Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:54 - 19.10.2019  
Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır? – Hacı Şahinin cavabı
Tarix: 2-10-2019, 14:57 | Bölmə: Xəbərlər » Maraqlı

"Bu hədis bəzi kitablarda qeyd olunub, amma sənəd nöqteyi-nəzərindən mötəbər hesab olunmur. Yəni tam səhih hədis sayılmır. Peyğəmbərimizdən nəql olunan kəlamları araşdıran hədisşünas alimlər qeyd edir ki, cəhənnəmdə qadınların daha çox olması ilə bağlı olan hədis mötəbər hesab olunmur. Çünki başqa hədislərdə bunun tam əksi də söylənilir. Məsələn, birində qeyd olunur ki, cənnət əhlinin çoxu qadınlardır. İki ziddiyyətli fikir kimi görünür. Odur ki, bu sözlər hədis mütəxəssisləri tərəfindən araşdırılmalıdır”.

Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır? – Hacı Şahinin cavabıBu sözləri ilahiyyatçı Hacı Şahin Akif İslamzadənin bu yaxınlarda mətbuata verdiyi və sosial şəbəkələrdə böyük müzakirlərə yol açan müsahibəsində "Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır” sözlərinə münasibət bildirərkən deyib. İlahiyyatçı qeyd edib ki, Akif İslamzadənin müsahibəsində haqqında danışdığı hədis mötəbər hesab olunmur:

"Ümumiyyətlə, fərqi yoxdur, istər qadın olsun, istərsə də kişi, hər bir insan öz əməli ilə cənnət və cəhənnəmi qazanır. Cənnət və cəhənnəm xüsusi bir zümrənin yeri deyil. Hədisdə qeyd olunur ki, peyğəmbərimiz xüsusi olaraq bir qrup qadınlara müraciətində bunu deyib. Yəqin ki, onları hansısa əməllərdən çəkindirmək üçün tövsiyə məqsədilə bu sözü deyib. Hədislər əsasən "Qurani-Kərim” və insanın sağlam məntiqi ilə uzlaşdırılmalıdır. Birmənalı fikir söyləmək təbii ki, doğru deyil. Yəqin ki, bu hədisi Akif bəy kitablardan oxuyub. Bütün hallarda hədislərin daha geniş araşdırmaya ehtiyacı var. Çünki yuxarıda dediyim kimi, tamamilə əks fikirlər səsləndirənlər də var. Qadınların ucalığı haqqında "Qurani-Kərim”də 3 surə nazil olunub. Odur ki, belə müzakirələrdə qəti fikir söyləmək təbii ki, düzgün olmaz. Quranda qeyd olunub ki, insan öz əməlinə cavabdehdir, Allah heç kəsin əməlini zay etməz. Cinsindən asılı olmayaraq, istər kişi olsun, istər qadın əməli salehdirsə, Allaha yaxınlığı ilə dəyər qazanır, əməlləri onun aqibətini müəyyən edir. Bu baxımdan bu tip hədislərə tam istinad etmək doğru deyil”.

Hacı Şahin daha sonra Akif İslamzadənin "Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir” sözlərinə münasibət bildirib:

"Elm tarixinə müraciət etsək, deyə bilərik ki, kişi alimlər qadınlardan daha çoxdur. Amma bu, o demək deyil ki, qadınların hamısı savadsızdır. Dünya elminə, bəşər tarixinə, mədəniyyətinə əvəzsiz töhfələr verən qadınlar olub və bu gün də var. Ümumiyyətlə, qadınların emosional yönü daha güclü olur, hər halda bu amil ağlının zəif olmasını deməyə əsas vermir. Əksinə, deyərdim ki, qadınların emosional yönünün daha üstün olması qadınları kişilərdən üstün edən başlıca səbəbdir. Hər bir ailədə qadın mərhəmət və məhəbbət simvoludur, yuvasının ocağı hesab olunur, ictimai mühitə təsir nöqteyi nəzərdən də qadının önəmi kişilərdən daha çoxdur. Həmin o kişi alimləri və peyğəmbərləri də yetişdirən analardır. Qadınlar daha məsuliyyətli işlə məşğuldur, cəmiyyət üçün insan formalaşdırır, bu səbəbdən digər sahələrdə kişilər qədər uğur qazanmayıb. Hər halda bu, onu göstərmir ki, qadınlar kişilərdən aşağı dərəcəlidir. Ümumiyyətlə, insanlıq mənəvi göstəricilərlə ölçülür. Odur ki, qətiyyətlə qadınların savadsız olduğunu söyləmək ədalətsizlik olardı. Eyni zamanda, düşünürəm ki, kişilər insan formalaşdırmağın öhdəsindən qadınlar qədər gələ bilməz. Hər kəs təsdiq edə bilər ki, övladın formalaşmasında ananın təsiri daha çoxdur. Qadınlar cəmiyyətin sütunu hesab olunmalıdır”.

Hacı Şahin sonda onu da əlavə edib ki, Akif İslamzadəni mühakimə etmək fikrində deyil, həmçinin qısa bir müsahibədən müğənninin fikirlərini tam şəkildə incələmək mümkün olmur:

"Akif İslamzadə böyük hörməti olan dəyərli bir sənətkardır. Hər bir halda onun fikirlərini təftiş etmək istəmirəm. Kiçik bir müsahibədə onun nəyi nəzərdə tutduğunu dəqiqliklə bilmərik, bu baxımdan qəti fikir söyləmək çətindir. Kimisə ittiham etməyi ümumiyyətlə sevmirəm. Fikirlər müzakirə oluna bilər, istənilən məsələ ilə bağlı baxışlar fərqli ola bilər. Bu, Akif İslamzadənin şəxsi görüşləridir. Bəlkə də fikrini daha geniş izah etsə, fərqli arqumentlər və əsaslar gətirə bilər. Qısa müsahibədən insanın fikirlərini tam şəkildə incələmək mümkün olmur”.

Qeyd edək ki, sənətçi syatlardan birinə verdiyi açıqlamada qeyd edib ki, qadınlarla kişilər heç vaxt bərabərhüquqlu ola bilməz: "Fikir verin, bütün dünya matriarxat (ana xaqanlığı) olub. Ümumiyyətlə, bu cəmiyyət inkişaf edə bilməz. Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. İstisnalar ola bilər. Tarixdə böyük işlər görən qadınlar var. Peyğəmbərimizin meracında da cənnəti, cəhənnəmi göstəriblər. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır.

Qadınla kişi bərabər ola bilməz. Bu, təbiətin əleyhinə olan bir şeydir. Elmdə, incəsənətdə bir qadın məktəbinin adını çəkin! Yoxdur! Yenə də deyirəm, tarixən böyük sənətkarlar olub. Amma onlar məktəb deyil, onlar məktəbin davamçılarıdır”. (publika.az)

Xəbər 400 dəfə oxunub






Oxşar xəbərlər

"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36065] initstartout [0.00023] initstartin [0.00140] calstart [0.01621] calend [0.00097] topnewsend [0.00957] rsssend [0.00000] ehgend [0.03490] tagsstart [0.00113] tag-initendin [0.00000] initendout [0.00002] weathend [0.00000] end [0.29616]