
Aqrar sahə Azərbaycanda
iqtisadiyyatın əsas istiqamətlərindən birini təşkil edir. Ancaq bu sahə üzrə mütəxəssislərin
yetərli sayda olmaması təəssüf doğurur. Bunun da müxtəlib səbəbləri var.
Əsas səbəblərdən biri 1990-cı illərdə və ondan sonrakı dövrlərdə kənd təsərrüfatı üzrə
ixtisaslı kadr hazırlayan yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar
Universitetinə münasibət birmənalı olmayıb və tələbə qəbulunun nəticələri sürətlə azalmağa
başlayıb. Yəni, torpaqların əhaliyə paylanması və kollektiv təsərrüfatların ləğvi
istər-istəməz bu universitetə marağı azaldıb.
Son 10 ildə isə aqrar təhsilin inkişafına
dövlət tərəfindən xüsusi diqqət göstərilir və Prezident İlham Əliyevin birbaşa nəzarətində
olan aqrar təhsil sürətli inkişaf illərini yaşayır. Ən müasir tələbə evləri tikilib, texniki
baza tamamilə yenilənib, universitetin beynəlxalq əlaqələri genişlənib. Kənd təsərrüfatı
yönümlü ixtisaslar dövlət sifarişli olub, tələbələr təqaüdlə təmin edilib. Bununla
yanaşı "ADAU-nu tanıdaq” layihəsi də qəbul edilib. Universitet kollektivi icra etdiyi
layihə ilə bu boşluğu aradan qaldırmağı və bazar rəqabətli kadr hazırlamağı hədəf
götürüb və demək olar ki, buna da nail olub.
"Demokratik.Az"-a verilən məlumata görə, ADAU-nu rektoru,
AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi ilə layihə üzvləri tərtib
edilən qrafikə uyğun rayonlarda olur, ictimaiyyətin nümayəndələri və orta məktəbin yuxarı
sinif şagirdləri ilə görüşür, onlara təhsil müəssisəsi haqqında
ətraflı məlumatlar
verirlər. Növbəti görüş isə Şəmkir rayonunda baş tutub.
Heydər Əliyev mərkəzində
keçirilən görüşdə əvvəlcə ADAU haqqında qısametrajlı filmlər,
video-çarxlar nümayiş etdirilib. Bildirilib ki, görüşün və bu layihənin məqsədi yuxarı sinif
şagirdlərinə Universitet barədə geniş məlumatlar vermək şagirdlərin marağını bu
sahəyə artırmaqdır. Kənd təsərrüfatı üzrə mütəxəssislərə olan tələbatı ödəmək üçün
görülən işlərin nəticəsidir ki, ADAU-nu seçənlərin sayı bu tədris
ilində bakalavr,
magistr və əcnəbi tələbələrlə birlikdə 1540 nəfər olub. Vurğulanıb ki, ADAU-da 14 ixtisas dövlət
sifarişlidir. Tələbələr burada ödəniş haqqından azaddır və təqaüd alırlar.
Görüşdə rektor İbrahim
Cəfərov ADAU-nun inkişafının ölkə Prezidentinin tam diqqətində olduğunu
deyib Universitet haqqında məlumatlar söyləyib. Hazırda ADAU- nun böyük şöhrətə malik
olduğunu deyən rektor onu da əlavə edib ki, bu təhsil müəssisəsi Azərbaycana
çox böyük şəxsiyyətlər verib. İndi biz həmin şöhrətli illəri çcənab Prezidentin diqqəti
sayəsində yenidən yaşayırıq və əminəm ki, tarix təkrar olacaq
və yeni şəxsiyyətlər nəsli
yetişəcəkdir. Belə mükəmməl kadrlar hazırlamaq üçün indi
Aqrar Universitetdə hər
şərait yaradılıb. Rayon İcra Hakimiyyətinin
Başçısı Alimpaşa Məmmədov Şəmkirin Azərbaycan
kənd təsərrüfatında
yerindən danışıb, bu günün uğurlarını dilə gətirib. Bildirib ki, bu günün dinamik
inkişafının özü də Ulu öndər Heydər Əliyev siyasi kursunun, ideologiyasının nəticəsidir.
A. Məmmədov onu da deyib ki, təqdim olunan filmlərdən
ADAU-nun tam şəraitli təhsil
müəssisəsi olduğu aydın görünür.
Demək yerinə düşər ki,
bu il Şəmkir rayonundan 46 tələbə məhz ADAU-nu seçib. Ümumilikdə isə bu
rayondan 251 tələbə ADAU-da oxuyur. Bu isə o deməkdir ki, yaxın bir neçə ilə rayonun kənd
təsərrüfatı kadrlarına olan ehtiyacını tam ödəmək mümkün olacaq.
Görüşdə Şəmkir
ictimaiyyətinin nümayəndələri, DAİM-in sədri, təhsil şöbəsinin müdiri, məktəb
direktorları və yuxarı sinif şagirdləri iştirak edib. Şagirdləri maraqlandıran suallar
cavablandırılıb.

