Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:40 - 21.09.2019  
Dilqəmin oğlu Vəkillər Kollegiyasının sədri ilə görüşdü
Tarix: 30-08-2019, 09:53 | Bölmə: Xəbərlər » Maraqlı

Anar Bağırov həmyerlimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb

Dilqəmin oğlu Vəkillər Kollegiyasının sədri ilə görüşdüMəlum olduğu kimi, 2014-cü ildə həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində qondarma, marionet rejim olan "Dağlıq-Qarabağ Respublikasının xüsusi xidmət orqanları” (əslində isə Dağlıq Qarabağa nəzarət edən işğalçı Ermənistan) tərəfindən "əsir” götürülüb. Bu hadisə ölkədə böyük ictimai rezonansa səbəb olub. Bu məsələdə narahatçılıq doğuran məqam isə həmyerlilərimizin Qondarma Dağlıq Qarabağda qurulan "oyuncaq məhkəmə”yə cəlb edilmələri olub. Belə ki, bu "məhkəmə”nin 29 dekabr 2014-cü il tarixli qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı proses ölkə rəhbərliyinin və ictimaiyyətin diqqət mərkəzindədir. Dövlət başçısının tağşırığına uyğun olaraq, bütün zəruri tədbirlər görülməkdədir. Bu istiqamətdə atılan ən vacib addımlardan biri isə həmyerlilərimizin azad olunması üçün Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə (AİHM) müraciət olunması idi.

Qeyd olunmalıdır ki, Avropa Məhkəməsinə müraciətlə bağlı bu işdə zərərçəkmişlərin (əsirlikdə olan şəxslərin həyət yoldaşlarının) nümayəndəsi qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edir. Bununla bağlı, ötən dövr ərzində şikayət ərizəsi hazırlanıb və 15.05.2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 10.06.2015-ci il tarixdə Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınıb və yazışmalara başlanılıb. Ərizənin təmin olunması üçün kifayət qədər hüquqi əsaslar vardır. Belə ki, soydaşlarımızın Avropa Konvensiyasının bir sıra maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulmuşdur ki, buna görə məsuliyyəti Ermənistan dövləti bilavasitə daşımaqdadır.

Adətən Avropa Məhkəməsinə müraciət olunan zaman ora göndərilən ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlar uzun müddət çəkə bilir. Bunun qarşısını almaq, habelə əsirlərin sağlamlıq vəziyyətini nəzərə alaraq Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması və həmvətənlərimizin Azərbaycanda və ya başqa bir 3-cü ölkəyə təhvil verilməsi məsələlərinin zəruriliyi ərizədə xüsusi qeyd olunub. Lakin, təəssüf ki, AİHM-dən tərəfindən verilən cavab da bu xahişlərimizə mənfi cavab verilib və işə adi qaydada baxılacağı bildirilib.

Daha sonradan 29.09.2015-ci il tarixdə əsirlərin sağlamlıq vəziyyətinin pisləşməsi barədə Ermənistan mətbuatında gedən xəbərlərə istinadən, habelə 16.06.2015-ci il tarixdə AHİM-in Çıraqov və digərləri Ermənistana qarşı qərarında Dağlıq Qarabağ torpaqları üzərində effektiv nəzarət imkanının yalnız Ermənistan Respublikasında olması məsələsinin qət olunması məktubla AİHM-in diqqətinə çatdırılıb. Əslində, bu dəlillər Avropa Məhkəməsinin reqlamentinə uyğun olaraq işə təcili baxılması üçün əsas rolunu oynamaqda idi.

Bundan başqa, ötən dövr ərzində də Avropa İnsan Hüquqları Məhkəməsinə əsirlərin sağlamlıq vəziyyəti, onlara tətbiq edilən işgəncə və qeyri-insani rəftar nəzərə alınaraq onların işinə daha sürətli şəkildə baxılıb qərar verilməsi barədə çoxsaylı müraciətlər edilib.

Məlumat üçün qeyd olunmalıdır ki, hazırda iş Avropa Məhkəməsi kommunikasiya mərhələsindədir və gözlənilən odur ki, bu ilin sonunadək bu kommunikasiya yekunlaşdırılacaq və qısa vaxt ərzində işə baxılacaqdır.

Bundan başqa, əsirlərin sağlamlıq vəziyyətinin öyrənilməsi barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ilə də əlaqələr saxlanılır. Həkimlərin dediyinə görə "əsir”lərin sağlamlıq durumları qənaətbəxşdir. Lakin bu fikrin səsləndirilməsinə baxmayaraq, məlum olan odur ki, hazırda sağlamlıq vəziyyəti o qədər də yaxşı olmayan Dilqəm Əsgərovun ailə üzvlərinə məktub yazmaqdan imtina etdiyi bildirilir. Bu hal əslində onun sağlamlıq durumunun lazımi səviyyədə olamaması barədə ehtimalları artırır.

 

Qeyd olunmalıdır ki, bu Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən "əsir”lərin yaxın qohumları ilə mütəmadi görüşlər keçirilir və Avropa Məhkəməsində işin vəziyyəti barədə məlumatlar verilir. Belə ki, bu günlərdə Anar Bağırov həmyerlimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla görüşüb. Görüşdə Anar Bağırov 4 ildən çox keçməsinə, Dilqəm Əsgərovun sağlamlıq vəziyyətinin qənaətbəxş olmamasına baxmayaraq, Avropa Məhkəməsinin hələ də işə baxmaması halına təəssüfləndiyini bildirib. Eyni zamanda qeyd edilib ki, özlərini insan hüquqlarının müdafiəçisi olaraq göstərən heç bir beynəlxalq təşkilat və ya səfirliklər bu günə kimi keçirilmiş görüşlərin birində belə Dilqəm və Şahbazın məsələsinə toxunyıblar və bu mövzunun üzərindən sükutla keçiblər. Bu, özlüyündə həmin təşkilatların fəaliyyətində ikili standartların mövcudluğundan əyani xəbər verir.

Görüşdə müzakirə olunan və maraq kəsb edən məsələrdən biri də Dilqəm Əsgərovun ailə üzvlərini onu ziyarət etməsi məsələsi olub. Bununla bağlı, qeyd olunub ki, Ermənistan dövləti tərəfindən ziyarət edəcək şəxslərin təhlükəsizliyinə real zəmanət olmadığı üçün belə bir səfərin baş tutması qeyri-mümkündür.

Bundan başqa, görüşdə Azərbaycan vəkilliyinin bu kimi milli və həyati əhəmiyyət kəsb edən məsələlərdə xalqımızın hər bir nümayəndəsinə hər zaman hərtərəfli dəstək verməyə hazır olduğu bildirilib.

Eyni zamanda, görüşdə Avropa Məhkəməsində baxılmaqda olan bu məsələnin həssaslığı nəzərə alınaraq yerli KİV-in bu işlə bağlı məlumatları işılqandırarkən sayıqlıq nümayiş etdirmələrinin zəruriliyi vurğulanıb.(barassociation.az)

Xəbər 561 dəfə oxunub






Oxşar xəbərlər

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.65333] initstartout [0.00024] initstartin [0.00120] calstart [0.04183] calend [0.00071] topnewsend [0.01353] rsssend [0.00000] ehgend [0.12642] tagsstart [0.00096] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.46838]