Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:41 - 12.11.2019  
Abutalıbovun gözqamaşdıran sərvəti – Siyahı + FOTO
Tarix: 25-08-2019, 11:39 | Bölmə: Xəbərlər » Maraqlı

Baş nazir müavini mer olduğu illərdə qohumları ilə yaxın adamlarının adına saysız-hesabsız bina və obyekt rəsmiləşdiribmiş…

Abutalıbovun gözqamaşdıran sərvəti – Siyahı + FOTOBir neçə gün əvvəl Baş Nazirin müavini Əli Əhmədov Kənd Təsərrüfatı naziri İnam Kərimovla birlikdə paytaxtdakı "Yaşıl bazar”da qiymətlərlə maraqlanıblar. Rəsmilər bazardakı qiymətlərin baha olduğunu bildiriblər.

"Yayın ortasında kartofun qiyməti 2 manat olmaz”, – deyə Əli Əhmədov bildirib.

Bundan bir qədər sonra isə məlum olub ki, Ə.Əhmədovun qiymətlərinin baha olduğunu dediyi bazar Baş Nazirin başqa bir müavini Hacıbala Abutalıbova məxsusdur.

"Unikal” qəzetinin əldə etdiyi məlumata görə, o, bazarın idarəçiliyini oğlu İsrafil Abutalıbov və yaxın adamı olan Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramız Hacıyevə həvalə edib.

Lakin Abutalıbovun insanı heyrətə gətirən sərvəti sadəcə "Yaşıl bazar”la məhdudlaşmır. Belə ki, Unikal.org-a daxil olan başqa bir məlumata görə, Baş Nazirin müavini hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olduğu illərdə bir sıra dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib.

1566573387_pal1

Bizə bu barədə məlumat verən mənbə həmin bina və obyektlərin bir hissəsinin siyahısını da təqdim edib. Həmin siyahıdan bəlli olur ki, paytaxtın Füzuli küçəsi 39–də yerləşən və "sürüşdürülən bina” kimi tanınan binanın 1-ci mərtəbəsini zəbt edən və obyektə çevirən ("Klassik-Şəms”) vitse-premyer bundan başqa "Qış parkı”nda yerləşən "Zambaq”, "İnnab” və "Palıd” kafelərinin də sahibidir.

Abutalıbovun Yasamal rayonu, Mətbuat prospekti, köhnə "Ovçular” evinin yerində salınmış parkda "Özsüt” və Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən "Sütiş” restoranlarının olduğu, həmçinin Nəsimi rayonu, 647-ci məhəllə, akademik Mirəli Qaşqay küçəsi 61-də vaxtilə Mənzil-İstismar sahəsinin (MİS) yerləşdiyi 103 kvadrat metrlik sahəni də özünə yaxın şəxslərdən Abdullayeva Səmayə Qulam qızının adına rəsmiləşdirdiyi ortaya çıxıb.

Düz 17 il (2001-2018-ci illər) Bakıya rəhbərlik edən Hacıbala müəllimin ələ keçirdiyi daşınmaz əmlakların siyahısı bununla da bitmir. Məlum olur ki, o, Abdullayeva Səmayə Qulam qızının adına həmçinin, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, vaxtilə İqtisadiyyat Komitəsinin yerləşdiyi 113.7 kv metrlik sahəni də rəsmiləşdirib.

Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən, vaxtilə "”Bakıelektrikşəbəkə” ASC-nin anbarının və qarajlarının yerləşdiyi sahəni də özününküləşdirən, hazırda isə anbar kimi icarəyə verən sabiq mer Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağının həyətində inşa olunan 3 mərtəbəli restoranın da sahibidir.

Hələ bu harasıdır? Rəşid Behbudov küçəsində, Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən 7 mərtəbəli iş mərkəzi inşa etdirmiş H.Abutalıbov bu qədər sərvətlə də kifayətlənməyib və Hüseyn Cavid parkında yerləşən "Yaşıl” çay evini də öz nəzarətinə keçirib.

Nərimanov rayonunda Ticarət Departamentinin inzibati binası üçün icarəyə verilmiş tikili, Binəqədi rayonu ərazisindəki "Heydər məscidi”nin yanındakı mərasim evi də Hacıbala müəllimin sərvətləri siyahısındadır. Yeri gəlmişkən, kifayət qədər maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istəyirik: mərasim evinin yerləşdiyi ərazidə məskunlaşmış vətəndaşların köçürülməsi dövlət vəsaiti hesabına baş tutmuşdu.

1566573387_pal5

Balaxanı qəsəbəsində yerləşən və qara metalların sinklənməsi üzrə ixtisaslaşan zavodu ("Qalzansiya”) da ələ keçirən Abutalıbov mer olduğu zamanlarda sürətlə böyütdüyü sərvətini Baş Nazirin müavini olarkən də artırmağa davam edir. Belə ki, hazırda o, Yasamal rayonu, Qurban Xəlilov küçəsində, Vergilər Nazirliyinin arxasında yeni salınmış parkda yeni kafelər inşa etməkdədir, bu məqsədlə artıq 2 bünövrə qazılıb, betonlama işləri tamamlanıb, bünövrələrin üstü bağlanılıb. Yəqin ki, çox keçməyəcək, həmin kafelər də fəaliyyətə başlayacaq və Hacıbala müəllim üçün növbəti qazanc mənbələri yaranacaq.

Şübhəsiz ki, sadaladıqlarımız Abutalıbovun ümumi sərvətlərinin heç də hamısı deyil; buradan isə belə nəticə çıxır ki, o, paytaxta rəhbərlik etdiyi dövrdə "Bakımızı daha da gözəlləşdirmək və abadlaşdırmaq” missiyasının arxasında əslində öz sərvətlərinin miqyasını genişlətməklə məşğul olub.

Ən maraqlısı isə odur ki, keçmiş Bakı meri, hazırda isə vitse-premyer olan şəxs mətbuata bir neçə açıqlamasında var-dövləti ilə bağlı iddiaları təkzib etmək, yalanlamaq yolu tutub, az qala belə bir təsəvvür yaratmağa çalışıb ki, hansı postu tutmasından asılı olmayaraq, sadəcə, üzərinə düşən vəzifələri yerinə yetirməklə məşğul olub, maaşı ilə dolanıb…

Lakin reallıq başqa şeyi deyir: Abutalıbovun təkcə daşınmaz əmlaklarının nə ucu var var, nə bucağı.

İstisna deyil ki, o, bu yazıda oxuculara təqdim olunan bina və iaşə obyektlərinin siyahısını da inkar etmək yolunu tutacaq. Ancaq bu təkzibin də inandırıcılığının digərlərindən fərqlənəcəyinə elə bəri başdan ümid eləməyə dəyməz…

1566573387_pal2

1566573387_pal

1566573387_pal7

1566573387_pal6

1566573387_pal1

1566573387_pal5

Xəbər 825 dəfə oxunub






Oxşar xəbərlər

Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
“Fondpulu” tələb edən sinif rəhbəri cəzalandırıldı
Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28161] initstartout [0.00025] initstartin [0.00111] calstart [0.01175] calend [0.00051] topnewsend [0.00397] rsssend [0.00000] ehgend [0.01768] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24563]