Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:39 - 15.11.2019  
Mətbuatın “istefaya göndərdiyi” məmurlar...
Tarix: 29-10-2019, 09:06 | Bölmə: Xəbərlər » Maraqlı

Mediada daha bir neçə vəzifəli şəxsin işini itirəcəyi barədə proqnozlar verilir, amma...

Mətbuatın “istefaya göndərdiyi” məmurlar...Ötən həftə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə bir neçə məmur vəzifəsindən azad edildi. Yada salaq ki, prezident baş nazirin iki müavinini - Əli Həsənov və Hacıbala Abutalıbovu tutduqları vəzifədən azad etdi. Adıçəkilən məmurlar ərizə ilə ölkə başçısına müraciət etmişdilər.

Əli Həsənov 1998-ci ildən baş nazirin müavini vəzifəsində çalışırdı. Hacıbala Abutalıbov isə bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi. 2001-ci ildən 2018-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı idi.

Prezidentin obrazlı şəkildə "oktyabr inqilabı” kimi də xarakterizə edilən islahatları fonunda ötən həftə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də vəzifəsindən azad edildi. O, vəzifədən azad edildikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasına prezident seçildi.

Bütün bu dəyişikliklərdən sonra mətbuat, bəzi ictimai-siyasi fəallar, sosial şəbəkə istifadəçiləri bir neçə məmurun da yaxın zamanlarda işdən çıxarılacağına dair proqnozlar verirlər. Xüsusilə də prezidentin müvafiq sərəncamından sonra Hacıbala Abutalıbovla görüşü zamanı "Hər halda, 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər” - ifadəsi əsas götürülərək, bir neçə məmurun adı hallanır. Onlar arasında baş nazirin birinci müavini Yaqub Eyyubov, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin və eləcə də Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı xüsusi qeyd edilir.

Yaqub Eyyubovla bağlı iddialar Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana gələn dövlət və hökumət başçılarını baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra ortaya çıxıb. Adətən belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Amma bu dəfə birinci müavin görünməyib. Bu isə ictimaiyyətdə onunla bağlı müxtəlif fikirlərin və eləcə də vəzifəsindən azad ediləcəyi proqnozlarının yayılmasına səbəb olub. Yaqub Eyyubov 1999-cu ildən 2003-cü ilə kimi baş nazirin müavini, 2003-cü ildən isə birinci müavin vəzifəsində çalışır. Oktyabrın 24-də onun 74 yaşı tamam olub. Bəzi iddialara görə, Yaqub Eyyubovu Şahin Mustafayev əvəzləyə bilər. Şahin Mustafayev oktyabrın 22-də baş nazirin müavini təyin edilib. Bundan əvvəl o, iqtisadiyyat naziri vəzifəsində çalışıb.

Ramiz Zeynalova gəlincə isə 1951-ci il təvəllüdlü general 69 yaşının içərisindədir və 1994-cü ilin avqust ayından Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Yeni nazir Vilayət Eyvazovun kadr islahatları çərçivəsində onun da işdən azad ediləcəyi ilə bağlı məlumatlar yayılıb, proqnozlar verilir.

Əhməd Əhmədzadə ilə bağlı yayılan məlumatlarda isə onun hətta artıq istefa ərizəsini yazdığı da bildirilir. 1993-cü ildən, yəni 26 ildir ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edən Ə.Əhmədzadənin 74 yaşı var.

Elman Rüstəmovun da adı istefaya göndərilənlər sırasında çəkilirdi. Proqnozlarda yazılırdı ki, yaxın günlərdə onun da vəzifəsindən azad edilməsi rəsmi şəkildə məlum olacaq. Lakin proqnozlar özünü doğrultmadı. Bu söhbətlərin getdiyi ərəfədə Elman Rüstəmov jurnalistlərə açıqlama verdi ki, vəzifəsinin başındadır: "Mən bu postdayam və öz fəaliyyətimi davam etdirirəm. KİV nümayəndələrinə məsləhətim odur ki, rəsmi məlumatlara istinad etsinlər”, - deyə Elman Rüstəmov bildirib...

Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. O, uzun müddətdir ki, bank sektorunda çalışır. 1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilən Rüstəmov 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədridir. 

Xəbər 358 dəfə oxunub






Oxşar xəbərlər

Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28158] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00914] calend [0.00050] topnewsend [0.00446] rsssend [0.00000] ehgend [0.00582] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26014]