Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”

  • 15 avq 2019, 20:38
"Sərdar Cəlaloğlu iddia edir ki, Fazil Mustafanın FETO-çu olduğunu sübut edəcəyəm. Bu cür iddiada olanlara indi və bundan sonra da qısa və açıq mesajımı göndərirəm: öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir”. 
Bu sözləri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sosial şəbəkədə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ünvavnıa səsləndirib.
"Dəfələrlə bu böhtanı səsləndirən Sərdar Cəlaloğlu da bunu sübut etməsə namussuzdur, nakişidir. Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin bari… İndi isə fürsətdir, bütün qurumlara yaz, araşdır, incələ. Bir dəfə bu adama söyləmişdim, sən gündə bir dəfə üzünü yuyursan, mənsə azı beş dəfə ayağımı. Ayağım belə sənin üzündən çox-çox təmizdir. Azərbaycan dövləti də, milləti də gözəl bilir ki, bizim bu dövlətdən, bu millətdən başqa qibləgahımız yox!”,-deyə Fazil Mustafa bildirib. (modern.az)
Oxşar xəbərlər