MTRŞ Prezidentə müraciət etdi

  • 13 noy 2019, 21:21
Milli Televiziya və Radio Şurası (MTRŞ) qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi və Şuranın ştatda olan işçilərinin sayının artırılması üçün ölkə Prezidentinə müraciət edib.
Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA TV-yə bildirib.
Onun sözlərinə görə, teleradio sahəsində daha sistemli monitorinq aparmaq üçün Şuranın işçilərinin sayının artırılmasına ehtiyac var: "Bəzən monitorinqi aparmaq üçün digər şöbələrin işçilərini cəlb edirik. MTRŞ fəaliyyətə başlayanda ölkədə 5 ümumrespublika yayımçısı var idi, indi isə 12 ümumrespublika yayımçısı var. Bundan əlavə regional kanallar, kabel televiziyaları fəaliyyət göstərir”.
Oxşar xəbərlər