NASA 2020-də Kosmosa turist yola salacaq

  • 16 iyun 2019, 10:49

Kosmosa getmək bir çox insanın arzusudur. ABŞ-ın kosmos şirkəti "Bigelow” isə bu arzunu reallaşdırmaq üçün önəmli bir addım atıb.

Teleqraf.com xəbər verir ki, ötən həftələrdə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Beynəlxalq Kosmos Stansiyasının turizmə açıldığını elan etmişdi.

Kosmosa səyahətin nə vaxt başlayacağı müzakirə mövzusuna çevrilərkən, məsələ ilə əlaqədar önəmli detallar üzə çıxıb.

"Bigelow Aerospace” Beynəlxalq Kosmos Stansiyası kosmosa səyahətlərin həyata keçiriləcəyini açıqlayıb.

Rəsmi açıqlama yayan stansiya yol qiymətinin adambaşına 52 milyon dollar olduğunu bildirib. Kosmos səfərləri üçün Elon Maskın "SpaceX” şirkəti ilə artıq anlaşma da əldə edilib.

Beynəlxalq Kosmos Stansiyasına 4 fərqli uçuş üçün "Crew Dragon” kapsulundan istifadə olunacaq.

"Bigelow”-dan bildirilib ki, uçuşların həyata keçirilməsi üçün "SpaceX”-in "Falcon 9” raketi və "Crew Dragon” kapsuluna görə NASA-dan sertifikat almalıdır. Bu prosedur başa çatdıqdan sonra turizm proqramının icrasına başlanılacaq.

NASA-dan verilən açıqlamaya görə, bir turist kosmosda maksimum 30 gün qala biləcək. Səyahətlərin 2020-ci ildən başlayacağı gözlənilir.

Oxşar xəbərlər