don Kixot çox gec cəngavərlik eşqinə düşdü, ona görə də gülüş obyektinə çevrildi... 

Bəli, indi də cəngavərlər dövrü deyil. Amma kim deyir ki, dövr Məşədi İbadın dövrüdür?

Düzdür, hazırda insanlarda mülkiyyət hissinin qabardığı məqamdır və çox adam da evlənməkdən daha çox elə "arvad almaq” eşqindədir. Amma Məşədi İbad da elə bu fikirdə idi, hətta düşünürdü ki, pulu varsa, lap cavan qız da "ala” bilər!..

Qərəz, belə verilişlər də lazımdır, çünki cəmiyyətlərdə həmişə zorakılıq elementləri olur-insanlar heç də hamısı savadlı, mütərəqqi olmur, cəmiyyətlər özləri də eyni olmur, insanların içində tutaq ki, içikiyə meyllisi olur və s. və i.

Elə bu səbəbdən də qadınlara qarşı zorakılıq elementlərinə hətta normal cəmiyyətlərdə də təsadüf etmək mümkündür...

Amma bu verilişlərdə hansı vurğu düzgün qoyulmur? Məsələ bundadır ki, qadının döyüldüyü və yaxud da ki, həmin verilişlərdə deyildiyi kimi, kötəklənməsi, anormal ailələr üçün xarakterik olmalıdır... 

Amma nə görürük? Anormal halları normal kimi təqdim edir və bizdə elə təəssürat yaradırlar ki, elə normal azərbaycanlı ailələri də belədir... Adamın bu verilişlərə qarşı antipatiyasının artması da elə bununla bağlıdır-bu insanlar qaş düzəltmək istədikləri yerdə vurub gözü də çıxarırlar...
 
Hüseynbala Səlimov 

Xəbər 2975 dəfə oxunub






Oxşar xəbərlər

Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.33373] initstartout [0.00021] initstartin [0.00098] calstart [0.01144] calend [0.00053] topnewsend [0.00507] rsssend [0.00000] ehgend [0.00576] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.30873]