Xoşqədəmin şouları milyonlar qazandırırmış (?!) - ETİRAF

  • 28 iyun 2019, 20:13
"Səni axtarıram"-ın aparıcısı Xoşqədəm Hidayətqızı ATV telekanalında yayımlanan keçmiş şoularını xatırladaraq qovulduğu telekanala milyonlar qazandırdığını iddia edib.
Şouvumen "Xəzər" televiziyasının efirindən eyniadlı verilişdə ATV-nin keçmiş rəhbərliyini tənqid edib və onları qədirbilməz adlandırıb. Maaşının ATV-də az verildiyini, arxivin məhv edildiyini, indi isə "Xəzər" televiziyasında işləməkdən qürur duyduğunu dilə gətirib. 
Belə anlaşılır ki, "adam axtarışı"nı ustalıqla şouya çevirib televiziyalara reklam və ianələrlə milyonlar qazandırmağı bacaran Xoşqədəm indiki halından - gəlirindən çox razıdır. Özü demiş - Axı, o da yaşamalıdır?!

Bu etiraf bəzi qaranlıqlara yenidən işıq salıb. Deməli, belə şou verilişlərinin yaranmasına və bağlanmamasına əsas səbəb Xoşqədəmlərin şoularının TV-lərə qazandırdığı milyonlardır...

Demokratik.Az

Oxşar xəbərlər