Şəkidə şəhid qardaşı şəhidpuluna ehsan bulağı tikdirdi - VİDEO

  • 30 avq 2019, 10:04

Şəkidə şəhid qardaşı Nizami Şirinov şəhid vərəsələri üçün ayrılan vəsaiti elə kəndin şəhidlərinin adının əbədiləşdirilməsinə xərcləyib. O, Qarabağ döyüşlərində itkin düşmüş beş şəhidin xatirəsinə bulaq tikdirib.

Xezerxeber.az-ın məlumatına görə, bu nümunəvi addımı Şəkinin Baş Laysqı kənd sakini, özü də Qarabağ döyüşlərinin iştirakçısı olmuş Nizami Şirinov atıb. Onun qardaşı Füzuli Şirinov könullü olaraq cəbhəyə gedib, Ağdamın Salahlı kəndi uğrunda döyüşdə şəhid olub. Ancaq ərazi düşmən mühasirəsinə düşdüyündən nəşini çıxarmaq mümkün olmayıb. Ayrı-ayrı istiqamətlərdə döyüşlərdə iştirak etmiş kəndin daha dörd şəhidinin meyitlərini də götürmək mümkün olmayıb.

Nizami Şirinov qardaşı ilə yanaşı, digər şəhidlərin də adını əbədiləşdirmək qərarına gəlib.

Kənd sakinləri və digər şəhidlərin yaxınları da bu təşəbbüsü müsbət qarşılayıblar.

Xatırladaq ki, Baş Laysqı kəndi Qarabağ döyüşlərində ümumilikdə 22 şəhid verib. Onlardan 5-nin məzarı yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir


Oxşar xəbərlər