Göygöl polisinə yeni rəis təyin olundu

  • 20 avq 2019, 13:44

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr dəyişikliyi həyata keçirib.

Nazirin əmriylə Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini, polis polkovniki Abdıyev Müqalib Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub. Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsinə isə hələ ki, təyinat baş verməyib.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təyinat barədə məlumatı təsdiqləyib.

Oxşar xəbərlər