Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:37 - 15.11.2019  
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Tarix: 17-10-2019, 14:48 | Bölmə: Xəbərlər » Maraqlı

General lap astadan cavab verir: "Mən, Sizə və Azərbaycana sədaqətlə xidmətim üçün and içirəm!”
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!Tanınmış tədqiqatçı-alim, politoloq Rövşən Novruzoğlu və jurnalist Asif Mərzili Müstəqil Azərbaycanın quruculuğunda fədakarlıq göstərmiş generallarımızla bağlı "Azərbaycan generalları” kitabını bitirməkdədir. Müəllifə görə, onların fəaliyyətini göstərmək, onların barəsində dəyərli, məxfi materialları üzə çıxartmaq, axtarıb tapmaq, sabahkı nəslə yadigar qoymaq özü də bir xidmətdir.
"Təzadlar” R.Novruzoğlunun general Bəylər Eyyubov haqqında müəllif yazısını təqdim edir:
...Müstəqil Qazaxıstan Respublikasının qurucusu, eks-prezident Nursultan Nazarbayev onun adını həmişə hörmətlə çəkib, onun ölkə iqtisadiyyatının qüdrətli olmasında, çiçəklənməsində oynadığı misilsiz rolunu və fəaliyyətini yüksək qiymətləndirib. Nursultan Abişoviç ölkə ictimaiyyətinə xatırladıb: "...Akademik, Orta Asiya regionlarında azsaylı xalqların birliyini yaradan, Qazaxıstan tarixində özünəməxsus möhtəşəm yer tutan iqtisad elmləri doktoru, professor-Akademik Knyaz İbrahimoviç Mirzoyevin fəaliyyətində təkcə iqtisadi məsələ deyil, o, həm də Qazaxıstanla Azərbaycan arasında iqtisadi-siyasi məsələləri əhatə edən, bu istiqamətdə ölkə üçün "Vahid İqtisadi Strategiya Planı”nı hazırlayan və yüksək intellekt səviyyəsi olan ictimai-siyasi xadimdir...”.
Akademik Knyaz İbrahimoviç Mirzoyevin Azərbaycanın tanınmış simalarından olan general-polkovnik Bəylər Həsən oğlu Eyyubova sıx bağlılığı var, çox yaxın qohumluq əlaqələrinə malikdir. Yəni, köklər birdir. Akademik Knyaz İbrahimoviç Mirzoyev İngiltərədə nəşr olunan qəzetlərin birinə, nüfuzlu qəzetlərdən sayılan "Daily Post” ("Gündəlik poçt”) verdiyi müsahibədə Azərbaycanın təhlükəsizlik general-polkovniki Bəylər Eyyubovun adını çəkərək demişdir: "...Bizim nəsil çox güclü və etibarlı, vicdanlı nəsildir. Nəslimiz Akademiklər, generallar nəslidir. Dövlət üçün, millət üçün etibarlı nəsildir... Məsələn, mənim ən yaxın qohumlarımdan biri, nəslimizin sevimlisi general Bəylər Həsən oğlu Eyyubov Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisidir. Bu nüfuz və etibarı o, özü qazanıb.
Sual: - Prezident Nazarbayev də Sizi çox təriflədi.
İnsanlar arasında qazandığınız nailiyyətlərdən, etibarlı başçısına və onun ailəsinə heç vaxt əskilməyən sədaqət və səxavətinizdən danışdı...
K.Mirzoyev: - Ləyaqət, Səxavət, vicdanlı olmaq bizim nəslin dəyərlərindən irəli gəlir. Nəslimizin general oğlunda da eyni ləyaqət, səxavət və ədalət var. Bu bizim prinsipimizdir...”
Qeyd edim ki, həmin prinsiplə də general-polkovnik Bəylər Eyyubov Azərbaycana, ölkə başçısına xidmət edir. Nursultan Nazarbayev həmişə Ümummilli lider Heydər Əliyevə istinadən deyirdi: "...Onun "təhlükəsizlik sərkərdəsi haqqında fikirləri həmişə işıqlı olub... Mən və ailəm ona çox inanır. Mən onda, onun inamlı və vüqarlı görünməsində özümün keçmişimi, gəncliyimin nişanələrini görürəm. Nursultan Abişoviç, əgər mən bu gün Sizinlə rahat görüşürəmsə, Azərbaycanı qarış-qarış gəzib, dolaşıramsa, insanlarla söhbətləşirəmsə, onları dinləyirəmsə... öz təhlükəsizlik xidmətimə minnətdaram. Onlar böyük qüvvədir... General Bəylər Əyyubov hər görüşdən qayıdanda... yaddan çıxan onlarla vətəndaşın məktubunu, şikayət ərizəsini xatırladıb, mənə oxudub... Mənim generallarım mənim məktəbimi keçiblər... Mənə xəyanət eliyənlər də olub. Amma mən hər şeyi zamanın axarına buraxıram... Bu məndə adətdir”.
***
...Nursultan şəhərində dedilər ki, Astanada keçmiş ittifaqın təhlükəsizlik generalları ilə bağlı Nursultan Nazarbayevin qeydlərini bir yerə toplayan və onu kitab kimi çap edən yazar Məhəmmədcanovun kitabı nəşr olunacaq. Mən qazax yazarı Məhəmmədcanovla söhbətimdə deyimləri eşitdim. Nursultan Abişoviç təhlükəsizlik generallarına çox önəm verirdi. O da mənə məlumdur ki, vaxtilə Azərbaycanda olan bir fransız diplomatı təhlükəsizlik generalı Bəylər Əyyubovla söhbətində xatırlatmışdır: "...Sizin generallar həm cəld, həm də cəsarət sahibidir... Fəxr edin ki, dahi Heydər Əliyev kimi bir şərəf sahibinin, onun ailəsinin təhlükəsizliyini təmin edirsiz...”.
General-polkovnik Bəylər Əyyubovun fikrincə, Azərbaycanın təhlükəsizliyi onun Prezidentinin və ailəsinin təhlükəsizliyindən başlayır...
Akademik Knyaz İbrahimoviç Mirzoyev mənimlə söhbətində dedi ki, "...Bakıya gələndə həmişə məni o özü qarşılayır. General Bəylər Eyyubov həm sadə, təvazökar, həm də işində ciddi adamdır... Mənim əbədi dostuma çevrilmiş, qardaşım, Heydər Əliyeviç ona xatırladırdı ki, Akademik (yəni Knyaz müəllim.Red.) Bakıya gələndə həmişə sən özün qarşıla. O, Qazaxıstanda çox nüfuz sahibidir və mənim də dostumdur. Bizim nəsil ona olunan yaxşılığı heç vaxt itirmir. General Bəylər Eyyubov da eyni yolun yolçusudur. Amma həyatında, yaşamında ağrılı-acılı günləri çox olub. Nəsildəki biri-birinin ardınca baş verən itkilər onu həmişə sarsıdıb. Amma yaxşı dost-tanış, yaxın-uzaq qohumlar onun ruhdan düşməsinə, sınmasına imkan verməyib...”.
Bir az əvvələ qayıdıram. Taleyimizi Allah yazır. Tariximizi isə özümüz yaradırıq. General-polkovnik öz tarixini öz xeyirxah və müdrik, insanı düşündürən əməllərilə yazıb. Tarixə nəzər salın: Başımız o qədər yalan və böhtana, qara-qura fikirlərə qarışır ki, çox vaxt xaricdə aparıcı mətbuat səhifələrində ayrı-ayrı ölkələrin ictimai-siyasi xadimləri tərəfindən, tanınmış Azərbaycan simaları haqqında yazılanları, partiya liderlərinin açıqlamaları ilə bağlı fikirlər yada düşmür, üstündən keçib, gedirik. Çünki yaxşı fikirlərin, vətənini sevən insanlar haqqında, onların ölkə başçısı İlham Əliyevə və ailəsinə göstərilən sevgi və sədaqətin, ləyaqətin ölçüsü haqqında... danışmaq düşmən üçün, xislətində murdarlıq olan, ürəyini və beynini Şeytani hisslərə qurban verənlər üçün maraqlı olmur.
Məsələn, İsveçrədə 1862-ci ildə nəşr olunan "Maten” ("Sabah”) çoxtirajlı və gündəlik qəzetdə İsveçrə xalq Partiyasının başçısı, ictimai-siyasi xadim Ueli Maurer Azərbaycanı Təhlükəsiz Sərhəd zolağı adlandırıb və maraqlı bir açıqlama verib. O, yazır ki, Azərbaycanda Təhlükəsizlik Məsələlərinə baxılarkən 2003-cü ilin iyun ayının 2-də Azərbaycan Respublikası Mühafizə Xidməti rəisinin birinci müavini, general Bəylər Həsən oğlu Eyyubovun adı gündəmə gəlirdi. Prezident və onun ailə üzvləri generalı çox istəyirdilər. Onun əxlaq və ləyaqəti, sədaqəti ölkə başçısı üçün əsas meyar idi.
Akademik Knyaz İbrahimoviç Mirzoyev isə Qazaxıstanın eks-prezidenti Nursultan Abişoviç Nazarbayevin Heydər Əliyevlə etdiyi söhbəti yada salır. "O, deyirdi ki, mənim ətrafımda elə şəxsiyyətlər var ki, onlar harada işləməsindən asılı olmayaraq... həmişəki kimi sədaqətli və vicdanlı olurlar...”.
General Bəylər Əyyubov Naxçıvanda Heydər Əliyevin yanında təyinat alarkən, ümummilli lider görür ki, o, əlini sinəsinə qoyub, özü-özünə nəsə pıçıldayır. Heydər Əliyev soruşur: "Sən nə pıçıldayırsan?”
General lap astadan cavab verir: "Mən, Sizə və Azərbaycana sədaqətlə xidmətim üçün and içirəm!”.
Bütün bunların üstündən xeyli vaxt keçib. Lakin tarix tarix olaraq qalır. Onu nə mən poza bilərəm, nə də başqda birisi.
Bu günlərdə NATO-nun son onillik hesabatına nəzər saldım. Hesabatın "Antiterror... yeni mübarizə metodları və keçmiş İttifaqın regionları...” fəslində Azərbaycan və onun təhlükəsizlik generalları haqqında çox ciddi, maraqlı fikirlər var. Biz unutmuşuq. Unutduqlarımızdan biri budur ki, məsələn, Pribaltika ölkələrinin Prezidentləri özlərinin və ailə üzvlərinin təhlükəsizliyini təmin edərkən, Azərbaycan taktikasını əsas götürüblər. Bu təhlükəsizlik taktikası isə Ümummilli liderimiz Heydər Əliyevin taktikasıdır ki, bu gün möhkəm əllərdədir və həm də bu təhlükəsizlik taktikası tarixin ən çətin sınaqlarından çıxıb...
Nailiyyətlərimiz dostu-tanışı, camaatımızı nə qədər sevindirirsə, düşmənləri də (həm daxili, həm də xarici) bir o qədər darıxdırır. Hesabatda bu da qeyd olunur ki, demək olar hər il İran İslam Respublikası, RF-sı, Gürcüstan, Türkiyə və Ermənistan tərəfindən ölkə ərazisinin sərhədləri pozulur. Sərhəd pozucuları içərisində Beynəlxalq axtarışda olan və adları terror qruplarından keçən cinayət törətmiş adamlar var və onların bir neçəsi məhz Azərbaycan ərazisində ifşa olunaraq, deportasiya ediliblər. Məsələn 1983-cü ildə Suriyada əsası qoyulan "Əl-Mühacirun” terror təşkilatının çevik üzvlərindən olan Ömər Bəkri 1994-cü ildə BTC beynəlxalq kəmərinin keçəcəyi ərazidə saxlanıldı. Və yaxud, 1999-cu ildə İranda geniş miqyaslı tələbə iğtişaşlarını təşkil edən, Prezident Karteclərinə hücum edən... Bakı-Tehran əlaqələrinə qarşı kampaniyalar aparan "Əksəre Hezbollah” terrorçu dəstəsinin tam məxfi liderlərindən olan Mahmud Sənayi Prezident Kartecinin keçəcəyi körpülərin birində həbs edilir... Onlarla körpünün dağıdılmasının, yolların, keçidlərin minalanmasının qarşısı alınıb... (Şübhəsiz, bu müqəddəs işlərdə Ölkənin Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının, xüsusən də general-polkovnik Vaqif Axundovun əməyini qeyd etmək lazımdır).
Təhlükəsizlik general-polkovniki Bəylər Eyyubovun bu çətin və hər an şəxsi həyatı üçün təhlükə törədə biləcək işlərdə əməyi misilsizdir.
General Müstəqil Azərbaycan Respublikasının qurulmasında öz tarixini yazıb və bu tarix də 1992-ci ildə Naxçıvandan başlayıb. Bəlkə açıq danışaq? Açıq danışaq ki, gizlətdiyimiz bir şey olmasın. Fakt budur ki, general-polkovnik Bəylər Eyyubov öz şəxsi həyatını və taleyini müqəddəs Azərbaycan üçün girov qoyan generallardandır. Fikrimcə, təhlükəsizlik generalının bir saatını yaşamaq insanda hünər və dözüm, səbr və mətanət, cəsarət istəyir. Akademik, Qazaxıstan ictimai-siyasi mühitində nüfuz sahibi olan Knyaz İbrahimoviçin "Əmioğlu” çağırdığı general-polkovnik Bəylər Eyyubov bizim generaldır.
Araşdırmalar zamanı biz görürük ki, ABŞ-ın ən məşhur "İnformasiya bülleteni” olan və bilavasitə dünyanın təhlükəsizlik və kəşfiyyat materiallarını nəşr edən, onu Avropa məkanında paylayan "Covert Action” - "Məxfi iş” "məlumat dəftəri” bir neçə il bundan qabaq Azərbaycanın Prezidenti və onun ailə üzvlərinin təhlükəsizliyini təmin edənlərlə bağlı maraqlı məlumatlar yaymışdı. Orada qeyd olunurdu ki, keçmiş ittifaq respublikaları cərgəsində Azərbaycan Prezidentinin təhlükəsizliyinin təmin olunması onun və ailəsinin ciddi şəkildə qorunması regionda ağıllı və düşünülmüş şəkildə təmin olunub. "...Bundan əlavə ölkədə insanlar (söhbət Azərbaycandan gedir - R.N.) da öz prezidentlərini - cənab İlham Əliyevi çox sevir, ona hörmət və ehtiram bəsləyirlər... Azərbaycan beynəlxalq terrora qarşı amansız mövqedə dayanan regionlardan biridir...” (general Uotson Deyl-ABŞ).
Mən sadəcə olaraq məxfi bülletendə dərc olunmuş materialı genişliklə şərh etmək istəmədim və buna ehtiyac da yoxdur.
Təhlükəsizlik general-polkovniki Bəylər Eyyubov təhlükəsizlik sistemindəki kəşfiyyat, əks-kəşfiyyat məsələlərini də çox gözəl bilir. Ölkənin sahibliyi istiqamətində Prezident İlham Əliyevin və ailə üzvlərinin qorunmasında "Təhlükəsizlik Kodeksi”nə həmişə sadiq olub. Və xatırladım ki, Qazaxıstan Respublikasının prezidenti üçün "Təhlükəsizlik Kodeksi”ni ilk dəfə hazırlayan məhz Akademik, ictimai-siyasi xadim Knyaz İbrahimoviç Mirzoyev olub. Əslini, kökünü qoruyub-saxlayan bu adamın Azərbaycanın general-polkovniki Bəylər Eyyubov haqqında çox maraqlı fikirləri var. O, Azərbaycan generalları ilə bağlı açıqlamalarında deyir: "...Mən vaxtım olanda Bakıya gedirəm. Ora çox gözəl və yaraşıqlı bir diyardır... Qonaq qaldığım ev general-polkovnik Bəylər Eyyubovun evidir. Onun çox gözəl və nüfuz sahibi olan ailəsi var... Çox zaman mən onu görmürdüm. Özünü Azərbaycan Prezidentinin və onun ailəsinin təhlükəsizliyinə həsr edən bu adam mənim üçün əsl möcüzə idi. General-polkovnik Bəylər Eyyubov Heydər Əliyevin qurduğu dövləti, Prezident İlham Əliyevi və onun ailəsini çox sevir.
Və bu sevgi, bu sədaqət ona əsrin ən böyük Diplomatlarından olan, dostum və qardaşım Heydər Əliyevdən qalıb. Mən generalın öz prezidentinə göstərdiyi sədaqətin və ləyaqətin qarşısında baş əyirəm...”
General-polkovnik Bəylər Eyyubov həqiqətlə yalan arasında keçilməz sədd kimi dayanıb. Düşmən də bilir ki, onu aldadıb o səddi aşmaq olmaz. Onu və o səddi özü ağırlığında qızıla-gümüşə, sərvətə dəyişmək qeyri-mümkündür.
***
Həyatını, varlığını və canını ölkənin - sabitliyi, prezidentin təhlükəsizli yolunda qoyan sədaqət rəmzinə çevrilmiş atılan böhtanları, generalın "Eyyubovlar ailəsinə” ünvanına deyilən və yazılan yalanları düşündüm. Özüm-özümə sual verdim: bəs hanı onun gördüyü xeyirxah, insanı yerdən qaldıran, onun qürur və ləyaqətini özünə qaytaran və bu istiqamətdə atdığı addımlarının sorağı? Hər ay yüzlərlə ailənin regionlarda haqqını qaytaran, pozulmuş hüquqlarını özünə çatdıran, bu çətin və dolaşıq zamanda insanların əsəblərinə bilavasitə sığal çəkən... generalımızı qorumaq (ümumiyyətlə, yaxşı ailələri, nəsilləri qorumaq) bizim şərəf işimizdir. Məsələn, onlarla xəstəxanaya, doğum evlərinə, gözləri yol çəkən kimsəsiz analara dərman göndərən, onların övladları üçün kitab-dəftər... geyim alan general necə ləkə götürsün?
Mən Türkiyədə olarkən Türkiyə vətəndaşı Ali Osman Kutanoğlunun cinayət işilə maraqlandım. O, Azərbaycanda təhsil alıb. Və bir müddət ölkənin hərbi kəşfiyyat orqanı tərəfindən axtarılıb və dindirilib... Bizim Azərbaycan mətbuatı isə tələm-tələsik Bakıda təhsil almış Kutanoğlundan namuslu və vicdanlı adamlarımıza qarşı dəyənək kimi istifadə etməyə cəhd etdi. Hədəf də generalın ailəsi oldu - Eyyubovlar ailəsi seçildi. Halbuki məlum olub ki, bu adam Bakıda olarkən özünü iş adamı kimi tanıdıb, nəticədə azərbaycanlılardan bir milyon 240 min avro pul yığaraq, aradan çıxıb... Gözdən itən bu adam İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən araşdırılıb. Fakta baxın: bu Türkiyə vətəndaşı həm Türkiyədə araşdırılıb, həm də Bakıda. O biri tərəfdən də İnterpol axtarışına verilib... O, həbs olundu və etdiyi əməlləri etiraf etdi... Bakıda isə mətbuat yazdı ki, (araşdırma aparmadan) türk vətəndaşını Bakıda aldadıblar, əlindəkini alıblar. Atdığı böhtan üçün külli miqdarda pul xərcləyən Kutanoğlu bunu da açıqladı ki, onu Bakıda qəzetlər soyub-talayıb... və "Eyyublar ailəsi”nə böhtan atmağı da qəzetçilər sövq edib. Üstündən aylar, illər ötüb keçsə də belə böhtan yaralarının çəkilib getməsi üçün vaxt və zaman lazım olur.
***
...Akademik Knyaz İbrahimoviç Mirzoyev də bu hadisələri eşidəndə və oxuyanda iddia edib ki, "Qoy insanlar yalandan, şər və böhtandan əl çəksinlər... Yaşamaq, yaşatmaq lazımdır qardaşım... Yüksək əxlaqa malik olan, şərəf və ləyaqəti, insanlığı özünə amal bilən ölkənizin başçısı İlham Əliyev bu gün dünyanın diqqət mərkəzindədir. Onun yüksək intellekt səviyyəsi, həyata, yaşamağa, qurub-yaratmağa köklənmiş aşıb-daşan potensialı var... Mən qürur duyuram ki, Bəylər Eyyubov kimi bir şəxs, general-polkovnik onu və ailəsini bəlalardan qoruyur...”
Vaxtı ilə Azərbaycanda olan, Bakını... onun görməli yerlərini gəzib, dolaşan dünya siyasətçilərinin Respublika Prezidenti ilə, onun təhlükəsizliyini təmin edən şəxslərlə bağlı xüsusi baxışları var. Məsələn, Mərakeşin "Rifah və islahatlar Partiyasının başçısı Əbdürrəhman Əl-Kuein deyirdi: "...Gözəl ölkədir... Mən qaldığım binanın eyvanından ötüb - keçən Prezident "Kartici”ni salamladım... Və baş əydim. Tərcüməçim Rəhim iddia etdi ki, siz nə edirsiz? Baş əymək bizdə adət deyil. Mən isə dedim: - bu bizdə adətdi. Öz ölkəsinin başçısına təzim etmək, ona baş əymək... dövlətə və ölkəyə şərəf və bərəkət gətirər. Sizin dünyada nüfuz sahibi olan başçınız var. Görün onun təhlükəsizliyi necə təmin olunub?..”
Kanadanın "Yeni Demokratik Partiyası”nın lideri Cek Leyəton: "...Mən ikinci dəfədir ki, Azərbaycanda oluram. Ölkələrin milli dəyərləri və milli təhlükəsizlik məsələləri ilə bağlı araşdırmalar və tədqiqatlar aparıram... Sizin öz prezidentini, onun ailəsini qoruyan çox güclü general komandanız var. Qoruyun. Torpağınızı, məmləkətinizi... Prezidentinizi. Hərdən ətrafınıza nəzər salın. Baxın, görün qonşularınızda hansı qırğınlar, dağıntılar baş verir. Azərbaycanın qüdrətli prezidenti var. Onun güclü, onu sevən, canını həmişə sipər edən təhəlükəsizlik dəstəsi var...”
İordaniyadakı "Şərəf və ləyaqətli insanların Şurası”nın (Senatın tərkibi) üzvü, məşhur hüquqşünas və ölkə mətbuatı assosiasıyasının lideri Seyf-əl Şərif: "...Təhlükəsizlik məsələsi bütün dünya üçün problemə çevrilib. Mən bu yaxınlarda gördüm və eşitdim ki, Azərbaycanda öz dövlətinin təhlükəsizliyini təmin edən böyük şəxsiyyət Heydər Əliyev sisteminə qayıdış var. Azərbaycan Prezidenti İlham Əliyevə gəlincə, onun da təhlükəsizliyi möhkəm əllərdədir. Orda mənim "polad kimi dostum var” (ifadə onundur) - general polkovnik Bəylər Eyyubov...”.
***
Mən sözümü tamamladım. Bu yazını yazarkən mənə dəstək olan, Qazaxıstan Respublikasında böyük nüfuz sahibi, akademik, Nursultan Nazarbayevin sevimli və əziz dostlarından olan Knyaz İbrahimoviç Mirzoyevə cansağlığı arzulayıram və onun Heydər Əliyev ocağına olan hörmət və ehtiramını alqışlayıram.
Rövşən Novruzoğlu,
Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, politoloq


SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!

Xəbər 1274 dəfə oxunub






Oxşar xəbərlər

Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37531] initstartout [0.00018] initstartin [0.00069] calstart [0.00927] calend [0.00049] topnewsend [0.00449] rsssend [0.00000] ehgend [0.10696] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25257]