Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:50 - 19.11.2019  
İctimai Şura təhsildə nəyi dəyişəcək?
Tarix: 6-09-2019, 10:09 | Bölmə: Xəbərlər » Maraqlı

Etibar Əliyev: "İctimai Şura problemlərin nazirliklə birgə həllində tövsiyələrini verməklə yanaşı, həm də onların araşdırılmasında öz sözünü deyəcək”

İctimai Şura təhsildə nəyi dəyişəcək?Sentyabrın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədilə Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılan İctimai Şuranın  təhsilin inkişafına töhfə verəcəyi gözlənilir. Sentyabrın 4-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) keçirilən tədbirdə çıxış edən Təhsil nazirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov nazirlik yanında  İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Nazir müavini İctimai Şuranın təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacağını deyib.

Səsvermənin nəticəsinə əsasən, təhsil ekspertləri Şahlar Əsgərov, Etibar Əliyev, Nadir İsrafilov, Asif Cahangirov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov, biologiya üzrə fəlsəfə doktoru Ülviyyə Mikayılova, TEAS Press Nəşriyyat Evi, təhsil üzrə məsləhətçi Elmina Kazımzadə, ADA Universitetində ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, "Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mais Əliyev, Respublika Təhsil Şurasının sədri Hikmət Əlizadə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsininsədr müavini Mirzə Cəfərzadə İctimai Şuraya üzv seçiliblər.

İctimai Şuraya namizədlik və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə 125-dən çox müraciət daxil olub. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir.

İctimai Şuraya üzv seçilənlərdən biri, təhsil eksperti Etibar Əliyev yeni yaradılan qurumun mahiyyəti, məqsədi və keçirilən seçki prosesi ilə bağlı "Yeni Müsavat”a bildirdi ki, İctimai Şuralar nazirliklərdə, komitələrdə və başqa təşkilatlarda ölkə prezidentinin imzaladığı ictimai iştirakçılıq haqqında qanuna əsasən yaradılır: " Bir çox nazirliklərdə artıq İctimai Şuralar yaradılıb, sentyabrın 4-də də Təhsil Nazirliyində də belə bir qurum yaradıldı. Təhsil Nazirliyi İctimai Şuraya üzvlüyə və seçiciliyə namizədlərin verilməsi üçün kifayət qədər vaxt ayırmışdı. Müəyyən sənədlərin yoxlanması prosesindən sonra 44 seçici, 34 nəfər namizədin içindən 11 nəfəri seçdi. Bu prosedur başlayandan sona qədər biz bu prosesin iştirakçısı olduq”.

Ekspert qeyd etdi ki, namizədlərin verilməsi  və seçki yüksək səviyyədə şəffaflıq və bərabər imkanlar şəraitində keçdi:"İctimai Şuralar Təhsil Nazirliyinin yanında yaradılıb, nazirliklə birgə bir sıra qərarların qəbul olunması üçün tövsiyələrini verir, müzakirələr aparır. Normativ və qanunverici sənədlərin tətbiqinin müzakirəsini keçirə bilir. Bir sözlə, İctimai Şuralar nazirliklə ictimaiyyət arasında körpü rolunu oynayır. İctimai Şuralar nazirliklərin və komitələrin işinin daha şəffaf şəkildə həyata keçirilməsi, ədalət prinsipinə riayət olunması kimi mühüm məsələlərdə yardımçı olur”.

E.Əliyev onu da vurğuladı ki, seçkidə təhsil sahəsində uzun müddət çalışan şəxslər nazirliyin yanındakı İctimai Şuraya üzv oldular: "Mən hesab edirəm ki, qərar qəbul olunma mərhələsində, bir sıra mübahisəli məsələlərdə,  nazirliklə cəmiyyət və vətəndaş cəmiyyəti arasındakı məsələlərdə yardımçı olmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Bu şuralar 2 il müddətinə seçilir, ilk tərkib olaraq yaxşı nümunə yaratmaq üçün  çox intensiv və gərgin çalışmalıyıq. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən problemlər var, İctimai Şura problemlərin nazirliklə birgə həllində tövsiyələrini verməklə yanaşı, həm də onların araşdırılıb ortaya çıxarılmasında öz sözünü deyəcək”. /musavat/

Xəbər 699 dəfə oxunub






Oxşar xəbərlər

"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39060] initstartout [0.00024] initstartin [0.00119] calstart [0.02559] calend [0.00081] topnewsend [0.00615] rsssend [0.00000] ehgend [0.03414] tagsstart [0.00104] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32138]