Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:43 - 19.10.2019  
Aşura, yoxsa Qarabağ?
Tarix: 12-09-2019, 23:28 | Bölmə: Xəbərlər » Maraqlı

Aşura gününün qeyd olunmasının məqsədəuyğunluğu, son bir neçə ildə olduğu kimi, bu il də ciddi ictimai müzakirələrə səbəb oldu.

Aşura, yoxsa Qarabağ?Bu günün əleyhinə çıxaraq onu "bidət”, "şirk”, "günah” ünvanı ilə "baltayan” vəhabiləri kənara qoyuram, əsas məqsədim bu günü "gerilik”, "cahillik” adlandıranlar və ən əsası da ciddi-cəhlə Aşuranı, Aşura şəhidlərini Qarabağ və Qarabağ şəhidləri ilə qarşı-qarşıya qoymaq istəyənlərdir.

"Aşura şəhidlərini bu cür geniş xatırlamaqdansa Qarabağ şəhidlərini yad edib ağlasınlar” ifadəsi, Aşuraya qarşı kampaniyanın əsas trendlərindən biridir. Amma bu ifadə həqiqəti əks etdirirmi və ümumən, səmimidrmi?

Əvvəla, Aşuranın qeyd olunması tarix boyu qəhrəmanlığa, barışmazlığa, dönməzliyə çağırış, haqsız zülm ounana dəstək və təslimçiliyə qarşı barışmazlıq ifadə edib və şüarı da bu olub.

Qarabağla bağlı dövlətin mərkəzi və yerli icra orqanlarına, təhsil müəssisələrinə, hərbi hissələrə, dövlət KİV-lərinə yazılı plan şəklində göstərişlər göndərərək, milyonlar xərcləyərək hərbi-vətənpərvərlik təbliğatının aparması haqda çağırış və təlimatlarının başqa məqsədi varmı?? Məqsəd elə yeniyetmələr, gənclər və cəmiyyətin bütün təbəqələri arasında torpaqlarımızı işğal etmiş və hələ də işğalda saxlayan düşmənlərə qarşı barışmazlıq, bu torpaqları azad etmək iradəsində dönməzlik, bu yolda qəhrəmanlıq hissi aşılamaq, haqsız qətl və zülm olunmuş həmvətənlərimizin intiqamının hələ də alınmamasını yada salmaq, təslimliçik ruhuna yol verməmək deyilmi? Əgər bütün bunlar elə yüz minlərlə, milyonlarla insanın iştirak etdiyi Aşura günü mərasimlərində, demək olar, bütün məscid və məclislərdə dəfələrlə xatırlanır və yada salınırsa, bu elə Qarabağla bağlı aparılan hərbi-vətənpərvərlik təbliğatının bir parçası, hətta, deyərdim, onların arasında ən effektivi deyilmi?

Bu il dini icmalarımızdan biri həm Kərbəlaya səfər zamanı şəhidlərimizin xatırlanması və yada salınması üzrə unikal aksiya keçirdi və bunu sosial şəbəkələrdə yüz minlərlə adam müşahidə edə bildi, həm də məscidin bir guşəsini ümumən şəhidlərə həsr olunmuş stendlə bəzədi. Bunu da, güman edirəm, kifayət qədər adam gördü. Amma iş tək bir icma ilə məhdudlaşmır, tam əminliklə deyirəm, istər Aşura günü, istərsə də Məhərrəmliyin ilk günündən keçirilən digər mərasimlərdə Qarabağ, Qarabağ şəhidləri və torpaqlarımızın azad edilməsi zərurəti dini inancın bir tələbi kimi xatırlanmayan heç bir məclis olmayıb. Buna görə həm QMİ rəhbərliyinə, həm də o məclisləri idarə edən bütün din xadimlərinə təşəkkür borcumuz var. Əgər Qarabağ mövzusunda səmimiyiksə..

İkincisi, gələk bu təbliğatın əməli hissəsinə. Dəfələrlə təkrar olunmuş mövzu olsa da deməyə məcburam. Son illərdə qəhrəmanlıq, dönməzlik və Qarabağın işğalı ilə barışmazlıq simvolu kimi qəbul etdiyimiz Milli Qəhrəman, şəhid Mübariz İbrahimov. Onun məktubunu oxumayan adam, yəqin ki, qalmayıb. Ailəsinin müsahibələrini görməyən də. Bütün bunları oxuyub, görüb, sonra yenə Aşuranı Qarabağla üzbəüz qoymağa cəhd edən adamın səmimiyyətinə heç cür inana bilmərəm. O, artıq, qərəzdir. Şəhidliyə gedən yolunu son məktubu ilə izah edən bu ADAM həmin məktubda motivini açıq göstərib.

Digər tərəfdən, Aşuranı Qarabağla üzbəüz qoymazdan əvvəl sosial şəbəkələrdə azacıq axtarış aparsaz, nə qəqər şəhidimizin əvvəllər məhz Aşura məclislərində iştirak etdiyini də görə bilərsiz. Bu, onlara Qarabağda şəhid olmağa nəinki mane olmadı, hətta bəlkə stimul da verdi. İddia etmirəm ki, bütün şəhidlər bu təbliğatdan ruhlanıblar. Xeyir. Vətənpərvər olmaq, Vətən namusu və qeyrətinə sahib olmaq üçün mütləq Aşura təbliğatına məruz qalmağa ehtiyac yoxdur. Düzgün ailə, mühit, cəmiyyət tərbiyəsi də kifayət edir. Amma düzgün dini inanc və Aşura mərasimləri bu işə heç bir vəchlə mane olmur axı, əksinə daha çox dəstək verir.

Və sonda Məhərrəmliyi "gerilik” kimi təqdim edənlərə bir daha klassiklərimizi, maarifçilərimizi, ilk respublika ideoloqlarımızı Fizuli, Nəsimi, Xətaidən tutmuş Natavan, Sabir, Şirvani, Bakıxanov, Rəsulzadəyədək bir daha vərəqləməyə, Cənubi Azərbaycanda Pişəvərinin başçılığı altında mövcud olmuş digər respublikamızın sənədlərinə baxmağa dəvət edirəm. Məhərrəmliyə sayğı, onun dəyərlərinə bağlılıq bu şəxslərin dünyagörüşünün tərkib hissələrindən olub və bu dünyagörüş bizim milləti geriyə yox, irəliyə aparıb, bizə dəyər verdirib, adımızı tarixə yazdırıb.

Məhərrəmlik və Aşura ilə mübarizə isə bizə Stalin dövrü 30-cu illər NKVD-sinin və "İslamın saflığı uğrunda” mübarizə aparan müasir "İŞİD” və "Əl-Qaedə”çilərin ərməğanıdır.

Elçin Əsgərov
İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri

Xəbər 706 dəfə oxunub






Oxşar xəbərlər

“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31513] initstartout [0.00022] initstartin [0.00072] calstart [0.00907] calend [0.00053] topnewsend [0.00622] rsssend [0.00000] ehgend [0.02935] tagsstart [0.00100] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26796]