Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:28 - 12.11.2019  
Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? – SİYAHI
Tarix: 26-10-2019, 10:21 | Bölmə: Xəbərlər » Maraqlı

Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? – SİYAHI2020-ci ilin noyabrında Azərbaycanda növbəti – VI çağırış Milli Məclisə seçkilər keçiriləcək. Növbəti seçkilərdən sonra parlamentin daha da gəncləşməsi gözlənilir. Bunun səbəbi isə Prezident İlham Əliyevin ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab etməsidir. Növbəti parlament seçkilərində yaşca daha gənc olanların deputatlığa namizədliklərini irəli sürəcəyini söyləmək olar.

Prezident İlham Əliyev Hacıbala Abutalıbov və Əli Həsənovun Baş nazirin müavini vəzifəsindən azad edilməsi barədə sərəncamlar imzalayıb.

Ölkə başçısı daha sonra hər iki şəxsi vəzifədən azad olunması ilə bağlı verdiyi ərizələrlə əlaqədar qəbul edib.

Prezident görüşlərdə yaşı 70-i keçən, iqtidarda təmsil olunan məmurların da istefa ərizəsi təqdim edəcəyinə ümidli olduğunu bildirib.

Başlanan islahatların parlamentdən də yan keçməyəcəyi şübhəsizdir. Düzdür, Milli Məclis seçkili orqandır və hakimiyyətin qanunverici qanadını təmsil edir.

Yəni qanunverici orqanda deputat olmaq təyinatla deyil, seçki yolu ilə mümkündür.

Əslində, qanun çərçivəsində hər bir vətəndaşın deputatlığa namizədliyini vermək hüququ var, bununla bağlı yaş senzi yoxdur.

Konstitusiyanın 85-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisinin deputatı seçilə bilər.

İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər deputat seçilə bilməzlər.

Bu şərtlər çərçivəsində hamı deputatlığa iddia edə bilər. Amma…

Hazırda Milli Məclisdə 65-69 yaşlı deputatların sayı 16-dır. Onların siyahısını təqdim edirik.

Rasim Musabəyov (68 yaşı var, bitərəf deputatdır), Eldar Quliyev (YAP üzvüdür, 68 yaşı var), Şəmsəddin Hacıyev (YAP üzvüdür, 69 yaşı var) Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə (69 yaş), Mirkazım Kazımov (YAP üzvüdür, 69 yaşı var), Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli (68 yaş) , Elmira Axundova (bitərəfdir, 66 yaşı var), Cavanşir Paşazadə (YAP üzvüdür, 66 yaşı var), Tahir Rzayev (YAP üzvüdür, 69 yaşı var), bitərəf Aqil Abbas (66 yaş), Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev (65 yaş), bitərəf deputat Əli Məsimli (66 yaş), YAP üzvü Aqiyə Naxçıvanlı (69 yaş), YAP üzvü Bəxtiyar Sadıqov (68 yaş) , YAP üzvü Elman Məmmədov (69 yaş), bitərəf Gövhər Baxşəliyeva (65 yaş).

Parlamentdə doğum tarixi daha da əvvələ gedən "yaşlı qvardiya”nın nümayəndələri də az deyil. Yaşı 70-80 yaş arasında olan deputatların sayı 20 nəfərdir.

İndi isə onların adlarını yazaq. YAP-da təmsil olunan Eldar İbrahimovun 74, bitərəf Madər Musayevin 72, YAP üzvü Mixail Zabelinin 73, bitərəf Ziyad Səmədzadənin 79, YAP üzvü Hüseynbala Mirələmovun 74, bitərəf  Vahid Əhmədovun 72, YAP üzvü Yevda Abramovun 71, YAP üzvü Tahir Süleymanovun 71, bitərəf Əliağa Hüseynovun 72, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 72, YAP üzvü Arif Rəhimzadənin 78, YAP üzvü Əhliman Əmiraslanovun 72, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının 77, YAP üzvü Hadi Rəcəblinin 72, bitərəf Elxan Süleymanovun 79, bitərəf millət vəkili Mahir Aslanovun 70, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun 73, YAP üzvü Rafiq Məmmədhəsənovun 74, bitərəf deputat Flora Qasımovanın 72 yaşı var.

Siyahı bununla bitmir. Milli Məclisdə yaşı 80-i keçən deputatlar da var. Onların sayı dörddür.

Parlamentin ən yaşlı üzvləri bitərəf Zeynəb Xanlarova (83 yaş), YAP-çı Ağacan Abıyev (82 yaş) bitərəf Fəttah Heydərov (81 yaş) və YAP-çı Yaqub Mahmudovdur (80 yaş).

Prezident İlham Əliyevin mesajından sonra Yeni Azərbaycan Partiyasının yaşı 70-i keçən şəxsləri deyil, daha gənc olanlarını irəli çəkəcəyi gözləniləndir. Ancaq Prezidentin çağırışına digər partiya üzvü olan və ya bitərəf deputatların da əməl edəcəyini söyləmək mümkündür.

Çünki deputatların hamısı dəfələrlə Prezidentin siyasətini, apardığı kadr islahatlarını dəstəklədiklərini bildiriblər. (oxu.az)

Xəbər 600 dəfə oxunub






Oxşar xəbərlər

Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
“Fondpulu” tələb edən sinif rəhbəri cəzalandırıldı
Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26185] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00893] calend [0.00051] topnewsend [0.00391] rsssend [0.00000] ehgend [0.01437] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23253]