Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:11 - 22.08.2019  
FAZİL MUSTAFA ŞAH İSMAYILDAN NƏ İSTƏYİR?
Tarix: 4-08-2019, 07:45 | Bölmə: Xəbərlər » Maraqlı

Fazil MUSTAFA

Mən cəmiyyətə izah etməyə çalışıram, bunu gündəmə gəlmək üçün yazmıram. Bu mövzuda dissertasiya müdafiə etmişəm, kitab və məqalələr yazmışam. Mənim Tariximizə baxışım Azərbaycan cəmiyyətində əzbərçi düşüncədə olanlardan xeyli fərqlidir. Məsələn, siz jurnalistsiniz. Mənə sual vermisiniz ki, Şah İsmayıl ordeninə münasibətiniz necədir? Mən də demişəm ki, münasibətim mənfidir. Verilməsinin tərəfdarı deyiləm. Vəsssalam.

Yəni, bu fikri açıqlayandan sonra xəstə, məzhəbçi, dünyagörüşü dar olan, əzbərlədiyindən kənarda heç nə düşünməyən, tarixə düzgün baxışı olmayan adamlar düşünürlər ki, guya bizim dəyərlərimizə toxundular. Mənlə polemikaya girmək istəyirsənsə, buyurun meydana. Bir sürünüzü bir yerə yığıb hamınızın cavabını məntiqlə əsaslandırılmış tarixi faktlarla verə bilərəm. Siz mənə savad, ağıl öyrətməyəcəksiniz ki…

Söhbət ondan gedir ki, bu insanlar dar düşüncə ilə məsələyə yanaşırlar. Heç nəyə toxunmayaq, heç nəyi müzakirə etməyək deyirlər. Xatırlayırsınızsa, təkcə bu mövzu deyil, istənilən mövzuda bu cavabı alacaqsınız. Axı, bu mənim düşüncəmdir. Kimi dindirsən, deyəcək, Hüseynzadə, Ağaoğlu və.s Əsl həqiqətdə isə bunlar həmin dahilərimizin fikirlərini başa düşməyiblər… Yəni, Rəsulzadəni oxuyan insan, necə bizə söyləyə bilər ki, biz bu mövzuda yanlış danışırıq.

Əhməd Ağaoğlunun İslam barədə tədqiqatlarının birini oxumusunuzmu? Oxumusunuzsa, nəyi başa düşmüsünüz? Ona tərs nə deyirəm? Hansı fikrini təkzib edəcək bir şey söyləyirəm?

Mən onaların fikirlərini inkişaf etdirirəm və Azərbaycan cəmiyyətinə çatdırıram. Kimi görsən, deyir Allah Mirzə Cəlilə rəhmət eləsin. Mirzə Cəlil onsuz da o dünyasını da qazanıb, bu dünyasını da. Mirzə Cəlil kimə qarşı vuruşubdur? Şeyx Nəsrullah kim idi? İsgəndər kimə qarşı vuruşurdu?

Həmin o təriqətçi, xürafatçı, pirlərə başını sürtən, 9 yaşlı qız uşaqlarını təcavüzə gətirən Səfəvi mollasına gülürdü də. Bu molla hardan gəlmişdi? Dində harda molla var?

Əsrlərdir Azərbaycanı yad ideologiyaların sınaq məkanına çeviriblər. Bizim də bu millətçilər, turançılar özləri üçün əzbərləyib ki, bizim şanlı imperiya tariximiz var. Mən isə tariximizn şanlı mənbəyi olaraq Dədə Qorqud mədəniyyətini təklif edirəm. Nadir Şahın din konepsiyasın təklif edirəm. Onu götürün, Azərbaycan üçün bu gün faydalı olan odur. Sən deyirsənsə, digəri faydalıdır, onu təbliğ elə. Demək istəyiəm ki, biz tariximizi inkar etmirik. Lakin tariximizdə faydalı məqamları önə çəkirik. Kimsə pıçıldayıb ki, Şah İsmayıl dövlət dilini Azərbaycan dili eləyib. Harda elan edib? Kim deyib sizə bunu? Ondan əvvəl erməni dili idi? Ağqoyunlunun dili erməni dili idi? Səlcuqlular hansı dildə danışırdılar? Hamısının dili türk dili deyildimi?

Deyirlər bizi imperiya kimi birləşdirib. Nə imperiyadı? Bu imperiyanın Azərbaycanla əlaqəsi nədir? Bunun bir izahını verin. İrana yarıyan bir imepriya idi. Azərbaycan ərazisində dövlət yox idi? Belə yalanları gətirib Azərbaycan cəmiyyətinə sırımağa çalışırlar.

İmperiyamız olduğunu yalan-doğru Sovet dövründə təbliğ etmək olardı. Amma indi müstəqillik dövründə bu fəxr eləməli məsələ deyil axı. Fəxr olunmalı Azərbaycan Cümhuriyyətidir, Məhəmməd Əmin Rəsulzadədir. M. Rəzulzadə dini xürafatdan uzaq bir dövlət qurub. Axundov onda səhv edib də? Axundov kimlə savaşırdı?

Səfəvilər türk olub, bunun məsələyə nə aidiyyatı? Türk olub, fars mədəniyyətin inkişaf etdirib. İrançı zehniyyəti inkişaf etdirib. Çerneyevski malakan olub. Azərbaycanlılar üçün "Vətən dili” dərsliyini yazıb. Azərbaycanı mollaxandan çıxardıb məktəbə gətirən şəxsiyyətdir.

Mənə nə o türk olub, ya malakan olub? Azərbaycanı mollaxanadan xilas edərək modern təhsilə qovuşdurub. Bundan yapışmaq lazımdır. Azərbaycanda minlərlə türk var ki, Azərbaycana üz qarası gətirir. Onun dalınca gedib əməllərini dəstəkləyək? Osmanlıda minlərlə türk olub ki, səviyyəsuz hərəkətlər edib. Onu dəstəkləyək biz? Nə var, nə var türk olub? Bu primitiv yanaşmadır. Yanaşma tərzi dəyişilməlidir. Azərbaycan türkünə fayda verənə dəstək olmalıyıq. Ziya Göyalp deyirdilər ki, kürddür."Türkçülüyün Əsasları”nı yazıb.

Nə olsun ki, kürddür? Türk mədəniyyətini, tarixini, bu gününü sistemləşdirə bilibsə, demək hamıdan artıq türk sayılır. Biz Xalq Cəbhəsi dövründə belə bu tezisləri tez-tez gündəmə gətirirdik. Kim türkdürsə, o bizə faydalıdır, kim türk deyilsə, onu qoyaq qırağa? Yüzlərlə lazımlı adamı kənara qoyaq ki, nə var, nə var bu türk deyil. Nə olsun? Söhbət faydadan gedir.

Bu gün Azərbaycan Fikrət Əmirovun, Qara Qarayevin üstündə yəhudi müəllimin haqqı varsa, biz onun haqqını qırağa qoymalıyıq ki, yəhudidir əşşşi, cəhənnəmə öyrədib, öyrətməyəydi. Ona görə də, tarixdən miras qalan dəyərlər doğru deyilsə, o dəyəri yaşatmamızın anlamı nədir?

Azərbaycan əhalisinin çoxu pirlərdə, ziyarətlərdədir. Bunun kökü hardan gəlir? O dövrdə yaradılan kitabxana varmı? O dövrdə yaradılan 3 abidən varmı? Təkcə Şirvanşah dövlətçilik abidəndir. Qalanı nədir? Qız Qalası, Atəşgah. Məktəbdirmi, universitetdirmi?

Amma gedirsən, Səmərqənddə Əmir Teymurun irsinə baxırsan, hamısı məktəb, universitet, rəsədxana. Ona görə Temuru özbək sevir, yoxsa kimisə məğlub etməsinə görə sevmir ki.

Mən dini baxışa da milli baxış qoyuram. Dini baxış mənim fərdi məsələmdir. Nə qədər dünyagörüş məhdud olmalıdır ki, deyəsən, mən filan təriqətdənəm. Ümumiyyətlə, nə qədər mən filan məzhəbdənəm, təriqətdənəm deyən insanların böyük əksəriyyəti islamın mahiyyətin anlamayıb. İslamda bir ad var – müsəlman. Bir din var, adı İslamdır, onun da kitabı Qurandır. Bundan kənar özünü nə adlandıra bilərsən? Demək bu xəstəlikdir də. Niyə islam məsələsinə toxundum? Mənim axı bayrağımda var. Mən bayrağımda üç komponenti müdafiə edirəm. İslamçılığı doğru anlamaq, türkçülüyü doğru anlamaq yəni, bioloji qanı ilə türk olub türkə zərər vuran yox, türk olmadan belə, türkün faydasına çalışanın türk olduğu düşüncəsini önə sürürəm. Və müasirlik anlayışımız da zəifdir.

Təsəvvür edin, bir fikir söyləyirsən, bu fikrə qarşı böyük şəbəkə birləşir ki, sən niyə bu fikri söylədin? Əcəb edirəm. Mən öz düşündüyümü Azərbaycan cəmiyyətindən gizlətməliyəm? Biz hələ müasir dövrdə yaşayırıq. Görün, Sabir bu qaragüruhun əlindən nə zülüm çəkib. Həsən bəy Zərdabinin məktublarına baxın. Məktublar başdan ayağa xalqın cahilliyindən şikayətdir. Dünyagörüşü müasirləşməyənbir xalqın, xüsusilə diplomlu ziyalıları artan xalqın cəhaləti artmaqdadır. Ona görə də biz bunu miras qoyub gedə bilmərik. Düşüncə tərzinin dəyişməsi üçün bu məsələlərə ciddi yanaşırıq. İnsanlar müzakirə eləsinlər. Yoxsa ki, babamdı, nənəmdi, buna toxunmaq olmaz – bunla yaşamaq olmaz ki…

Mən Şah İsmayılın şeirlərini sevirəm, çox gözəl şeirləri də var. Əksəriyyətini əzbər bilirəm. Mən onun türk dilində olan gəraylılarının hamısını əzbər bilirəm, deyirəm də. Mən onun şairliyinə, türklüyünə, yaxud da hansısa bir şəxsiyyəti ilə bağlı epizoda toxunmuram ki…

Mən onun gətirdiyi dünyagörüşünün Azərbaycan, Türk dünyası üçün faydalı olmadığı tezisini irəli sürürəm. Bunu da tək mən irəli sürmürəm. Onda Əhməd bəy Ağaoğludan nə qədər ağıllıyıq biz? Bu gün onun yazdığı bir əsəri yaza bilməyəcək adamlar nə düşüblər ortaya? Yəni bu xalqın Əhməd bəy Ağaoğludan böyük fədəkarı varmı? Deyək ki, heç yazıçı kimi yox. Elə bir Difai yaratmaqla erməniləri püskürtdü. Sən ondan daha çox vətənpərvərsən? O da əvvəllər o birilər kimi düşünürdü. Sonra niyə dəyişdi? Çünki adam oxuyandan, düşünəndən sonra dəyişir. Bunu topdandüşmə, məqsədyönlü şəkildə edirlər. Mən kiminsə Şah İsmayıl Xətaiyə münasibət bəsləməsinə İran agentidir demirəm ki. Mən deyirəm ki, bu məsələni normal müzakirədən məzhəbçi platformaya yönəldən şəbəkə İranın agenturasının şəbəkəsidir. "Baba Pünhan”, "Bizim mentalitet”səhifələri var. Bunlara qonşu ölkələrdən pul buraxırlar, Azərbaycanda ideoloji təxribat yaratmaq üçün bəsləyirlər.

Siz təsəvvür edin ki, birdən-birə Moskvada olan diaspora təmsilçimiz guya Xətai ilə bağlı açıqlama verir. Amma orada bir işarə vurur ki, mən namaz qılıram, şiə təriqətindənəm. Adama deyərlər ki, bunu kimə işarə edirsən? Deməli, Qumdan sənə sifariş verirlər ki, məhz bu ifadəni söylə. Normal məntiqlə adam söyləməliydi ki, mən türkəm, azərbaycanlıyam, müsalmanam da. Sən Quranın hansı ayəsində belə bir ifadəni tapmısan?

Elə bu kodların açılışını verməyimiz niyə pisdir ki? Qoy cəmiyyət görsün ki, kim hara bağlıdır. Yoxsa, səmimi şəkildə kimsə deyirsə ki, mən tariximizdə bu şəxsiyyətə belə baxıram, o birinə pis buna yaxşı baxıram, desin də. Fikirlər fərqli ola bilər, mən buna qarşı nə deyirəm ki?

Özü də mən Şah İsmayılı harada təhqir edirəm ki? Bir cümləmi tapın görüm, mən onu təhqir edirəm? Mən tarixi faktlarla danışıram.

Əzizə Cəfərzadə "Bakı 1501” əsərində Şah İsmayılı təhqir edib? Heç olmasa gedib roman oxumaq lazımdır. Orada baxın görün o vəhşəti Azərbaycan üzərində kim yarada bilərdi? Əzizə Cəfərzadə də vətən xainidir?

Bunun çoxu ya oxumamaqdan, ya da oxuduğunu doğru düşüncə süzgəcindən keçirməməkdən irəli gəlir. Bunu da bu gün ona görə bəlkə də əhəmiyyətsiz mövzu kimi görünə bilər. Amma biz gələcəyimizi qurmaq istəyiriksə, tarixin bu yalnışlarından özümüzü xilas etməliyik ki, Azərbaycan türkü güneydə olduğu kimi İranın zehniyyətinə məğlub olmasın.
Yenə deyirəm, dilimizin inkişafında Şah İsmayılın müstəsna rolu var. Amma qurulan dövlət bu gün İranın dövlətidir. İran Səfəvilərin təməli üzərində qurulmuş dövlətdir. M.Ə.Rəsulzadənin qurduğu müasir Azərbaycan məgər məzhəbçi dövlətdir? Ancaq bir dini düşüncəyə sahib insanın yaşamasına icazə verilən dövləti biz necə təbliğ edə bilərik? Məsələn, niyə Nadir Şahı referans götürmürsünüz? Nadir Şah 18-ci əsrdə 21-ci əsrdəki Azərbaycan ziyalılarının əksəriyyətindən daha ağıllı, daha uzaqgörən bir şəxsiyyət olub. Onun Muğan qurultayındakı çıxışına baxın. Görün nə qədər böyük düşüncə sahibi olan tarixi şəxsiyyətdir.

Ona görə də bu məsələlərə bir az daha o əzbərlənən mətndən baxılmamalıdır. Bu məsələyə daha sağlam bir düşüncə ilə, bu günkü dövlətimizin perspektivləri baxımından baxmaq lazımdır. Mən sizə tam əminliklə söyləyirəm ki, biz ona görə rus və fars müstəmləkəsi ilə taleyimizi barışdırdıq ki, düşüncəcə içimizdə İrançılıq elementlərini daşıyırıq. Xətai adı ilə olsun, Turan adı ilə olsun düşüncə doğru olmadısa, biz o elementin əvvəl-axır əsirinə çevriləcəyik. Necə ki, ötən əsrin 18-ci ildə türk ordusu ona görə Bakını xilas edə bildi ki, Rəsulzadə, Topçubaşov var idi. Onları başqa məhzəbdən gələn biri kimi yanaşmadılar türk qardaşıalrımıza, xilaskarlarımıza. Nəticədə müstəqilliyə qovuşa bildik. Eyni ildə türk ordusu Təbrizi də işğaldan azad etmişdi və müstəqil, bütöv Azərbaycan dövləti qurmaq istəyirdi. Xiyabanı başda olmaqla irançı düşüncənin təmsilçilər türklərə qarşı əhalini qiyama çağırdılar. Orada Rəsulzadə, Topçubaşov anlayışında liderlər olsaydı, daha fərqli bir birlik modeli yarana bilərdi.

Mən şiələrə iki cür yanaşıram. Azərbaycana bağlı olanlar, öz dövlət maraqlarını hər şeydən üstün tutanlar. Mən özüm də əksər vaxt məsciddə şiələrlə namaz qılıram. Mənim üçün fərqi yoxdur ki, kim necə namaz qılır, necə edir. Bu seçimi də Allah bilər ki, şiə haqlıdır, ya sünni haqlıdır. Biz onu müəyyən etmirik ki. Mən hamısına müsəlman kimi yanaşıram. Sadəcə bu problemə ümumi İslamın mülahizəsi, məntiqi baxımından yanaşıram.

İkincisi də bütövlükdə bir Azərbaycana bağlı bizim babalarımız, nənələrimiz hamısı şiə olub. Onlar başqa ölkənin maraqlarına xidmət etməyiblər ki. Onlar xüms pulu yığıb başqa ölkələrin din xadimlərinəgöndərməyiblər ki… Onlar Azərbaycana bağlı olublar. Mənim onlarla bağlı problemim yoxdur.

Başqa ölkədə özünə ağa, ruhani tapıb onun iradəsilə idarə olunan insanlarla problemim var. Mən onlara açıq deyirəm. Sabah onlar əmr aldıqda Azərbaycan dövlətinə qarşı hər cür təxribatı törədəcəklər. Erməniləri himayə edənlər bunlara bizim xeyrimizə əmrlər verməyəcəklər ki… Yoxsa mən şiə məsələsinə ümumiyyətlə, qarışmıram. Haradasa mənim açıqlamamı görmüsünüzmü ki, mən kiminsə inancına qarşı gəlim? Mənə nə var. Heç yəhudinin də inancına qarşı gəlmirəm.

Mən Şah İsmayıla nifrət bəsləmirəm ki. Söhbət ondan gedir ki, onun gətirdiyi dünyagörüşü Azərbaycan üçün yararlı deyil, vəssalam. Bunun Şah İsmayıla nifrətə nə dəxli? O tarixi anda belə qərar qəbul edib ki, bəlkə də bu, doğrudur. Bəlkə də o öz dövrünə görə haqlıdır. Mən müasir Azərbaycan dövləti prizmasından baxıram ki, haqlı deyil və bu yanlışdır. Bunda nə var ki? Bunun şiəliyə nə dəxli?

O görə bizim yanaşmamız budur ki, Azərbaycana bağlı istər şiə olsun, istər sünni olsun, istər yəhudi olsun… Yəhudi Araqunov getdi, döyüşdü. Elə ən böyük türk odur da. Qarabağ uğrunda döyüşübsə mənim üçün ən böyük türk odur. Qarabağ uğrunda fədəkarlıq etməyən türkün mənim üçün nə dəyəri var?

Məsələyə, bu konteksdən baxılmalıdır. Ümumi hay-küy qalxır. Böyük saytlar, filanlar təhqiramiz yazıları döşəyirlər. Sonra da fikirləşirlər ki, hə, deyəsən, çoxluq haradadırsa, haqq da oradadır. Harada çoxluq haqlı olub? O dövləti 26 nəfər səs verib qurub da. Çoxluq olsaydı, hələ nə vaxt qurulacaqdı? Elə bilirsiniz həmin çoxluq M.Ə.Rəsuladəni söymürdü? Ona görə də bu şeylərdə qətiyyən hesab etmirəm ki, nədəsə geri çəkilmək, nəyəsə başqa cür baxmaq olar. Bu məsələdə prinsipial olaraq hesab edirəm ki, dövlətimizin maraqlarını qoruyuruq. Dövlətimizin gələcək prespektivi baxımından məsələyə yanaşırıq. Kiminsə bu məsələyə dair fərqli mülahizəsi varsa, mədəni formada çatdıra bilər. Amma bunu kimisə söyməklə etmək olmaz. Mətn oxumurlar axı. Kitab paylaşanda görmürəm? Kitabı 20 nəfər bəyənir. Kitab oxumur da. Dedi-qodu ilə, mərsiyə ilə gələn cəmiyyətdir də. Orada molla ağlasın, biz də ağlayırıq. Heç kim soruşmur ki, niyə ağlayırıq. Hamısı həmin zehniyyətdir də…

Yazı müəllifin "Facebook” səhifəsindən götürülüb.

Xəbər 585 dəfə oxunub






Oxşar xəbərlər

Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19041] initstartout [0.00011] initstartin [0.00054] calstart [0.00656] calend [0.00036] topnewsend [0.00278] rsssend [0.00000] ehgend [0.08625] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09331]