Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:54 - 09.12.2019  
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
Tarix: 20-11-2019, 10:06 | Bölmə: Xəbərlər » Maraqlı

Hər iki sabiq nazir vəzifədən çıxarıldıqdan sonra "ali məktəbə” belə düşə bilmədilər; kimlər hökumətdən hələ də maaş alır...

Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?1993-cü ildən bu günə qədər Azərbaycanda yüksək dövlət vəzifələrində işləmiş və sonradan postlarını bu və ya digər səbəblərdən itirən şəxslər daim gündəmdə olublar. Sabiq dövlət məmurları arasında vaxtilə həbsdə olanlar,  xarici ölkələrə səfir göndərilənlər var. Keçmiş iri ranqlı dövlət məmurlarının harada olmaları, məşğuliyyətləri hər zaman maraq doğurur.

2018-ci ilin aprelində keçirilən prezident seçkisindən sonra da bir neçə nazirliyin rəhbəri dəyişdirildi. Kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad edildi, onun yerinə İnam Kərimov nazir təyin olundu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu Rövşən Rzayev əvəzlədi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da vəzifəsini itirdi. Onun yerinə bu vəzifəyə Sahil Babayev təyin olundu. Baş nazir Artur Rəsi-Zadə, onun müavinləri Elçin Əfəndiyev, İsmət Abbasov və Abid Şərifov da yeni hökumətdə yer almadı.  Bu il də nazirlik və komitələrdə xeyli kadr dəyişiklikləri olub. 

Bu dəyişikliklər sırasında ən diqqətçəkəni  apreldə baş nazir təyin edilən Novruz Məmmədovun işdən çıxarılması oldu. N.Məmmədov hakimiyyətə sadiq kadrlardan olduğu üçün komandadan kənarda qalacağı az ehtimal edilir. Modern.az saytı yazır  ki, N.Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq. Qeyd edək ki, keçmiş baş nazir fransız dili üzrə mütəxəssisdir.

N.Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb. 1995-1997-ci illərdə pezidentin fransız dili üzrə tərcüməçisi olub. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

Bəs bundan əvvəl hansı sabiq nazirlərə vəzifə verilib, kimlər hakim komandadan birdəfəlik uzaqlaşdırılıb?

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsində işləyir. Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında  Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.

Səlim Müslümov ötən ilin  sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasına müəllim vəzifəsinə işə götürülmüşdü. Eks-nazir iqtisad elmləri doktoru, professordur.

Nazir kürsüsündən sonra ali məktəbə təyinat alanlardan biri də sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Prezident İlham Əliyev bir müddət əvvəl Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

2018-ci ilin aprelində  vəzifəsindən azad olunan Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin hansı işlə məşğul olması ilə bağlı bilgi yoxdur. O, harada işləyəcəyi ilə bağlı suala "Hələ bilmirəm və bunu gələcək göstərəcək. Bir müddət istirahətimə üstünlük verəcəm” deyə,  cavab verib.

Yaş həddinə görə bu yaxınlarda təqaüdə göndərilən baş nazirin keçmiş müavini Hacıbala Abutalıbovun  Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləyəcəyi bildirilirdi.  Xatırladaq ki, 75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.  Amma AMEA bu xəbəri təkzib etdi. H.Abutalıbovun hazırda harada olduğu bilinmir.

Baş nazirin daha bir müavini Əli Həsənovun da  vəzifədən azad edildikdən sonra harasa təyinatı yoxdur. İnandırıcı olmasa da, iddia olunur ki, Ə.Həsənov işdən çıxarılmasına baxmayaraq bir neçə vəzifəni hələ də icra etməkdə davam edir. O, hazırda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Eyni zamanda Əli Həsənov Yeni Azərbaycan Partiyasının sədr müavinidir.

Mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən sabiq məmurlardan da yazmaq gərəkir.  2008-ci ildə iqtisadi inkişaf naziri nazir postunun itirən Heydər Babayev həm də hakimiyyətdən uzaqlaşdırıldı. Uzun müddət yüksək postlar tutmuş sabiq maliyyə naziri Əvəz Ələkbərov vəzifədən çıxarılandan sonra elmi araşdırmalarla yanaşı, özəl sektorda da fəaliyyət göstərir.

İlham Əliyevin prezidentliyə gəlişindən sonra - 2004-cü ilin iyulunda milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov elə həmin il Azərbaycanın Özbəkistandakı səfiri təyin edildi.

2012-ci il oktyabrın 31-də prezident İlham Əliyev Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxan Namiq Abbasov hazırda Bakıdadır.

18 ildən çox müdafiə naziri olmuş general-polkovnik Səfər Əbiyevə də vəzifədən çıxarıldıqdan sonra heç bir vəzifə verilmədi.

Bu sırada sabiq nəqliyyat naziri Ziya Məmmədov da var.

15 il təhsil naziri işləmiş  Misir Mərdanov isə işsiz qalmayıb. O da Elmlər Akademiyasının Riyaziyyat İnstitutuna rəhbərlik edir.

"Yeni Müsavat”

Xəbər 802 dəfə oxunub






Oxşar xəbərlər

Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)
Ramiz Mehdiyevin adı "Meydan hərəkatçısı" kimi çəkilir
Altay maralları Azərbaycanda: onları kim və hansı məqsədlə gətirib...
Cəlilin yazısı: "Yalana sığınıb yaşayanlar.."
ŞOK! Laçınlı sabiq məmur özünü niyə asdı?
Ziya Bünyadovun oğlu dünyasını dəyişdi
"Yuventus" mövsümdə ilk məğlubiyyətini alıb
ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”
Bu gün SAT imtahanı keçirilir
Tiflisdə YDM-də yanğın olub, xəsarət alanlar var
Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
AÇIQLAMA GƏLDİ! Polis Gəncədə DSMF-nin qayda pozan xidməti maşını barədə tədbir görüb
"Gündəlik Bakı" qəzetinin baş redaktoru azadlığa buraxılıb
Alman polisinin həbs etdiyi Əlövsət Əliyevdən xəbər var
Etibar Məmmədovdan AÇIQLAMA - Seçkilərə qatılmayacaq
Yevda Abramov kimdir? - DOSYE
Fazil Məmmədovun gedişinin 2 ili - vergi sistemində nələr dəyişdi
BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.58091] initstartout [0.00019] initstartin [0.00070] calstart [0.01435] calend [0.00103] topnewsend [0.00725] rsssend [0.00000] ehgend [0.01014] tagsstart [0.00117] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.54600]