Gəncədən Aztelekom inhisarçılığı ilə bağlı ciddi SUALLAR

  • 27 okt 2019, 21:01

 Xəbər verdiyimiz kimi, Gəncədə "Aztelekom” provayderinin de-fakto inhisarçı fəaliyyətinə qarşı "Petisiya" - ictimai qınaq yaradılıb. Bu ideyanın təşkilatçısı kimi çıxış edən Gəncə sakini Orxan İsmayılov "Demokratik.Az" saytı vasitəsilə CİDDİ SUALLAR səsləndirir:

"Gəncə şəhərində adsl internet (köhnəlmiş texnologiya sayılır) xidməti bazarında hal-hazırda yegane provayder kimi fəaliyyət göstərən "Aztelekom” provayderinin de-fakto inhisarçı mövqeyi ilə bağlı öz qeydlərimi və suallarımı sizə ünvanlayıram.

1.      Niyə indiyə qədər "Aztelekom” və Gəncə TKİ Gəncədə adsl xidməti göstərən özəl provayderlərə fəaliyyət üçün şərait yaradırdı?

2.      Dövlətin provayderi olaraq müstəsna inhisarçı hüquqa malik olmaq "Aztelekom”a Gəncədə adsl internet xidmətini digər provayderlərdən baha qiymətə təklif etməyə əsas verirmi?

3.      Mətbuata açıqlamada inhisarçı olmadığını, əslində Gəncədə yeni texnologiyaları tətbiq etdiyini deyən "Aztelekom” və Gəncə TKİ sovetlər dövründən qalan miss xəttlər vasitəsi ilə abonentlərə köhnəlmiş texnologiya olan adsl interneti verməklə hansı yenilikləri həyata keçirir?

4.       Küçələrdə qurulmuş abonent şkaflarına qədər fiberoptik xətt çəkərək şkafdan abonentlərə yenə də köhnə miss xəttlərlə ötürülən sürətsiz adsl internet yeni texnologiyanın hansı növünə aiddir?

5.      Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi dövlət provayderi olan "Aztelekom”un Gəncədə adsl internet bazarında yeganə provayder olması faktında inhisarçılıq və rəqabət prinsiplərinin pozulması əlamətlərini görürmü?

6.      Dövlətə məxsus olmaq "Aztelekom"a  özəl şirkətləri bazara buraxmamaq haqqı verirmi?

7.      Niyə digər provayderlər fiberoptik interneti 36mb/s sürətlə cəmi 18 azn qiymətə təklif etdiyi halda "Aztelekom” dövlət provayderi olduğunu vurğulayaraq miss xəttlə köhnəlmiş adsl interneti 4 mb/s sürətlə (halbuki bu sürət də aşağı olur) 20 azn qiymətə təklif edir?

8.      Kabel-kanal şəbəkəsi, avadanlıqlar, yerlər dövlətə məxsusdursa qanunvericilikdə bu mülkiyyətin özəl provayderlərə verilməməsi ilə bağlı maddə varmı? Varsa niyə indiyə qədər özəl provayderlərə Gəncədə bu avadanlıqlardan istifadəyə icazə verilirdi?

9.   Taxta dirəklər, miss xəttlər, sürətsiz adsl internet, bazarda yeganə dövlət provayderinin adsı internet xidməti göstərməsini nəzərə alaraq Gəncədə İKT sahəsində həyata keçirilən hansı yeni texnologiyalardan söhbət gedə bilər?"

 Petisiyaya daxil olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz! 

 http://chng.it/g5HtjybM 

Hörmətlə,

Gəncə sakini Orxan İsmayılov

Demokratik.Az

Oxşar xəbərlər