Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı

  • 14 okt 2019, 19:43

Uzun sürədir özfəaliyyətində "Demokratik.Az" saytı və Osman Nərimanoğlu imzası narahatlıq doğuran bir müxbir yenə öz cızmaqara üslubu ilə bizləri hədəf edib. Mətbuat Şurasında əyləşən bəzi başbilənlərdən "enerji alan" və bizə qarşı hücum üçün depolanmaqda olan  Məhəmmədəli Qəribli adlı şəxs qeyri-ciddi və şər-şəbədə janrını davam etdirir.

Demokratik.Az saytı olaraq bir neçə gün əvvəldən öz yalanları ilə acı gerçəklərə asılı qalan səviyyəsiz yazının önəmsiz detallarına varmadan Osman Nərimanoğlunun "v-ne-ştatnik" M. Qəribli adlı birinə qısa və tutarlı, atmacalı cavabını təqdim edirik: 

"Dəyərli media adamları!

Sayqılı və səmimi dostlar!
Gün keçdikcə saytıma və Osman Nərimanoğlu adına qarşı "qırmızı xətt" tanımadan yeni böhtan-təhqirlər yağdıran, bütün mənəvi dəyərsizlikləri yumşaq yanlarına ataraq əslində şəxsimə qarşı təxribat və paxıllıqla məşğul olan M.Qəriblinin yazar deyil, savadsız bir qrafoman olduğu tam çılpaqlığı ilə üzə çıxır. Bunu tam əvvəldən bilirdim ki, gərək hamı bilsin.
"Bakı-xəbər"in "v ne ştatnik"i şəxsiyyət əleyhinə oynadığı oyunlarla və yazdığı mənəviyyatsız statuslarla artıq biabırçılığının ən üst qatına qalxıb. Əməllərinə görə isə, nə zamansa susmuş vicdanı qarşısında cavab verəcək.
İndiyədək bircə məntiqli yazı yaza bilməyən bu riyakar qabağına keçən (Gəncədəki kimi - O.N) daş bir personajı "Sən Cavadxansan" - deyib şərləməyi bacardığı kimi, mövcud durumda adıma olan "strateji" hücum hədəfləri böyük iştahasının hesabına qalan dişlərininin də bütününü söz zərbələrimin qarşısında qırdıracaq kimi görünür. Adam nə düşünə, nə danışa, nə də yaza bilmir. Heyif, Mətbuat Şurasının sifarişi əsasında hələ də mənimlə çəkişir, guya yalvaran və dəfələrlə üzür istəyən adam bu deyil...Utanmasan oynamağa, trolluq etməyə nə varmış, ilahi!...
Ey, "dişli media trolu"! Axı, sən mırıq qalandan, ənginə bağışlanmaz günah şələsi alandan sonra, zatən özünün züytutan "dayday"larına da lazım olmayacaqsan. Nə fəaliyyətdir özünü ev almaqçün belə gücə salırsan? Kim səni inandırıb ki, Osman Nərimanoğlu kimilərə və sənə cavab verə bilməyən hansısa məhkumlara söyməklə ucalacaq və jurnalistlərə tikilən mənzillə mükafatlandırılacaqsan? Etdiklərinin, yazdıqlarının fərqində deyilsən, bari uzaqdakı küsülü vicdanını bir yanına çağır, özünə hesabat ver, bacar ki bir az utanasan... Utansan demək adamlıq sifətlərin öləzisə də yenidən onları sağaltmaq şansın var, əks halda qəlbi ruhu olmayan gombul bədənin, intellektsiz bir beyinin daşıyıcısından savayı bir şey deyilsən...
Eşitdim, Gəncə Apellyasiya məhkəməsinə gələcəksən, nə xoş. Amma gələrkən özünlə qəzetin 8 manatlıq abunə kağızlarından götür, amma daş-ağaca və üstümə kükrəməyə şər-böhtanı unut!

Yazdığın təkrar və məntiqsiz cızmaqarana detallı cavab vermək zərurəti isə heç duymadım, çün özünü və xislətini ifşa etməkdəsən! Sadəcə deyirəm: - GET RƏDD OL!"

Osman Nərimanoğlu

Demokratik.Az

Oxşar xəbərlər