Demokratik TV
Xəbər lenti
İsmayıllının alim icra başçısı da istefa ərizəsi yazdı (İDDİA)
- 30 okt 2019, 21:18
İsmayıllının alim və qocaman icra başçısı Mirdamət Sadıqovun da "istefa ərizəsi" yazdığına dair informasiya almışıq.
"Demokratik.Az"-a bu barədə rayonun adının hallanmasını istəməyən məsul vəzifəli şəxsləri məlumat verib.
Ölkə başçısının başlatdığı genişmiqyaslı İSLAHAT projesinin müküm elementi kimi sezilən və ötən həftədən etibarən bir sıra yaşlı məmurların istefa verməsindən sonra İsmayıllının icra başçısının da belə bir addım atması əslində təqdirəlayiq və xoş haldır.
"Demokratik.Az" saytına verilən məlumata görə, istefanın səbəbi həm də Mirdamət Sadıqovun səhhətindəki ciddi problemlərlə bağlıdır. Belə ki, başçı bir neçə dəfə ürəyindən ağır əməliyyat olunub və şəkərli diabet xəstəsidir.
Bundan başqa, 1950-ci il təvəllüdlü icra başçısının artıq 69 yaşına varması və digər deyilənlər onun qeyri-dinamik, yorğun olduğunu ehtiva edir.
Bildirək ki, bugün Xaçmazın icra başçısı, 81 yaşlı Şəmsəddin Xanbabayevin də işindən ayrılması barədə ərizə yazmasına dair məlumat yayılıb.
Bu İSTEFA qərarlarını Azərbaycan Prezidentinin pensiya yaşını keçmiş məmurlarına çağırışına cavab kimi də dəyərləndirmək olar.
Demokratik.Az İsmayıllı rayon İHB ilə məlumatı dəqiqləşdirməyə çalışsa da alınmayıb...
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Mirdamət Sadıqov "İSTEFA ƏRİZƏSİ" yazıb? - İSMAYILLIDA GÖZLƏNTİ
İsmayıllının alim icra başçısı hansı nazirlərin "adamı" olub?
ŞİKAYƏT - Mirdamət Sadıqovun müavininin təhlükəli "qaz zapravka"sı
4 rayonun icra başçısı yerlərini dəyişdi - SƏRƏNCAMLAR
Qaçqın rayonun icra başçısı vətəndaşı təhqir edib
İcra başçısı Xaləddin İsgəndərovun istefası GÜNDƏMDƏ: “Bu, artıq mənəviyyat məsələsidir”
17 rayonun icra başçısı istefaya "gedəcək" – SİYAHI
Yasamalın sabiq icra başçısı Türkiyədə ürəyindən əməliyyat olunub
Səbail və Mingəçevirə yeni icra başçısı təyin olunacaq
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti