Azərbaycanda istilik mövsümünə start verilir

  • 15 noy 2019, 13:55

"Azəristiliktəchizat” ASC bu gündən başlayaraq mənzillərə, təhsil və səhiyyə müəssisələrinə, digər sosial obyektlərə istilik verəcək.

"Report" xəbər verir ki, bununla da ölkədə istilik mövsümünə start veriləcək.

Xatırladaq ki, 2005-2019-cu illərdə Azərbaycanda 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-ə yaxın qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən artıq təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa edilib. Ümumilikdə, bu illər ərzində 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub. Bunun nəticəsidir ki, bu gün Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1300-dən artıq digər sosial obyektlər "Azəristiliktəhcizat” ASC-nin xidmət sahəsinə daxil olmaqla istiliklə təmin edilir.

Oxşar xəbərlər