Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

08:59 - 07.12.2019  
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
Tarix: 16-11-2019, 23:00 | Bölmə: Xəbərlər » Maraqlı

"Hesab edirəm ki, tezliklə həmkarın Rafael Cəbrayılovun qərarına sən də qoşulacaqsan”

Lerik rayon sakini, sabiq dövlət qulluqçusu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İlham İbadov tərəfindən redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Lerik rayonundan deputat seçilən İqbal Məmmədova açıq məktub ünvanlayan müəllifin yazısını olduğu kimi dərc edirik:

Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB"Sənin Milli Məclisə deputat seçilməyin və hansı yollarla buna nail olmağın bir lerikli olaraq mənə bəllidir. Deputat seçkisindən sonra sən xalqdan üz çevirdin. Əgər yadındadırsa, Osyodərə ərazisinə göndərdiyin maşınları geri qaytaranda mən ayağa qalxdım. Camaatın qarşısına çıxdım.

Onda dedim ki, leriklidir, maşın göndərib, texnika göndərib, sağ olsun, qoy camaat üçün abadlıq işləri görülsün. Neçəsi ilə qanlı-bıçaq oldum. Lakin yolumdan dönmədim. Axı onda nə biləydim ki, sən deputat seçiləndən sonra elə mənim də başıma olmayan oyunları açacaqsan?!

Səndən əvvəlki deputat Miri Qənbərov həmişə kütlə ilə sıx və yaxından əlaqə saxlayırdı. Tez-tez camaatla görüşər, onların dərdinə qalardı.  Sən isə deputat mandatı alan aydan məni çörəyə məhtac qoymusan. Evimdə 2-ci qrup əlil və onkoloji xəstə var. Onun dava-dərmanını zorla ödəyirəm. Özü də indiki çətin zamanda. Hələlik bir lerikli olaraq açmadığım məsələlər çoxdur. Lakin "Relax” İstirahət Mərkəzində törətdiyiniz qanlı olaylar təkcə leriklilərə zərbə deyil, dövlətə və dövlətçiliyə zərbədir.

İlham İbadov 

Yəqin yadındadır, sən ikinci dəfə deputat mandatı uğurunda mübarizə apararkən mənim doğulub boya-başa çatdığım kənddə oldun. Guya əhali ilə görüşə gəlmişdin. Orada Züvüç kəndinin sakini Xanəli Əmrəliyevin el içində sənə dediklərini mətbuat etikasına görə yazıya gətirmək istəmirəm. Ancaq sən onu yaxşı xatırlayırsan. O, sənə nələr dedi, sən nələr etdin...

Xanəli Əmrəliyev rayonda hüquq-mühafizə orqanlarına həftələrlə ayaq döydü. Nüfuzlu bir şəxsin zəngindən sonra bu hədə-qorxulara son qoyuldu. Sən o qədər həddini aşmışdın ki, lerikli olan bir şəxsi də "Relax” İstirahət Mərkəzinə boş baxmaq üçün 5 manat rüsum aldırırdın. Bu, nə Bəşər qanunlarına, nə də Müstəqil Azərbaycan Respublikasının qanunlarına sığan bir olay deyildi. Sən isə qorxmadan, çəkinmədən hər şeyə gedirdin. 

Deputat seçildikdən sonra yerli-yersiz informasiyalar yayılırdı. Bu informasiyalar kim və kim tərəfindən yayılırdısa, onlar ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursuna zərbə vururdular. Rayonda şayələr dolanırdı ki, guya Lerikin icra başçısı Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin kürəkənidir. Bu informasiyalar bir yana, mən Xoşbəxt Yusifzadəni yalnız qiyabi tanıyıram. Yəni mətbuat səhifələrindən. Deməkdə məqsədim odur ki, informasiyaların rayonda bu şəkildə yayılması əhalini xaos və anarxiyaya aparıb çıxarırdı. Hamı qorxu altında qalmışdı. Ancaq bu qorxu uzun çəkə bilməzdi. Leriklilərin əli yuxarılara çata bilməsə də, Ulu Tanrı tədbir gördü. "Relax” İstirahət Mərkəzində sənin oğlun və qardaşın oğlu olmaqla 6 qohumun həbs edildi.

relaxs

Sən əvvəlcə bu faktı da pərdələməyə çalışdınız. "Yeni Müsavat” qəzetinin  20 avqust 2019-cu il tarixində qeyd olunur ki, deputat İqbal Məmmədov yalan danışmaqla oğlunu həbsdən kənar saxlamaq istəyir. Üstəlik, deputatın obyektində vergilərin dövlət büdcəsindən yayınması da faktlarla ortaya qoyulub. Məsələnin daha ciddi şəkildə araşdırılmasının İqbal Məmmədovun deputat mandatı ilə vaxtından əvvəl vidalaşması ilə nəticələnə biləcəyi ehtimalı da vardır. Həmçinin, qəzet yazır: "Bizə çatan məlumata görə, iqtidar deputat İqbal Məmmədovun ailəsinin "dövlətə meydan oxumaq” kimi qavranılan davranışına hakimiyyət tərəfindən çox sərt reaksiya veriləcək”.

Lerik rayonunda yerləşən "Relax” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşları döyüldü. İstirahət Mərkəzinə yoxlamaya göndərilən vergi işçiləri əraziyə buraxılmadı. Hətta iş o yerə çatmışdı ki, köməyə çağırılan polis işçiləri də "Relax” İstirahət Mərkəzinə buraxılmadı. Vergi işçilərinə kütləvi şəkildə güc tətbiq olundu. Nəticədə sənin oğlun və qardaşın oğlu başda olmaqla, daha 4 nəfər haqqında cinayət işi başlandı.

relaxsq

Yuxarıda qeyd etdik ki, köməyə çağırılan polis işçiləri də istirahət mərkəzinə buraxılmadı. Bu məsələnin də kökü var. Ona görə ki, Lerik rayon Polis Şöbəsinin sabiq rəisi işləyən H.Məlikov soyadlı birisi sizə daha çox yaxın idi. Hətta Lerik rayon İcra Hakimiyyətinə məxsus olan ikimərtəbəli hoteli də ona peşkəş etmişdiniz. Həmin hotel hal-hazırda satışa qoyulub və Lerik camaatında o güc yoxdur ki, o hoteli özü üçün ala bilsin. 120 min ABŞ dolları hansı binəva leriklidə ola bilər? Bax, budur sənin etdiklərin!

Mən bir lerikli olaraq "Relax” İstirahət Mərkəzinə heç vaxt bir qonaq da apara bilməmişdim. Ona görə ki, ona maddi imkanlarım çatmırdı. Lakin sən Lerikin qanuni əmlakı olan 14 hektardan çox meşə sahəsini ələ keçirtmişdin. Orada 142 nömrədən ibarət istirahət otaqları var idi. O otaqlarda yalnız leriklilərin haqq deyən dillərini kəsənlər, haqqı görən gözlərini isti küllə qorlayanlar yatırdı. Onların çoxusu da havayı qalırdı. Çünki onlar ölkə paytaxtında sənə daha çox lazımlı adamlar idilər.

Bu yaxınlarda mən ölkə mətbuatında "Relax” İstirahət Mərkəzi ilə bağlı çap olmuş yazıları oxuyanda xəcalət hissi keçirirdim. Necə də keçirməyim?! Axı, sən də leriklisən! Sənin də şəxsiyyət vəsiqəndə Lerik vətəndaşı olmağın qeyd olunub. Sən həcc ziyarətinə getmisən. O adı qorumalı idin. O adın uğurunda son damla qanınadək mübarizə aparmalı idin. Bu, sənin bir müsəlman olaraq borcun idi. Sən isə baş verən bu boyda olaylardan sonra mandatını təhvil vermirsən. Heç olmazsa, deputat həmkarın Rafael Cəbrayılovdan ibrət dərsi götür. Bir ziyalı olaraq hesab edirəm ki, bu yolu tutsan, bu addımı atsan, sənin üçün daha sərfəli olar.

kaspi yildiz

Yadındadırsa, Milli Məclisin şöbə müdirinin tapşırığı ilə sənin qəbulunda oldum. "Kaspi Yıldız” şirkətində. Orada səninlə söhbət etdik. Ailə vəziyyətimi sənə danışdım. Mən bilirdim ki, bu görüşü təşkil etdirən İbrahim Yusifzadədir. O görüşdə də bol-bol vədlər verdin. Nəticə isə olmadı. Sən ziyalılara lerikli olaraq diqqət və qayğı ilə yanaşmalı idin. Bu, mənim qarşılaşdığım olaydı. Bəlkə çoxları da mənim günümə düşüb, daha böyük əziyyətlərlə qarşılaşıb.

Və sonda... Ölkə ictimaiyyəti bilir ki, "Relax” İstirahət Mərkəzi sənin obyektindir. Bu biznes obyektində leriklilərə şərəf gətirməli idin. Hələlik uzun-uzadı söhbət açmaq fikrim yoxdur. Hesab edirəm ki, tezliklə həmkarın Rafael Cəbrayılovun qərarına sən də qoşulacaqsan. Bu variant daha məqbuldur, daha sərfəlidir”.

Hazırladı: KƏNAN

Mənbə hurriyyet.org

Xəbər 1541 dəfə oxunub






Oxşar xəbərlər

BU HİYLƏ ADAMLAR, YALTAQ ADAMLAR…
Cavid Qurbanovun adı dələduzluqda hallandı - ŞİKAYƏT VAR
DEPUTAT YEVDA ABRAMOV VƏFAT ETDİ
Putin yenə alman dilində danışdı
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Ərdoğan Avropanın ilk eko-məscidinin açılışında iştirak edib
Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib
Elmar Vəliyevi vuran Yunis Səfərovun İŞİ MƏHKƏMƏDƏ
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Gəncədə DSMF-nin xidməti maşını yol hərəkəti qaydalarını pozub -VİDEO
Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28100] initstartout [0.00019] initstartin [0.00069] calstart [0.00930] calend [0.00051] topnewsend [0.00464] rsssend [0.00000] ehgend [0.02619] tagsstart [0.00066] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23879]