Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:48 - 06.12.2019  
Mübariz Məsimov – Azərbaycanı evi sayan adam
Tarix: 16-07-2019, 08:55 | Bölmə: Xəbərlər » Maraqlı

Uğur özünə inamdan başlayır.

Mübariz Məsimov – Azərbaycanı evi sayan adamQələbə qəlbində başladığın mübarizədən keçir. 

İnam və mübarizə birləşəndə isə məqsəd, hədəf gerçəkləşir. Halal istək, halal niyyət qarşısında bütün sədlər, sərhədlər dağılır.

"Palmali Group” adlı bir şirkəti dünyanın ən böyük donanmalarından birinə çevirən tanınmış iş adamı Mübariz Məsimovun uğurlu tale formulunun əsasında da yuxarıda qeyd olunan məqamlar dayanır…  

***  

Ad-san yiyəsi olandan bugünədək ona nə qədər çamur, iftira atılıb, haqqında nə qədər yalanlar uydurulub, bir Allah bilir… Gəmilərinin batdığı və satıldığı, müflisləşdiyi, bu üzdən də guşənişin həyat tərzi keçirdiyi sayaq "ağ yalanlar” deyilib… Amma o, qələm goreşənlərinin, sümük hərislərinin hədyanlarına çox hallarda əhəmiyyət verməyib. Söz dəllalları onu hövsələdən çıxaran bəzi vaxtlarda isə qılıncdan iti cavablarını alıblar: "Siz nə yazsanız da, nə etsəniz də, hansı dona və rəngə girsəniz də Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq, ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər. Kimə ağıl verirsiniz, gerizəkalılar?!. Bir daha deyirəm, ucuz satdığınız qələmlərinizlə iş adamları ilə dövləti üz-üzə qoymayın…”.

Mübariz Məsimova ünvanlanan haqsız-ədalətsiz söz hücumu, görəsən, nə ilə bağlıdır, səbəbi nədir? Necə deyərlər, əli pul görən gündən ona ümid bəsləyib qapısını döyənə əl tutan, evsizi evli edən, imkansız, arxasız tələbələrə təqaüd ayıran…bu Allah bəndəsinə o şər-şəbədə yiyələri nə veriblər ki, indi ala da bilmirlər…  

Hara gedibsə, harda olubsa Azərbaycanı düşünüb, Azərbaycanla nəfəs alıb, Vətən adı dilindən düşməyib. Türk sevdalısı olub, daim qəlbində, ürəyində "türkçüyəm, türk oğlu türkəm” sözlərini gəzdirib: "Mərhum babam Məcid həmişə sandıqdan bayraq çıxarar və mənə göstərib deyərdi: "Bizim əsl torpaqlarımız bu dağları aşdıqdan sonra başlayır. Biz türkük, türk”. Bax beləcə, babam mənə türkçülük sevdasını aşıladı. O, həmişə Atatürkdən danışardı. Babamın boyu çox uzun idi. Deyərdi ki, Atatürkün boyu ondan da uzundur. Bizim də xəyalımızda Atatürk boyu 2 metrdən uzun bir pəhləvan kimi qalmışdı…”.

***               

Mübariz Məsimov "Palmali Group”u da, özünü də ona görə şöhrətləndirə, ad-san zirvəsinə qaldıra bilib ki, ürəyindəki sevgisini bu şirkətdə çalışan insanlardan əsirgəməyib. Özü də bu barədə söhbət düşəndə deyib: "Palmali”ni nə qədər qaralasalar da, dünya dənizində var və olacaq. "Palmali” sadəcə mənim uğurum deyil, "Palmali” böyük bir ailədir. Biz dənizçidən, dənizdən, kapitandan, aşbazdan fəhləsinə qədər bütöv bir komandayıq. İnsanın ən böyük var-dövləti şirkət deyil, şirkətin içindəki insanlardır…”.

Mübariz Məsimovun uğurunu, həm də rəhbəri olduğu "Palmali” kimi nəhəng bir kollektivin, bununla bərabər ailəsinin ona olan sevgisi şərtləndirib. 

Ailədən, övlad-uşaqdan söhbət düşəndə isə bu kiçik cəmiyyətdə hökm sürən xeyir-bərəkəti nizam-intizamda, saflıqda, təmizlikdə, paklıqda görüb. Ata sərtliyini, ana qayğısını yüksək dəyərləndirib. "Valideynlərim həyatdakı ən böyük varlığımdır, şansımdır, -deyib və əlavə edib ki, əgər atam məni intizamlı bir yerə – hərbi mühitə göndərməsəydi, bəlkə də bu gün bu yerlərə qədər yüksələ bilməzdim…

***    

O,  heç vaxt söz, vəd adamı olmayıb.   

O, mərdliyi, səxavəti,  kişiliyi, haqq-ədaləti əməldə sübuta yetirib.   

O, etdiyi yaxşılığı dilə gətirərək, üzə vurmayıb.

Onun "sağ əlinin verdiyindən, sol əlinin xəbəri olmayıb”.

O, heç kimdən dua, alqış da ummayıb, heç kimdən əvəz, bəxşiş də istəməyib. Ona görə də İlahi bu təmənnasızlığına, xeyirxahlığına  görə onu heç vaxt darda qoymayıb, "neylim, necə eləyim” deməyə imkan verməyib. Var-dövlət hərisi olmayan bu Allah bəndəsinə Allah da  var-dövlətini  əsirgəməyib. 

Bu məqamda kövrək bir olmuşu xatırlatmaqdan yan keçə bilmirəm… Mərhum aktrisa Xanım Qafarovanın kiçik yaşlı qızı yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi. Bu ailənin acınacaqlı gün-güzəranı Azərbaycanda  bir iş adamını, bir sahibkarı belə narahat etmədi, ürəyini tərpətmədi. Nəhayət, Milli Məclisin deputatı Qənirə Paşayeva Mübariz Məsimova müraciət etdi, ondan kömək umdu, dəstək istədi. Mübariz müəllimin cavabı isə kövrək, duyğulu olduğu qədər də, köhnə kişilərə xas qürurverici idi: "Qənirə xanım qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər?!. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik…”.

***   

Mübariz Məsimov hər zaman doğulduğu kəndin, rayonun, bölgənin, bütün Azərbaycanın təəssübü ilə nəfəs alıb. Azərbaycanın xoş günlərində sevincini bölüşüb, çətin, üzücü vaxtlarında dərd-kədər yükünü mərd-mərdanə çəkməyi bacarıb. Ölkəsinə xain əllərini uzadan ermənilərə nifrətini, kinini gizlətməyib. "Şirkətlərimin hər hansı birində bir erməni belə olduğunu öyrənsəm, dərhal qovaram”, -deyib. Özü dəfələrlə rəsmi şəkildə ermənilərlə heç vaxt ticarət əlaqəsi qurmayacağını da qeyd edib: "Ermənilərə qarşı hər zaman antipatiyam olub. Ailəmdə 7 şəhid var və ən yaşlısı 21 yaşındadır…”.

Mübariz Məsimov ermənilərin Xocalıdakı insanları türk olduqları üçün öldürdüklərini, hətta bu faktın düşmənlərimiz tərəfindən təsdiq edildiyini vurğulayıb: "Bu, qətliam deyil, soyqırımıdır… İnsanların məqsədli şəkildə milliyyətinə görə öldürülməsi soyqırımıdır. Diqqət yetirin, dinc insanlar Azərbaycan vətəndaşı olduqları üçün deyil, məhz türk olduqları üçün qətlə yetiriliblər. Bu səbəbdən Xocalı faciəsi təkcə Azərbaycan türklərinin deyil, özünü türk hesab edən hər bir şəxsin problemidir”.

***     

Mübariz Məsimov tariximizə, keçmişimizə, tariximizdə önəmli yerləri olan görkəmli şəxsiyyətlərimizə dəyər verməyi unutmur. "Bir liderin böyüklüyü inancının dərinliyi, hədəflərinin yüksəkliyi, dünyagörüşünün genişliyi və sevgisinin məsafəsi ilə ölçülür. Uca Allah ötən əsrdə Azərbaycana üç böyük lider qismət esib: Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəy. Bəzi cahillər bunların müqayisəsini aparırlar. Halbuki bu üç şəxsiyyətin missiyaları başqa olsa da, hər üçü müasir Azərbaycan dövlətinin bünövrəsini qoyan kişilərdir. Məhəmməd Əmin Rəsulzadə üç rəngli bayraqla Şərqdə ilk respublikanın təməlini ataraq, içimizdə bir azadlıq məşəli yandırdı. Yetmiş il Sovet zülmü repressiyalara rəğmən bu məşəli söndürə bilmədi və əsrin sonlarına yaxın Əbülfəz Elçibəy çıxdı və "bir kərə yüksələn bayrağı” əbədiyyətə qədər göylərdə dalğalandırmaq qərarını verdi. Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, kasıbların üzünə ali məktəbləri açıq elan etdi. Bütün bu uğurların bir bədəli olacaqdı?!. Məhz o bədəli milləti deyil, özü çəksin deyə, Azərbaycanı Heydər Əliyevə əmanət edərək, getdi. Çünki bu axının qarşısında kimin duruş gətirəcəyini bilirdi…Yəni bu üç şəxsiyyəti bir-birindən ayırmaq olmaz. Çünki hər üçü bir-birini tamamlayır. Yetər ki, bəsirət gözünlə görəsən…”.

Mübariz Məsimov bu fikirləri bildirməklə bütün soydaşlarını hər üç şəxsiyyəti hörmətlə anmağı, xatirəsini uca tutmağı tövsiyə edir və bu zaman Mustafa Kamal Atatürkün "Tarix yazmaq tarixi yaratmaq qədər mühümdür. Bu baxımdan yazanlar yaradanlara sadiq qalmalı, nə kimsənin rolunu azaltmalı, nə də artırmalıdırlar. Tarixə sayğı gələcəyə yatırımdır. Tarixi olmayanın gələcəyi də olmaz…”, -sözlərini xatırladır…

S. Ağayev

Xəbər 1338 dəfə oxunub






Oxşar xəbərlər

Bitərəf deputatlardan növbədənkənar seçkidə iştirakla bağlı CAVABLAR
Qərbi azərbaycanlıların deportasiyasının 31-ci ili
Bu gün Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
Prezident növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM
"Manenin dördüncü olması ayıbdır" - Messi
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
Şəmkir sakinləri: "Prezidentimiz bayramımıza bayram qatdı"
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb
“KEÇMİŞ HƏMKARIM ÇAPOVULÇULUĞA GİRİŞİB...” - Vilayət Quliyev sabiq naziri oğurluqda ittiham etdi
BDU -nun tələbələri siçan dərmanından zəhərlənib ?
500 milyon dollarllıq Gəncə-Gürcüstan sərhədi yolu 2021-ci ildə yekunlaşacaq
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Misir Mərdanov deputat olmaq istəyir
Müxalifət Müsavat qərargahından qərarsız ayrıldı - rəylər
Nazirlər Kabineti gömrük rüsumlarına dəyişiklik etdi - QƏRAR
Konstitusiyada qeyd olunduğu kimi...
Putin Vuçiçə Serbiya kralının silahını hədiyyə edib
Çində 4,5 maqnituda gücündə zəlzələ olub
ATƏT-in XİN başçıları Qarabağ münaqişəsinin həllini müzakirə edəcək
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
Daha iki icra başçısı vəzifəsindən azad edilə bilər - İddia
Bred Pitt hər gün ağlayır - NİYƏSİ
İsmayıllıda hamilə qadın hamamda ölü tapıldı
Milli Məclisdən 250 milyonluq tenderlə bağlı açıqlama - TƏKZİB
Naftalana icra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
Konstitusiya Məhkəməsi Parlamentin buraxılmasını təsdiqləyib
Fəzail Ağamalı: "Milli Məclis nə qocalar evidir, nə də cavanlar klubu"
İnam Kərimova yeni vəzifə verildi
Milli Məclis qanunvericilik fəaliyyətini dayandırdı
Şimali Koreya lideri ağ atda gəzdi
Zakir Həsənov ön xəttə getdi - FOTOLAR
YAP-ın İRADƏSİNƏ QARŞI ÇIXAN DEPUTATLAR DANIŞDI
Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb
İŞİD liderinin müavini İraqda tutulub
Bəzi saytların yayımına qadağa qoyulub - Məhkəmə qərarı
“Mühacir biznesi”nə görə həbsdə olanları alman vəkillər müdafiə edəcək
Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür
Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı
Ermənilər AzTV-nin əməkdaşına hücum çəkdi (VIDEO)
Azərbaycan aktiv islahatlar mərhələsindədir - Prezident
İlham Əliyev yeni rektor təyin etdi
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
Kəmaləddin Heydərov da yola salınır! - İDDİA
Azər Həsrətin etirafı: "Əli Həsənovun “trolu” olmuşam”
Azərbaycan ordusu İrəvana Türk ordusundan tez çatacaq
Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb
SOCAR-a yeni vitse-prezident təyin edilib
Baş Nazir bayram günləri ilə bağlı sərəncam imzaladı
Yüksək vəzifə verilən Gündüz Kərimov kimdir? (DOSYE)
Partiyalar parlamentdə yer sayının artırılmasını istəyir
Azərbaycan əhalisi nağd avro alışını azaldıb
Ata Abdullayev Əli Həsənova ittihamlar yağdırdı - "Ola bilər səviyyəsizəm, amma cavab verin!""
Prezident Milli Məclisin buraxılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi
Azərbaycanlı jurnalist şəxsi təyyarə və yaxtaya sahibdir
Rusiyanın hansı bölgəsində daha çox maaş verilir?
"Çempionatımız maraqlı deyil" - Elşad Əhmədov
Paşinyan Xankənində Azərbaycanla danışıqları müzakirə edir
“Gözlə bizi, can Azərbaycan”
Etibarnamələrin verilməsi elektronlaşdırıldı
Onlar vəzifələrini niyə İTİRDİLƏR?..
Millət vəkili xanım jurnalistə vəzifə verdi (FOTO)
YAP Siyasi Şurasının müraciəti təqdim edilib
Prezident ailəsində xoş gün (FOTOLAR)
Prezident mifləri dağıtdı: bundan sonra nələr olacaq?
“Bir ildir özümə qadağa qoymuşam” – Ramiz Novruz

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.48518] initstartout [0.00020] initstartin [0.00099] calstart [0.01187] calend [0.00068] topnewsend [0.00547] rsssend [0.00000] ehgend [0.05737] tagsstart [0.00081] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.40776]