Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:04 - 13.12.2019  
Deputatların “baltası”
Tarix: 29-09-2019, 12:16 | Bölmə: Xəbərlər » Maraqlı

Rəfael Cəbrayılov məsələsində dövlət sərt üzünü göstərməlidir…

Deputatların “baltası”Parlamentin deputatı Rəfael Cəbrayılov haqda neçə gündür mediada dartışılan mövzu heç şübhəsiz, gələn həftə də gündəmdə olacaq. Çünki sentyabrın 30-da Milli Məclisin payız sessiyası başlayır və buyurun, müzakirə üçüm göydəndüşmə mövzu var. Azərbaycan xalqı "yıxılan adam” və "vurulan balta” mövzusunda həssasdır. Bu vaqeədə isə gerçəklik bir qədər fərqlidir. Yıxılan təkcə hansısa səbəbdən borclanmış deputat, onun girov qoyduğu isə təkcə mandatı deyil. Onun girov qoyduğu formal da olsa, səs aldığı seçicinin  etibarıdır, "baltalanan” hakimiyyətin qanunverici qoludur, MSK sədrinin mübarək imzasıdır. Yəni kim-kimi "baltalayıb”, bu, hələ cavabını gözləyən sualdır. 

Aydındır ki, hakimiyyətin bu məsələdə mövqeyi həlledici olacaq. Hakim partiya məsuliyyətdən kənardır, çünki Cəbrayılov bitərəfdir. Bitərəf olub 15 il deputat olmaq özü bir təhər səslənsə də, fakt faktlığında qalır. Adamın partiyalılığı yox ki, yığışıb partiya cəzası verələr. Amma hakim çoxluq ciddi qərar verilməsinə nail ola bilər. Parlament çoxluğu həm də belə məsələlərdə gərək özünü təsdiqləyə. Parlamentdə təkcə o deyil ki, bizneslə məşğul olan.  Parlament siyasətdən uzaq, xəritədə Azərbaycandan başqa heç bir ölkəni göstərə bilməyən, təfəkkürü ilə qanunverici orqana yad olan "vəkillərdən” təmizlənməlidir. Onların yerini bir güləşçimiz tutsa da olar. Çünki onlar meydanda qarşılaşanda ermənilərin çiynini yerə vururlar. Bəziləri isə deputat adı ilə milləti yerə vururlar. Bu baxımdan məlum qalmaqal gələcək parlamentin tərkibi haqda düşünmək üçün yeni fürsətdir. Un satan gedib ununu satmalı, ev tikən evini tikməli, restoran işlədən gedib işinin başında dayanmalıdır, deputat ona həqiqi səs vermiş seçicisinə xidmət etməlidir. Parlamentin nüfuzu məhz sanballı deputatlar hesabına qaldırılmalıdır.

R.Cəbrayılov üçün mandat hələ qiymətliymiş, yoxsa girov qoymaz, borcverənlər də alıb saxlamazdılar. Fəqət mandat girov qoymaq üçün deyil, heç aeroportda VİP çıxış-girişdən rahat keçmək üçün də deyil. Mandat rayonundan, bölgəsindən asılı olmayaraq, seçici səsidir. Bu qalmaqalda isə səsi eşidilməyən bircə R.Cəbrayılovun mandat aldığı rayonun seçiciləridir. Yəqin vicdanları rahatdır ki, Cəbrayılovu onsuz da onlar seçməyiblər. 

Gözləyirəm ki, deputatla bağlı sərt qərar olacaq. Çünki ictimai rəy bunu tələb edir. Qalır bunun müvafiq variantını tapmaq. Deputatın istefa verəcəyi ilə bağlı iddialar var. Əvvəla, deputatlıqdan istefa deyilən bir şey yox. Mandatdan imtina etmək var ki, bunu da indiyədək seçkidən sonra bəzi müxalifətçilər edib. Qanunda mandatdan könüllü imtina var. Bu halda, MSK sədrinin adına ərizə yazmaq tələb olunur. Sonra MSK üzvləri toplaşıb xitam qərarı verirlər.  Başqa bir hal da var. Prokurorluq parlamentə deputat barədə təqdimat göndərir. Deputatlar da buna səs verib səlahiyyətlərə xitam verirlər. Bu isə cinayət işi açıldığı halda mümkündür. Nəhayət, parlamentin yeni qəbul etdiyi daxili Nizamnaməyə görə İntizam Komissiyasının belə bir müraciət etmək hüququ var. Qalan iki halda - vəzifə təyinatında və ölüm hallarıdır ki, bunun hazırda "reanimasiyada” olduğu görünən deputatla heç bir əlaqəsi yox. 

Nə baş verdiyini hamı bilir. Deputatın vikipediya məlumatlarına baxdım, qarşısında "siyasətçi” yazılıb. Hüquq və dövlət quruculuğu Komissiyasının üzvü olan köhnə müstəntiqin etdiyi hərəkətin hüququ məsuliyyət yaratdığını əlbəttə ki, bilib. Hamının borcu yarana bilər, kimi evini, kimi qızıl-zinətini girov qoyur. Amma mandatı girov qoymaq yeni faktdır və məsələnin bu boyda böyüməsinə səbəb də budur. Səyavuş Novruzov tam haqlıdır: bu, artıq dövlət məsələsidir. Dövlət isə sərt üzünü göstərməlidir. Maraqlı həftə olacaq…/Musavat.com/

Xəbər 912 dəfə oxunub






Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək
Naxçıvan parlamenti də buraxıldı: Ali Məclisə seçkilər keçiriləcək - SƏRƏNCAM
“Gültəkin Hacıbəyli bir nəfərin ağzına baxır…”
Gültəkin Hacıbəyli İsa Qəmbərin köhnə təklifini "xırdaladı"
Ermənistanın yazadək vaxtı qalıb - 9 fevraldan sonra...
MM yararsızdır? Bu nə hoqqabazlıqdır?
“Sevilya” səfərdə heç-heçə oynayıb
Müxalifət olmaq niyə çətinləşib?
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Ağcabədidə ŞOK OLAY
Həbs olunan azərbaycanlı milyarder ən sərt rejimli həbsxanaya salındı
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi (FOTO)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29642] initstartout [0.00024] initstartin [0.00124] calstart [0.01318] calend [0.00052] topnewsend [0.00615] rsssend [0.00000] ehgend [0.01226] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26214]