Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:28 - 19.08.2019  
MSK seçicilərin sayını dəqiqləşdirdi
Tarix: 30-05-2019, 09:28 | Bölmə: Xəbərlər » Maraqlı

Ən yaşlı seçici 125 yaşındadır; ad, soyad və ata adı eyni olan 19 nəfər seçici var

MSK seçicilərin sayını dəqiqləşdirdiSeçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə başlanılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) birbaşa rəhbərliyi altında mayın axırınadək ardıcıl və intensiv şəkildə gerçəkləşdirilən əhatəli proses nəticəsində siyahılar yüksək dəqiqliklə və keyfiyyətlə hazırlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "Yeni Müsavat”a verilən məlumatda deyilir. Xəbərdə bildirilir ki, ilkin mərhələdə seçici siyahıları hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirdikdən sonra əlaqədar qurumlardan daxil olan məlumatlarla bir daha təhlil edərək siyahıları aprelin 5-dək MSK-ya təqdim ediblər. Bundan sonra isə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayıb, orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsilə bir daha dürüstləşdirərək prosesə yekun vurub.

Seçici siyahılarının dəqiqləşdirilməsi Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, o cümlədən yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində aparılıb, bu irimiqyaslı işə aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub. Həyata keçirilən müxtəlif layihələr, habelə MSK-nın qaynar xətləri və internet səhifəsindəki onlayn xidmət dəqiqləşdirmə prosesi ərzində vətəndaşlarımızın ixtiyarında olaraq, görülən işlərin effektivliyinin daha da yüksəldilməsinə mühüm töhfə verib.

Qeyd edək ki, MSK üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mayın 29-da vahid seçici siyahılarının 2019-cu il üzrə yenidən tərtib edilən variantı ilə tanışlıq olub. Komissiyanın İnformasiya mərkəzinin zalında əyani şəkildə keçirilən təqdimat mərasimində diqqətə çatdırılıb ki, seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi prosesi fasiləsiz onlayn rejimdə işləyən Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə həyata keçirilib. Sözügedən sistemin yaratdığı yüksək texnoloji və interaktiv məlumat mübadiləsi imkanı siyahıların dəqiqləşdirilməsi və ümumiləşdirilməsi prosesini daha da sürətləndirərək, seçicilər barədə məlumatların toplanması, onların orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar ehtimalına qarşı oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilməsi, eləcə də seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap edilməsini təmin edib.

Komissiya üzvləri seçici siyahılarının çapı və saxlanması şəraiti ilə tanış olduqdan sonra MSK-nın iclası keçirilib. Məzahir Pənahovun sədrlik etdiyi iclasda 2019-cu il üzrə seçicilərin daimi siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunları müzakirə olunub. Komissiya sədri M.Pənahov ilin əvvəlindən mayın sonunadək həyata keçirilən irimiqyaslı və əhatəli proses barədə geniş məlumat verib və bütün dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.

İclasda seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətin yekunları müzakirə edilib. Sonra komissiya 2019-cu il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesini başa çatmış hesab edərək, respublika üzrə seçicilərin daimi siyahısının rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verib.

Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5212902 seçici daxil edilib ki, onların da 49,17 faizi kişi, 50,83 faizi isə qadınlardır.

MSK sədri qeyd edib ki, ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir, 125 yaşı var. Ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov isə məlumat verib ki, Azərbaycanda seçicilərlə bağlı sistemdə ad, soyad və ata adı eyni olan 19 nəfər seçici aşkarlanıb. O qeyd edib ki, yoxlamalar zamanı həmin seçicilərin ayrı-ayrı insanlar olduğu məlum olub və bundan sonra həmin şəxslər yenidən sistemdə saxlanılıb.

"Yeni Müsavat”

Xəbər 608 dəfə oxunub






Oxşar xəbərlər

“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13192] initstartout [0.00013] initstartin [0.00059] calstart [0.00689] calend [0.00039] topnewsend [0.00289] rsssend [0.00000] ehgend [0.00557] tagsstart [0.00044] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11498]