İrəvan metrosunun fəaliyyəti dayandırılıb

  • 10 iyul 2019, 16:24
Ermənistanın elektrik sistemində baş verən qəza səbəbindən Yerevan metropoliteninin fəaliyyəti dayandırılıb və 12 minədək sərnişin təxliyyə olunub.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bu barədə metronun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sərnişinlər arasında zərərçəkən yoxdur.
Xatırladaq ki, bundan əvvəl ölkənin baş nazirinin müavini Tiqran Avinyan ölkə elektrik sistemində qəza baş verdiyini bildirmişdi.
Oxşar xəbərlər