Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi

  • 15 yan 2020, 21:53
Vəkillər Kollegiyası tanınmış vəkil Elçin Sadıqovla bağlı mühüm qərarlar verib. Bu barədə E.Sadıqovun özü məlumat verib.
"Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında oldum. Baş Prokurorunun birinci müavini cənab Rüstəm Usubovun müraciəti əsasında başlanmış intizam icraatına xitam verildi. Eyni zamanda fərdi fəaliyyətimin davam etditilməsi barədə müraciətim də təmin edildi. Əlavə olaraq Vəkilliyin 100 illiyi medalına layiq görüldüyüm bildirildi. Hər üç qərara görə başda Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov olmaqla Rəyasət Heyətinin bütün üzvlərinə öz dərin təşəkkürümü bildirirəm"-deyə vəkil bildirib.
Oxşar xəbərlər