Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:38 - 21.09.2019  
Metsamor təhlükəsi! Ermənilər ölkədən qaçır
Tarix: 24-07-2019, 09:55 | Bölmə: Xəbərlər » Maraqlı

Qəzalı Metsamor AES-in keçmiş işçilərinin nüvə qaçaqmalçılığı kritik həddə çatıb - ilginc statistika; terrorçuların "çirkli nüvə bombası” yaratmaq təhlükəsi də Azərbaycan daxil, bütöv bir bölgəni təhdid edir - SOS!.. 

Metsamor təhlükəsi! Ermənilər ölkədən qaçırKasıbçılıq, miskin həyat tərzinin nə olduğunu kim bilməsə də, Ermənistan əhalisi yaxşı bilir. O əhali ki, 1 il 2 ay öncə inqilab edib hakimiyyəti dəyişsə də, güzəranı, yaşayışı yaxşıya dəyişməyib. Artıq "demokratik hökumət”dən də məyus olan ermənilər yenə güc veriblər ayaqlarına: kim hara bacarır qaçır - Rusiyaya, düşmən saydıqları qonşu Türkiyəyə, bir az zirəkləri isə Avropaya...

"2019-cu ilin yanvar-aprel aylarında Rusiyaya gələn miqrantların sayı artıb”. Bu, son 10 ildə ən yüksək göstəricidir. Bu haqda Rusiya KİV-i məlumat yayıb (Teleqraf.com). Bildirilir ki, 2019-cu ilin ilk aylarında Rusiya əhalisi daxilində miqrant artımı keçən ilin müvafiq dövrü ilə müqayisədə 98 minə çatıb. Miqrantların 97 faizi MDB məkanına daxil olan ölkələrdəndir. Diqqətçəkicidir ki, ilin 1-ci rübündə Rusiyaya ən çox Qazaxıstan (16.1 min), Tacikistan (14.2) və Ermənistandan (12.8 min) miqrant axın edib.

*****

Göründüyü kimi, Paşinyan dönəmində Ermənistandan kütləvi köç dayanmayıb. Özü də statistik məlumatlara görə, onların mütləq əksəriyyəti geriodönməz şəkildə ölkəni tərk edir və əsasən iş qabiliyyətli, gənc və orta yaşlı adamlardır. Daha maraqlısı odur ki, köç edənlər imkan düşdükcə qaçaq malı aparmağa çalışırlar. Söhbət ən təhlükəli sayılan radioaktiv maddə qaçaqmalçılığından gedir.  

Məsələn, bugünlərdə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) "Sadaxlı” Nəzarət-Keçid Məntəqəsində yük mikroavtobusunda 72 kilo (!!) "Torium 232" radioaktiv izotop aparan Ermənistan vətəndaşını saxlayıb. Bu fakt bir daha radioaktiv maddələrin Gürcüstan ərazisindən qanunsuz daşınmasının nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur. Mütəxəssislərə görə, belə materialın azacıq hissəsinin toz halında havaya qarışması nəinki Gürcüstan, bütövlükdə bölgəyə böyük təhlükə yarada bilər.

Xatırladaq ki, Ermənistandan Gürcüstan vasitəsilə radioaktiv maddə qaçaqmalçılığına cəhdlər əvvəllər də qeydə alınıb. Məsələn, "Yeni Müsavat” Axar.az-ın rus versiyasına istinadən bildirir ki, 2001-ci ildə Samsxi-Cavaxetiyada Ermənistan mənşəli 300 qram uran aşkarlanıb. 2003-cü ilin iyulunda Gürcüstan sərhədi vasitəsilə 170  qram zənginləşdirilmiş uran keçirməyə cəhd edilib. Həmin ilin dekabrında Mehridə Ermənistan-İran sərhədində radioaktiv izotop olan və Metsamor AES-dən çıxarılmış "Stronsium-90"nun saxlandığı konteyner ələ keçib.

2007-ci ildə Gürcüstan-Türkiyə sərhədində Ermənistan mənşəli "Lourensium 103" radioaktiv maddədən ibarət partiya saxlanıb.

2010-cu ildə Tiflis hava limanında xaricə "Plutonium” və zənginləşdirilmiş uran çıxarmaq istəyən cinayətkar qruplaşma saxlanılıb.


 

Metsamor təhlükəsi! Ermənilər ölkədən qaçır

 

"Sezium-137"

 

2014-cü ilin avqustunda Gürcüstan sərhədində bu ölkəyə "Sezium-137" keçirilməsinin qarşısı alınıb.

2016-cı ilin yanvarında gürcü gömrükçüləri üç ermənini "Sezium -137" ilə saxlayıblar.

2016-cı ilin ortalarında Kabulettidə üçü Gürcüstan, üçü Ermənistan vətəndaşı olmaqla bütöv bir qruplaşma Uran (238 və 235) satarkən yaxalanıb.

Yenə 2016-cı ildə daha 8 nəfər 2 kilo uranı 3 milyon ABŞ dollarına satarkən saxlanılıb. 2016-cı ilin mayında isə Gürcüstan sərhədində Ermənistandakı hakim (o vaxtkı) Respublika Partiyasından deputat Arakel Mövsisyanın bacısı oğlu həbs edilib. Onun Gürcüstan sərhədi vasitəsilə dəyəri 200 milyon dollar məbləğində qiymətləndirilən uranı keçirməyə çalışdığı bəli olmuşdu.

2017-ci ildə isə Belarusun Qomel aeroportunda yerə enən və son enmə məntəqəsi Avropa ölkələrindən biri olan Ermənistan təyyarəsində radioaktiv maddə aşkarlanmışdı.

*****

Aparılan tədqiqatlar onu da göstərib ki, qaçaqmalıçıların əksəriyyəti Metsamor AES-in keçmiş əməkdaşları olublar. Hansı AES ki, xeyli köhnəlib və seysmik zonada yerləşir. Bu barədə müvafiq beynəlxalq qurumlar, Avropa Birliyi dəfələrlə Ermənistan hökumətinə xəbərdarlıq edib. Bu təhlükədən çıxış edərək də, Türkiyə az öncə Ermənistanla həmsərhəd bölgədə (Qars və İqdırda) Metsamor AES-də mümkün qəza halında yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı təlim keçirmişdi.  

Daha bir təhlükəli məqam odur ki, belə qaçaqmalçılıq radioaktiv maddələrin terrorçuların əlinə keçməsinə və "çirkli nüvə bombası” yaradılmasına gətirə bilər. Əfsus ki, Ermənistanda son hakimiyyət dəyişikliyi də bu sahədə nəzarətin güclənməsinə gətirməyib. İşğalçı ölkədə korrupsiyanın miqyası kifayət qədər yüksək, əhalinin dolanışığı isə aşağı olaraq qalır.

Demək, nüvə qaçaqmalçılığı təhlükəsi davam edəcək. Odur ki, bu təhlükənin, Metsamor AES-in özü də daxil, ən yüksək - beynəlxalq səviyyədə nəzarətə götürülməsinin zamanı çatıb. Bəlkə də çoxdan keçib...  

"Yeni Müsavat”

Xəbər 603 dəfə oxunub






Oxşar xəbərlər

Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.65051] initstartout [0.00022] initstartin [0.00109] calstart [0.03847] calend [0.00075] topnewsend [0.00718] rsssend [0.00000] ehgend [0.01270] tagsstart [0.00094] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.58910]