Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!

  • 13 avq 2019, 07:54
KİMLƏR ÜÇÜNSƏ JURNALİSTİKA "trol - maşa" olmaqdan SONRA GƏLİR?!
Bugün yenə ucuz və məntiqsiz bir yazı oxudum. İmza yerinə baxanda qələminin korluğuna alışdığım Qəribli imzasını gördüm.
Yaradıcılığı və düşüncə qabiliyyəti çağdaş medianın əxlaqi şərtlərilə daban-dabana zidd olan bu adam bir ildi ki, "Palmali" şirkətlər qrupunun sahibi, Türkiyədə yaşayan tanınmış iş adamı Mübariz Mənsimova qarşı hüröyünlük edən yazarların cərgəsinə qoşulub dəyərli azərbaycanlımızı ləkələməyə çalışır. Amma, Mübariz Mənsimov şəxsiyyətinə sataşan Eynulla Fətullayevdə, Taleh Şaxsuvarlıda və digərlərində bəd niyyət alınmadısa, bu kəmsavadda da alınmayacaq.
"Mübariz Mənsimov üçün Rəsulzadə Eldar Mahmudovun atasından sonra gəlir – ucuz şou" sərlövhəli cızmaqara həqiqətən də ucuz şouya hesablanıb. 
Adını çəıkmək istəmədiyim və cümhuri-lider Rəsulzadədən heç nə bilməyən və yazmayan "müəllif" Mübariz Mənsimov ADR-in qurucularından olan Məhəmmədəmin Rəsulzadənin adını əbədiləşdirib deyə paxıllandığı statusunda "təəccüblə" belə suallar yazır: Sitat: "Mübariz Mənsimovdakı Rəsulzadə sevgisi səmimidirmi?... Niyə, Məhəmmədəmin Rəsulzadə onun yadına əvvəl yox, məhz indiki məqamda düşüb?..."
Bundan başqa, statusmen nöqsan olaraq qeyd edir ki, niyə Eldar Mahmudov MTN şefi olanda, onun atası Əhməd Mahmudovun adına da gəmi düzəldib və Mahmudovun müəllim atası, Mübariz üçün Rəsulzadədən daha cəzbedici sayılıb?
Suallar maraqlı səslənsə də, məntiqi çürük və qərəzlidir. Çünki, əvvəla, Mübariz Mənsimovun sahibi olduğu gəmilərinə kimin adını və nə zaman qoyacağı barədə bir öhdəlik qoyula bilməz. Hələ söhbət M.Ə.Rəsulzadə adının miyarder tərəfindən əbədiləşdirilməsi üçün atmış olduğu addımdan gedirsə, bu xoş niyyət Cümhuriyyətin 100 illiyi ərəfəsində ortaya atılıb. Bu halda, hansısa kəmsavadın öz ağlınca Mübariz Mənsimova gəmilərinin adlarının hansısa birinin digərindən sonra sələndirməsinin təftişi yolverilməzdir. Və məsələnin buqələmunlara nə dəxli var axı?! 
Əhməd Mahmudov adı Rəsulzadədən öncə "Palmali" adına üzürdüsə, Cümhuriyyətimizin 100 illiyi ərəfəsində də Rəsulzadə gəmisi dünya sularına meydan açacaqsa, buna sevinmək lazımdır, yoxsa paxıllanıb ağlına gələni çərənləmək?! Adam illərdir istehsal etdiyi və sahibi olduğu gəmilərə tanınmış azərbaycanlıların adını qoymaq kimi müsbət ənənə yürüdür. Bunu edərkən də kimdənsə razılıq və əmr almır, hansısa adları siyasi maraqlarla da sıralamır. Bir sözlə, nə edirsə özü bilər, lap əcəb edir. Etdiklərinə də qınaq paxıllıq deyil, TƏŞƏKKÜR düşür.
Dəfələrlə siyasətçi olmadığını və Azərbaycanın siyasi işlərinə qarışmadığını deyən Mənsimova qarşı hansısa "siyasi konyuktura" ittihamları da yapışmır. Bu şər-şəbədə janrını sevənlərin Mənsimova qarşı naxoş aludəçiliyidir.
Bir holdinq şefinin ARDNŞ prezidenti Rövnəq Abdulayevlə "neft alveri" məsələsi də biznesmenlə bir dövlət adamı arasında gedən, beynəlxalq rəsmiyyətə və hüquqi öhdəliklərə dayanan məsələdir. Buna kənardan qiymət verib tərəflərdən birini (Mənsimovu-O.N) müxalifçilikdə suçlamaq azından media nadanlığıdır. İçindən də neft qoxusu deyil, sifariş və Rövnəq Abdullayevə yarınmaq qoxusu gəlir.
Belələrinə Mənsimov dəfələrlə tutarlı cavablar verib, lakin, yenə yel həmişəki kimi bərk qayaya- dağa sarı gedir...

Məncə, nə "Palmali"nin "P"-si olmayanlar, nə də Mübariz Mənsimovun "M"-i ola bilməyənlər bayağı cızmaqaraları ilə Rövnəq Abdullayevin "R" hərfi olmağa da can atmasınlar...

 

Osman Nərimanoğlu

Oxşar xəbərlər