GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI

  • 18 okt 2019, 17:00

Gəncənin "Bayraq Meydanı" uzun müddətdir ki, bayraqsız qalıb. 

18 oktyabr - "Müstəqillik Günü"ndə də ölkənin ikinci böyük şəhərində belə bir durumun yaşanması şəhər sakinləri tərəfindən heç də xoş qarşılanmayıb. 

"Demokratik.Az"-ın məlumatına görə, bayrağın xeyli müddətdir dalğalanmamasının səbəbi ötən ay hündürlüyü 100 metrə çatan bayraq dirəyindəki qaldırıcı trosun qırılmasıdır. Son günlər nasaz durumun aradan qaldırılması istiqamətində ciddi işlər gedir. Şəhər rəhbərliyinin göstərişilə Bakıdan Gəncəyə müvafiq texnika və mütəxəssislər dəvət olunub. Tezliklə, problemin aradan qaldırılacağı deyilir.

Digər mühüm məqam isə ondan ibarətdir ki, "Bayraq Meydanı"nın nasaz durumda olması səbəbindən şəhərin aktivləri "müstəqillik günü"nü qeyd etməyiblər. İcra başçısı Niyazi Bayramovun hazırda Bakıda olduğu bildirilir.  

Xatırladaq ki, Gəncə çayının sağ sahilində yerləşən Azərbaycan Dövlət Bayrağı Meydanının təməli 2011-ci ildə qoyulub və açılış mərasimi 2012-ci ilin yanvar ayının 21-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin və sabiq icra başçısı Elmar Vəliyevin iştirakı ilə baş tutub.

Bayraq öz hündürlüyünə görə, regionda liderliyini qoruyub saxlayır.

Bundan əvvəl də, küləkli hava şəraitində Gəncə bayrağının bir neçə dəfə cırılması, bayrağın əvvəllər də ara-sıra dalğalanmasıbarədə xəbərlər yayılmışdı...

Demokratik.Az


 

Saat 19:15

 

**********

"Demokratik.Az"-a ötürülən yeni şəkildən görünür ki, hazırda Bayraq Meydanında yeni trosun dirəyə quraşdırılması üçün iş gedir. Uzunluğu 100 metrə ulaşan kran artıq Gəncədədir və alpinistlər problemin həllinə çalışır.

Demokratik.Az

Oxşar xəbərlər