Sabiq icra başçısı prezidenti belə təriflədi - MƏTN

  • 24 dek 2019, 21:35

Milli Məclisin sabiq deputatı, Xızı və Beyləqan rayonlarının sabiq icra başçısı, YAP siyasi şurasının üzvü, professor Vaqif Abdullayev sosial şəbəkədə cənab prezidentə sadiqliyini sərgiləməkdə davam edir.

Vaqif Abdullayevin ölkə rəhbəri barədə yazıb hazırladığı son status paylaşımını təqdim edirik.

"Onun üçün insan amili, insan taleyi əsas manifestdir. Qəbul etdiyi hər bir müdrik qərarın qayəsi insanların firavanlığıdır. Özünün qeyd etdiyi kimi "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Prezident İlham Əliyevin demək olar ki, hər çıxışında təkrarlanan bu möhtəşəm fəlsəfi fikrin hər bir insanın həyatında lübüd təsirləri də göz qabağındadır.

Möhkəm sabitlik və iqtisadi inkişaf yolu ilə inamla irəliləyən Azərbaycan əldə etdiyi möhtəşəm uğurların əsas amili güclü siyasi sabitlikdir. İqtidar və Xalq həmrəyliyidir. Çünki siyasi sabitlik olmayan yerdə iqtisadi sabitlik də olmur.
... Ona hamı müraciət edir, kiçikdən böyüyə, sosial statusundan və peçəsindən asılı olmayaraq. Qayğısı və çətinliyi olan hər bir vətəndaş son anda Onun həssaslığı və qayğısı sayəsində arxa-dayağını tapır. Ona görə də, hamı Prezident İlham Əliyevə Ümid çırağı, İnam və İlham ünvanı kimi baxır.
... O, bütün insanların sosial istinadgahıdır. Cəmi 5-6 ay içərisində 4 milyondan artıq insanın sosial həyatında əhəmiyyətli dəyişiklik də məhz Onun heyrətamiz sosial müdrikliyinin təntənəsi idi.
... O, həddindən artıq praqmatik, peşəkar, məqsədyönlü siyasət ustasıdır. İlham Əliyev Heydər Əliyevin dahiyanə müdrikliyinin sayəsində intişar taparaq möhkəmlənən Milli ideya və milli birlik konsepsiyasını zənginləşdirərək cəmiyyətinin bütövləşməsinə nail olan Liderdir. Azərbaycan cəmiyyətinin yekdilliyi və ideya-fəlsəfi mahiyyət etibarilə möhkəm birliyi, Xalq-hakimiyyət monoloitliyi Onun rasional xarakterin siyasi məharətinin nəticəsidir.
... Güclü idarəçilik, səlis natiqlik və dərin ünsiyyətçilik istedadı Onun Liderlik obrazını daha da zəngin ştrixlərlə möhtəşəm edir.
... O, Xalqın yüksək Etimadını əvəzsiz Etibarlı xidmətlə ödəyir.
... Azərbaycan Prezidentinin hər rayona səfəri toy-bayram əhval-ruhiyyəsi bağışılayır. Hər səfərində on minlərlə insan Onunla salamlaşmaq, Prezidentinə dərin ehtiramını bəyan etmək üçün axışır. "Mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam, ən azı hər bir rayonda 5 dəfə, elə rayon var ki, 10 dəfədən çox olmuşam və bu müntəzəm səfərlərin çox böyük əhəmiyyəti vardır. Bölgələrə səfərlərim həm vətəndaşlarla təmasda olmaq, həm görülən işlərə nəzarət etmək, həm də gələcəkdə görüləcək işlərlə bağlı düzgün addımların atılması üçün gözəl imkan yaradır”.
... Prezident İlham Əliyevin son bir ildə dövlət idarəşiliyinin landşaftını əsaslı şəkildə dəyişən Yeniləşmə stratejisi Azərbaycanın prinsipial və dönməz demokratiya quruculuğunun yeni tranzitini müəyyən etməkdədir. "Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, bəyanatının müəllifi olan Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, bürokratik aparatın tamamilə ləğvi, bütün dövlət institutlarında şəffaflığın təmin edilməsi, vətəndaşlarla dövlət strukturları və məmurlar arasında müasir və birbaşa xidmət kanallarının yaradılmasına aparan sürətli inqilabi idarətmə sükanının arxasında dayanıb.
... Dövlət aparatında yeni yanaşmalar, siyasi idarəetmədə krieativlik, dövlətçilik instititunun yeni meyar və formalarının tətbiqi Onun əzmkar qətiyyətinin qarşısıalınmaz reformalar üslubuna xarakterikdir. Demokratik dövlət quruculuğu Azərbaycanın müasir Yeni Simasını dünyaya təqdim edir, qərarları ilə hər bir vətəndaşın həyatına yeni nəfəs gətirir.
... Onun inamla, imanla, təmkinlə uzaqgörən və ecazkar praqmatik siyasi müdrikliyi saysız uğurların davamını gətirməkdədir.
... İham Əliyev Azərbaycanın xoşbəxtlik simvoludur. Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyi ilə dövlət quruculuğu tarixinin yeni intibahının şanlı mərhələsində İnadla irəliləyir.
... Prezident İlham Əliyev Heydər Əliyevin əmanəti və Xalqın ən etibarlı zəmanətidir.
... Onun məqsədi, məramı, məsləki, idealı Ona etibar edilmiş vəzifəsini alnı açıq və şərəflə yerinə yetirməkdir. O, öz işinin Ustasıdır. Bu baxımdan İlham Əliyev qürur və fərx edilə biləcək rəhbər, siyasətçidir.
... İlham Əliyev Xalqın ideallarının lideridir. O, Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsinin davam və inkişaf etdirən, Zirvəyə daşıyan yeganə Lider olduğu ötən 16 illik şərəfli siyasi fəaliyyəti ilə təsdiqləyibdir.
... O, həmişə Heydər Əliyevin Zəngin dövlət idarəçiliyini mənimsəmiş şəxs kimi seçilib. Və Xalq buna görə Onu həmişə Prezident Seçib.
... Onun fəaliyyəti bu gün Heydər Əliyev İrsinin şanlı salnaməsidir. Ulu öndərə olan dərin məhəbbət və ehtiramı onillərdir qəlbində yaşadan milyonlarla insanın inam və etimad ünvanıdır.
... Bu gün Azərbaycan dünənkindən daha güclüdür, Onun Lideri dünənkindən daha güclüdür, qüdrətlidir. Bu gün bəzi daxili və xarici qüvvələr Güclü Azərbaycanı qısqandığı kimi, Onun Liderini də qısqanır, qorxurlar. Ona görə də, bəzi hallarda Azərbaycana, Azərbaycanın rəhbərinə qarşı iftira və böhtanlar yazmağa cəhd edirlər. Ancaq bu cür cəsarətsiz və ləyaqətsiz addımlar həmin qüvvələri daha da aciz və zavallı vəziyyətə salır.
... İlham Əliyev üçün Azərbaycan və Xalq var. Çünki O hər bir azərbaycanlının rəhbəridir, qürur mənbəyidir. İlham Əliyev və Xalqın dərin ünsiyyəti bu gün ən möhkəm təməl və güc mənbəyidir.
... İlham Əliyev Xalqımızın yeganə Yol seçdiyi Heydər Əliyev Siyasətinin Parlaq Simasıdır. O, Heydər Əliyevin Ogludur, Xalqın Ogludur.

Cənab Prezident, Sizi doğum gününüz münasibətilə ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın firavan gələcəyi naminə həyata keçirdiyiniz məqsədyönlü və əzmkar fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram!" - Vaqif Abdullayev

Demokratik.Az

Oxşar xəbərlər