Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

05:05 - 15.11.2019  
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
Tarix: 22-10-2019, 08:45 | Bölmə: Xəbərlər » Maraqlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası "Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nda dəyişkilik edib.

Bu Qaydalar "Yol hərəkəti haqqında” qanuna uyğun olaraq müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi qaydasını müəyyən edir.

Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir. Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir. Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir. 2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir:

– "B”, "C”, "D” ;

– "BE”, "C”;

– "B”, "CE”.

1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir;

– "BE”, "C”, ”D”;

– "B”, "CE”, "D” ;

– "B”, "C”, "DE”.

Bu Qaydalarla müəyyən edilən peşəkarlıq səriştəsinə və işgüzar keyfiyyətlərə malik olan avtomobil sürücülərinə ixtisas sinfinin verilməsinə işəgötürən tərəfindən yaradılmış "Sürücülərin ixtisas sinfi üzrə komissiya” (bundan sonra komissiya adlandırılacaq) tərəfindən baxılır. Komissiyanın qərarı komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir və işəgötürənin əmri ilə rəsmiləşdirilir. Komissiyanın tərkibinə işəgötürənin təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan işçilərindən 5 nəfərdən çox olmayaraq tək sayda üzvlər seçilir. İşəgötürəndə həmkarlar ittifaqı təşkilatı mövcud olduqda komissiyanın bir üzvü onun nümayəndəsi olmalıdır. Komissiyanın sədri onun üzvləri tərəfindən səs çoxluğu ilə seçilir.

İndiyə qədər əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi vasitəsilə 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücülər sistem tərəfindən müəyyənləşdirilərək bu barədə işəgötürən tərəfindən məlumatlandırılıblar. İşəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülər barədə məlumatı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil edib.

Dəyişikliyə əsasən, bundan sonra işəgötürən 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə müəyyənləşdirəcək və həmin sürücüləri bu barədə məlumatlandıracaq. Eyni zamanda işəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə müvafiq dəyişikliklər edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edəcək.

Xəbər 633 dəfə oxunub






Oxşar xəbərlər

Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26759] initstartout [0.00023] initstartin [0.00111] calstart [0.01333] calend [0.00077] topnewsend [0.00513] rsssend [0.00000] ehgend [0.00650] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23983]