Azərbaycan müharibəyə hazırlaşır?

  • 07 noy 2019, 22:11
Azərbaycan gələn il üçün müdafiə xərclərini 21% artırıb.
Maraqlıdır, Ermənistanla aparılan diplomatik danışıqların uzun zamandır ki, nəticəsiz qaldığı, rəsmi İrəvanın öz işğalçılıq siyasətindən imtina etməyəcəyi ilə bağlı bəyanatlar verdiyi bir zamanda gerçəkləşdirilən bu artım nədən xəbər verir? Bu, rəsmi Bakının müharibə hazırlığı yolunda atdığı addım kimi dəyərləndirilə bilərmi?
Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov, gələcəkdə müdafiə xərclərinin daha da artırılmasını istisna etmədiyini vurğulayıb:
"Mən deməzdim ki, biz bunları hərbi əməliyaytlarla əlaqələndirməliyik. Lakin bu da aydındır ki, bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməkdir. Bu məsələdə ermənilərin atacağı addımlardan da çox şey asılı olacaq. Bəllidir ki, onlar danışıqlar yolu ilə torpaqları azad etmək niyyətində deyillər. Əgər onlar bundan sonra da bu mövqedə qalsalar, deməli, müharibə qaçılmazdır.
Bunu nəzərə alaraq, Azərbaycan hökuməti bu addımları atır və gələcəkdə də atacaq. Güman edirəm ki, gələcəkdə müdafiəyə bundan da çox vəsait ayrılacaq”. /moderator.az/
Oxşar xəbərlər