İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub

  • 16 okt 2019, 22:02
İstanbul Universitetinin müəllimi ADAU-ya qonaq gəlib.
İstanbul Universitetinin Su bilimləri fakültəsinin müəlimi, doktor dosent Farhad Çağlıtay Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin balıqçılıq ixtisasının tələbələrinə mühazirə oxuyub, təcrübə dərsləri keçib. Təcrübə dərsində tələbələr Afrika naxasının daxili quruluşunu öyrəniblər.
Demokratik.Az-ın məlumatına görə, ADAU Türkiyənin aparıcı ali təhsili müəssisələri ilə qarşılıqlı əməkdaşlıq mühitində yerli tələbələrin nəzəri-praktiki hazırlığının keyfiyyətinin yüksəldilməsini, balıqçılıq üzrə mütəxəssislərin gələcək təminatının yaxşılaşdırılmasını hədəfləyir.
Oxşar mühazirələr və təcrübə saatları oktyabrın 12-dən 19-na kimi keçiriləcək.
Bu müddət ərzində tələbələr balıqların bəslənilməsi, süni mayalandırılması, suyun keyfiyyəti, qəfəs yetişdirilməsi və digər mövzularda mühazirələr dinləyəcək, təcrübə dərsləri keçəcəklər.


 


Oxşar xəbərlər