BDU BP ilə əməkdaşlıq sazişi imzaladı

  • 18 avq 2019, 15:55

Bakı Dövlət Universiteti ilə BP Eksploreyşn (Kaspian Si) Limited arasında əməkdaşlıq sazişi imzalanıb. BDU-nun rektoru Elçin Babayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consun imzaladığı Saziş ali təhsilə dəstək xarakteri daşıyır.

Əməkdaşlıq sazişində elmi araşdırmaların və akademik fikir mübadiləsinin ictimailəşdirilməsinə dəstək olmaq üçün rəqəmsal texnologiyalara əsaslanan yeni qurumların yaradılması, rəqəmsal əsasda idarə edilməsi, təhsildə yeni standartların tətbiqi və ya mövcud standartların təkmilləşdirilməsi, elektronlaşdırma və s. kimi məsələlərnəzərdə tutulur.

Rektor Elçin Babayev universitetin yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işərdən danışıb və əməkdaşlığın faydalı olacağını vurğulayıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons sazişin əhəmiyyətini qeyd edərək, onun əməkdaşlıq imkanlarını genişləndirəcəyinə əminliyini ifadə edib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyaları, Nano Araşdrmalar Mərkəzi və Elmi Kitabxanası ilə tanış olublar.
Mətbuat və informasiya şöbəsi, 16 avqust 2019.

Oxşar xəbərlər