Kürdəmirdən MÜRACİƏT! Daha bir ailə sosial bəla içindədir

  • 20 may 2020, 22:16

Kürdəmir rayonunun Sovla kəndində yaşayan Tahir Fərzəliyev özünün facebook sosial şəbəkə hesabında ürəkdağlayan çağırış edib. Vətəndaş yaşadığı kənddə kasıb bir ailə tanıdığını, həmin ailədə 8 yaşına çatmamış 4 azyaşlı uşaqların olduğunu yazır. Valideyinlərin heç bir yerdə işləmədiyini, ailə başçısının fiziki qüsurlu olsa da pensiyaya çıxarılmadığını bildirən T. Fərzəliyev ailənin maddi sıxıntısı ucbatından uşaqların məktəbə köhnə geyimdə getməyə məhkum edildiklərini qeyd edir. 

İddiaya görə, əvvəllər ünvanlı sosial yardım alan bir ailənin heç yerdən gəlirlərinin olmaması onları quru çörəyə belə möhtac edib. Zavallı ailə həyatda qalmaq üçün mücadilə edirlər. Özlərinin vur-tut 0,5 ha əkin sahəsində buğda əkib, payızda buğdasını da dəyirmanda üyüdüb qara çörək bişirib yeyirlər. 

Ailə bu kasıb və şəraitsiz kümədə yaşayır

T. Fərzəliyev ürək yanğısı ilə bildirir ki, ana övladlarının və ailəsinin problemlərini düşünməkdən ürək xəstəliyinə tutulub, pulun olmaması isə müalicəsinə imkan vermir. 

Həmin ailənin kimliyini acıqlamayan həmkəndli ailəni kasıb olduğu üçün utanmamalarını bu yolla qorumaq istəyir. Sosial şəbəkə istifadəçisi insanlıq xatirinə bu ailəyə maddi-mənəvi köməklik istəyir, insanlara çağırış edir. Ailənin kimliyini bilmək istəyən dövlət qurumlarını və Əmək  Əhalinin Sosial Müdafiəsi Nazirliyini də ailəyə kömək etməyə çağırır. 

Demokratik.Az saytı da bu fərdi çağırışa qoşularaq hər kəsi ağır maddi durumda olan ailəyə dəstək olmağa səsləyirik. Biz özümüz də gücümüz yetən maddi yardımı edəcəyimizə söz veririk.

Allahımız və dövlətimiz bütün yoxsullara yar olsun, inşəallah.

Hamılıqla, gəlin çalışaq ki, Azərbaycanımızda çörəyə möhtac yoxsul ailələr olmasın!

P,S - Xatırladaq ki, bu xəbər saytımızda ötən il də yayımlanmışdı, təəssüf ki, ailəyə köməklik göstərilməyib. Xahiş və tələbləri nəzərə alaraq yenidən gündəmə gətirdik. Yəqin ƏƏSMN bu kəs ailəyə sahib çıxar.

Demokratik.Az 

Oxşar xəbərlər