Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

07:09 - 22.08.2019  
“Qaloş piri”ndəki izdihama deputatlardan fərqli REAKSİYA
Tarix: 11-06-2019, 16:57 | Bölmə: Xəbərlər » Maraqlı

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başlaına hansısa geyim əşyasının sürtülməsidir. Əvvəlcə iddialarda həmin geym əşyasının qaloş olduğu bildirilirdi. Guya, insanların mədət umduğu həmin qaloşu vaxtilə burada yaşamış Seyid Miribiş ağa geyinib.

“Qaloş piri”ndəki izdihama deputatlardan fərqli REAKSİYAAmma Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov iddianı təkzib edib. O, Modern.az-a açıqlamasında insanların başına çəkilən əşyanın qaloş deyil, papaq olduğunu söyləyib.

İnsanların bu cür davranışlara meyli, pirlərə, seyidlərə sitayiş etməsi haqqında Modern.az-a danışan millət vəkili Fazil Mustafa isə bunu cəhalət adlandırıb. Amma F. Mustafa düşünür ki, belə inancların qalmağına sevinmək lazımdır:

"Çünki cəhalətin stimullaşdırılması üçün aparılan işlər nəticəsini göstərir. Cəhaləti aradan qaldırmaq niyyətilə atılan addımlar dəstəklənmir. Belə batil əməlləri, inancları cəmiyyətin düşüncəsindən silmək üçün yazılmış xüsusi kitabların, tənqidi fikirlərin tirajlanmasına ehtiyac var. Məsələn, Nəriman Nərimanovun məşhur "Pir”, Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” adlı əsərləri var. Bir dönəmdə hətta dövlət tərəfindən qorunmayan bu kişilər, cəmiyyətin cəhalətdən müdafiəsini, cahilliyə qarşı atılmalı addımları gündəmə gətirərək, qurtuluş yollarını araşdırıblar. Hazırda isə bizdə cəhalətin stimullaşdırılması, mollalığın, yanlış düşüncələrin yayılmasının təbliği müşahidə edilir. Bunu arzulayan böyük cəmiyyətin mövcud olduğunu düşünürəm”.

Deputat deyib ki, kimsə, televiziya vasitəsilə səsləndirdiyi fikirlərdə insanların pirə , imamzadələrə getməsinə normal yanaşırsa, bunu dəstəkləyib, təbliğ edirsə, nəticəsinin qaloşa sitayişə gedib çıxacağını dərk etməliyik:


""İslamda seyidlik yoxdur”, "pirə ibadət yalandır”, "Azərbaycanda peyğəmbərlərin izi-tozu belə yoxdur” deyə yazılmış kitablar qadağan edilirsə, deməli, cəhalətin qarşısı alınmayacaq. Baxmayaraq ki, ölkəmizdə əksəriyyət orta və ali təhsillidir, amma bu qabığın altında böyük cəhalət yatır. Ələmin arxasınca sürünən insan selini görəndə anlayırsan ki, çox geriyə getmişik. Hətta indiki kütlə Nərimanov, Haqverdiyev dövründən də cahil hesab oluna bilər. Baxın, ali məktəb diplomlarının altında da savadsızlıq, cəhalət durur. Ali məktəbə gedən şəxsin qəbul olunmaq üçün pirlərin qabağında, ölən şəxslərin məzarında dua etməsi, qurban kəsməsi kimi anormal ənənə hansı inkişaf etmiş ölkədə var? Bu, ancaq Azərbaycanda ola bilər. Çünki biz azərbaycanlını cəhalətə qarşı dirənişi, immuniteti olan toplum kimi yetişdirmirik. Ona görə, cəhalətə qarşı fikirlərin yer aldığı kitab çıxan kimi onu qadağan edirik. Azərbaycanda cəhalətin stimullaşdırılması üçün daha sistemli iş gedir, nəinki onu aradan qaldırmaq”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, insan inanırsa, pirlərə gedəcək, sitayiş edəcək:

"Mən də uşaq vaxtı pirlərə getmişəm. O boyda "İmamzadə”ni Heydər Əliyev Fondu təmir etdirdi, insanların ixtiyarına verdi. Son yayılan videoya baxmamışam, Goranboydakı həmin hadisədən xəbərim yoxdur. Amma ümumiyyətlə, pirlərə getmək ziyanlı deyil. İnsanlar bara, narkotik çəkməyə getmirlər ki, qoy ziyarətgahlara getsinlər.

Cəhalət isə tamam başqa bir şeydir. O insanın inamı var, bəlkə pirə gedib, özünə şəfa tapır. Biz onun qarşısını niyə alaq ki? Xristianlar kilsəyə gedirlər, oturub, kilsə rəhbərinin əlini öpürlər. Bir adam bunu cəhalət adlandırmır. Amma bizdə bir şey olan kimi deyirlər, cəhalətdir. Bizdə Nardaran piri, Ətağanın qəbri və s. var. Mən özüm gedirəm oralara. Kim qadağa qoya bilər? Mən insanam, bəlkə inancım həqiqət tapır. Bilirsiniz, insan bu yolla Allaha yaxınlaşır, hesab edir ki, orada dua etsə, Allaha daha yaxın olar. Allah birdir, hər şeyi ondan istəməlisən. Ora gedəndə nolar ki, bu adam oğurluq, quldurluq etmir. Buna baxmayaraq, 1-2 dələduz çıxır, yalandan nə isə hazırlayır, insanları cəlb edir. O ayrı məsələdir. Amma ziyarətgahlara getməyə niyə qadağa qoyulsun? Kəbəyə il ərzində yüz minlərlə insan gedir. Belə inanclara necə qadağa qoymaq olar?”.

Deputat Tahir Kərimli isə xatırladıb ki, Quranda bütpərəstlik inkar olunur. Onun fikrincə, insanlar qeyri-ixtiyari öz dərdlərindən qurtulmaq, gələcəyini daha yaxşı qurmaq üçün belə inamlara gedirlər:

"Dinlərə, hər hansı bütlərə inam, pirlər insanların psixologiyasına müsbət təsir edir. İnsanın psixoloji quruluşu elədir, belə inanclar nikbinliyə səbəb olur, müəyyən xəstəliklərin, psixoloji sarsıntının aradan qaldırılmasına şərait yaradır. Amma bundan sui-istifadə edənlər də var. Necə yəni, qaloşu, ya papağı başına sürtməklə insan sağala bilər? Görünür ki, bu insanların inamından sui-istifadə etməkdən başqa bir şey deyil.

1980-ci illərdə Ağsuda baxdığımız bir cinayət işi yadıma düşdü. Qadın cadu ilə məşğul olurdu. Məhkəmədə hər şeyi boynuna aldı. Məlum oldu ki, o xristiandır, Belarusiyadan gəlib. Özü etiraf etdi ki, Azərbaycan camaatının avam olduğunu görüb, insanları aldadaraq, pul qazana biləcəyini düşünüb. Hətta həmin qadının etirafını dinləsələr belə, zərərçəkmişlər ona verdikləri pulu geri almağa qorxurdular. O qədər inanırdılar ki, verdikləri pulu geri almadılar.

Bütün bu nümunələrin mövcudluğu cəhalətin nəticəsidir. Təəssüf edirəm ki, çox az da olsa, belə şeylərə inam hələ də qalıb”.

Xəbər 700 dəfə oxunub






Oxşar xəbərlər

2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.23140] initstartout [0.00508] initstartin [0.00094] calstart [0.01136] calend [0.00059] topnewsend [0.00417] rsssend [0.00000] ehgend [0.03701] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.17151]